Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə57/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

 
139
birliyi ilə övrətdir. Qulaqdan aşağı sallanan hissə, alimlərin çoxuna görə 
yenə övrətdir. Bəzilərinə görə, sallanan hissə namazda övrət olmaz. Lakin 
yad kişinin buna baxması da caiz deyil.” Saçların hamısı qalın baş örtüyü 
ilə örtülməlidir. Bu örtüyün ortasının ön hissəsi alına yapışmalı və qaşlara 
yaxın enməlidir. İki kənarı iki qaşın kənarından çənəyə endirilərək, çənə üs-
tündə iynə ilə bitişdirilib sinəyə düşməli, ortasının arxa hissəsi isə kürəyi 
örtməlidir. Fitnə ehtimalı olduqda, yanaqlar da örtülməlidir. Tünd rəngli
qalın corab da geyinilməlidir. Qadının sallanan saçının dörddə biri, bir rükn 
ərzində açıq olarsa, namazı səhih olmaz. Daha azı açıq olarsa, məkruh olar. 
Burada qadının gənc və ya yaşlı olmasını heç bir kitab ayırmamışdır. Yaşlı 
qadının salamına cavab vermək, onunla əllə görüşmək və tək qalmağın caiz 
olduğu deyilsə  də, yaşlı qadının saçını açmasının, onun saçına baxmağın 
caiz olduğunu deyən olmamışdır. Müsəlman olmayan qadının, saçına bax-
mağın caiz olduğunu deyən oldu. Lakin yaşlı müsəlman qadının saçına bax-
mağın caiz olduğunu deyən heç yoxdur. Yaşlı qadının məscidə və qəbir zi-
yarətinə getməsinin caiz olduğunu deyənlər də, saçı, başı örtülü olmaq şərti-
ni də demişdirlər. 
“Əhzab surəsinin 59-cu ayəsində, müsəlman qadınlar “cilbab” ilə ör-
tünsünlər, deyilir. Bu ayə, iki ayrı parça olan çarşabla örtünməyi əmr edir”, 
demək doğru deyil. Bu ayə, çarşab geyinməyi  əmr etsəydi, Rəsulullahın 
(sallallahü təala aleyhi və səlləm) və Əshabi-kiramın (radıyallahü təala an-
hüm əcmain) zövcələri çarşab geyərdi. Halbuki heç birinin çarşab geydiyi, 
heç bir kitabda bildirilmədi. Türkcə “Tibyan” təfsiri bunu: “Başlarını ört-
sünlər”, deyə təfsir edir. “Cəlaleyn” təfsirində: “Qadınların üzlərinə salla-
dıqları baş örtüyüdür”, deyilir. Savi bunu izah edərkən: “Baş örtüyü və köy-
nək üstünə örtülən bezdir”, deyir. “Ruhulbəyan” və “Əbüssüud” təfsirlə-
rində deyilir: “Cilbab, saçların dağılmaması üçün başa sarılan və Himar de-
yilən örpəyin üstünə örtülən, daha geniş və sinəyə qədər enərək, köynəyin 
yaxasını örtən baş örtüyüdür. Bu ayədə, qadınların başlarını  və bütün bə-
dənlərini örtmələri əmr olunur.” “Zəvacir” və “Əl-Fiqh-ü aləl-məzahibil 
ərbəa” kitabları, kişilərin də cilbab geydiklərini göstərən Hədisi-şərifi yazır 
və kişilər üçün cilbabın, uzun köynək olduğunu bildirir. Geniş manto ilə qa-
lın baş örtüyü, yaxud iki parçadan hazırlanmış çarşab, bu ayədəki hicab əm-
rini yerinə yetirməkdə bərabərdirlər. Qadınlar, yaşadıqları yerin adətinə uy-
ğun şəkildə örtünərək, fitnəyə səbəb olmamalıdırlar. Hicab ayəsinin bir his-
səsinin, Zeynəb “radıyallahü anha”nın nikah günündə nazil olduğu“Buxa-
ri” kitabının 6-cı cüz, 260-cı səhifəsində yazılmışdır. Bu nikah üçüncü ildə 
bağlanmışdır.
 
Müsəlman olduğunu deyən bir insan, edəcəyi hər işin islamiyyətə uy-
ğun olub-olmadığını bilməlidir. Bilmirsə, bir Əhli sünnət alimindən soru-
şaraq və ya bu alimlərin kitablarını oxuyaraq öyrənməlidir. İş, islamiyyətə 


 
140
uyğun deyilsə, günah və ya küfrdən qurtula bilməz. Hər gün həqiqi tövbə 
etmək lazımdır. Tövbə edilən günah və küfr, şübhəsiz  əfv olar. Tövbə 
edilməzsə, dünyada və Cəhənnəmdə əzabı, yəni cəzası çəkilər. Bu cəzalar, 
kitabımızın müxtəlif yerlərində yazılmışdır. 
Kişilərin və qadınların namazda və hər yerdə örtməli olduqları yerlə-
rinə “Övrət yeri” deyilir. “Övrət yerini açmaq və başqasının övrət ye-
rinə baxmaq haramdır.” Kişilərin namazda ayaqlarını örtməsinin sünnət 
olduğu, “Səadəti Əbədiyyə” kitabında yazılmışdır. İslamiyyətdə övrət ye-
rinin olmadığını deyən kafir olur. Övrət yerini örtməyi dinimiz əmr edir. 
Övrət yeri açıq olan bir kişinin və ya qadının olduğu yerə, çalğı, qumar və 
spirtli içki, eləcə də qadın səsinin olduğu bir yerə “Günah məclisi” deyi-
lir. Günah məclisinə getmək haramdır. Qəlbin təmiz olması da önəmlidir. 
Qəlbin təmiz olması, gözəl əxlaqlı olmasıdır. Qəlb, islamiyyətə uyaraq tə-
mizlənir. İslamiyyətə uymayanın qəlbi təmiz ola bilməz. İcma ilə, yəni dörd 
məzhəbdə  də övrət olan bir yeri açmağa və başqasının belə övrət yerinə 
baxmağa halal deyən, əhəmiyyət verməyən, yəni əzabından qorxmayan ka-
fir olur. Qadınların övrət yerini açması, kişilərin yanında mahnı və mövlüd 
oxuması belədir. Kişilərin diz ilə qasıq arası, yalnız Hanbəli məzhəbində 
övrət deyildir. 
“Mən müsəlmanam” deyən  şəxs, imanın və islamın  şərtlərini, dörd 
məzhəbin icması, yəni söz birliyi ilə bildirdiyi fərzləri və haramları öyrən-
məli, əhəmiyyət verməlidir. Bilməmək üzrlü hal deyil. Yəni bilsə də, inan-
mamaq kimidir. “Qadınların üzlərindən və  əllərindən başqa yerləri 
dörd məzhəbdə də övrətdir.” Söz birliyi ilə olmayan, yəni digər üç məz-
həbdən birinə görə övrət olmayan bir yeri, əhəmiyyət verməyərək açan, 
kafir olmasa da, öz məzhəbinə görə böyük günah olur. Kişilərin diz ilə qa-
sıq arasını, yəni budunu açmaları belədir.  İnsanın bilmədiyini öyrənməsi 
fərzdir. Öyrəndikdə də dərhal tövbə etməli və örtməlidir. 
 
 
Allaha təvəkkül edənin yavəri Haqdır. 
Naşad könül, bir gün olar, şad olacaqdır. 
 
MÖMİNİN XÜSUSİYYƏTLƏRİ 
Möminin mömində yeddi haqqı vardır: 
1-Dəvətinə getmək. 
2-Xəstə olduqda ziyarətinə getmək. 
3-Cənazəsinə getmək. 
4-Nəsihət etmək. 
5-Salam vermək. 
6-Bir zalımın əlindən qurtarmaq. 
7-Asqırdığı zaman “Əlhamdülillah” dedikdə, “Yərhamükəllah” demək. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə