Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə52/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

 
126
 
QURBAN BƏHSİ 
Qurbanın üç şərti var: 
1-Müsəlman, ağıllı və həddi-buluğa çatmış olmaq. 
2-Mukim olmaq. 
3-Qurban nisabına çatacaq qədər zəngin olmaq. 
Əsasən qoyun, keçi, dəvə və sığır, yəni iri buynuzlu mal kəsilir. Bir 
dəvə və ya bir sığır yeddi qurbana bərabər olduğundan, bir sığırı yeddi nə-
fərin qurban etməsi caizdir. Bir başqası da daxil olmaq istəsə, səkkizinin 
də qurbanı fasid olur. Qurban nisabı fitrə nisabıyla eynidir. 
İbni Abidin (rahimə-hullahü təala) buyurur ki, qurban kəsənlərdən 
hər hansı birinin hissəsi yeddidən az olarsa, heç birinin qurbanı caiz ol-
maz. Buna görə yeddidən az adamın ortaq olması caizdir. Satın alarkən 
ortaq olmaq səhihdir. Satın alındıqdan sonra ortaq olmaq səhih olsa da, 
alınmadan öncə ortaq olmaq daha yaxşıdır. Bir şəxs digərinin sığırına yed-
didə birdən yeddidə altısına qədər ortaq ola bilər. Əti də bu nisbətdə bölər-
lər. Ortaqlardan biri ölərsə, varisləri: “onun üçün və özünüzçün kəsin” de-
sələr, səhih olar. Çünki meyit üçün qurban kəsmək qürbətdir. Belə deməz-
lərsə, şəriklərdən ölününkü qürbət olmaz və heç biri səhih olmaz. Qürbət, 
itaəti Allah üçün etməkdir. Hər ibadət qürbətdir və itaətdir. Şəriklərdən bi-
ri kafirdirsə və ya əti üçün ortaq olmuşdursa, heç birinin qurbanı caiz ol-
maz. Çünki şəriklərdən hər birinin qürbət olaraq niyyət etməsi şərtdir. Ka-
firin niyyəti batildir. Yemək üçün niyyət etmək isə qürbət deyil. Şəriklər-
dən biri bu ilin qurbanına, digərləri keçən ilin qurbanına niyyət etsələr, di-
gərlərinin niyyətləri batil olub, ətləri sədəqə olur. Ətləri kasıblara sədəqə 
vermək lazımdır. Birinin niyyəti səhih olsa da, o da ətindən yeyə bilməz. 
Çünki sədəqə verilməsi hökmü ətin hamısına sirayət etmişdir. Niyyət edi-
lən qürbətin vacib qürbət olması şərt deyil. Sünnət və nafilə qürbət də ola 
bilər. Nikah yeməyi şükr etmək olub, sünnət olan qürbətdir. Şəriklərin ha-
mısının bayram qurbanı niyyətində olmaları yaxşı olar. Əqiq, yəni övlad ne-
mətinə görə Allahü təalaya şükr niyyəti ilə heyvan kəsmək hənəfi məzhə-
bində sünnət deyil, müstəhəb və ya mübahdır. Müstəhəblər qürbətdirlər. 
Mübah da şükr niyyəti ilə edildikdə qürbət olur. Çox adətlər vardır ki, niy-
yət edildikdə ibadət olur. Mübahlar da niyyət edildikdə ibadət olur. Əqiqə 
kəsmək haqqında  ərəbcə  “Ukud-üd-dürriyyə”  və  “Dürr-ül-muxtar” ki-
tablarında geniş bilgi vardır.
 
 
HƏCC BƏHSİ 
Həccin üç fərzi var: 
1-Ehrama girərkən həccə niyyət etmək. 


 
127
2-Ərafatda vəqfəyə durmaq, yəni zöhr və  əsr namazından sonra bir 
qədər durmaq. 
3-Ziyarət təvafı etmək. 
Ərafatda vəqfəyə durmağın başlanğıc vaxtı Zilhiccənin doqquzuncu 
günü zəval vaxtından (günəşin tam təpədən ayrıldığı vaxtdan) ertəsi gün sə-
hər açılanadəkdir. 
Bir gün əvvəl və ya bir gün sonra Ərafatda vəqfəyə dur-
duqda həcc batil olur. Vəhhabilər hilalı görmədikləri halda bir gün əvvəl 
bayram edirlər. Vaxtında vəqfəyə durmayanların həccləri səhih olmur.
 
Təvaf yeddi növdür: 
1-Ziyarət təvafı. Hacıların Ərafatdan endikdən sonra etdikləri təvafdır. 
2-Ömrə təvafı. Ömrəyə niyyət edənin yeddi dəfə etdiyi təvafdır. (bu 
ikisi fərzdir). 
3-Sünnət olan təvaf-ı kudüm. Bu, Məkkə-i mükərrəməyə çatdıqda 
edilən ilk təvafdır. Buna qovuşma təvafı da deyilir. 
4-Vida təvafı. Həcc  əsnasında daş atma bitdikdən sonra Minadan 
Məkkəyə endikdə edilən təvafdır. Həcc vəzifələri bununla sona çatır. 
5-Vacib olan nəzr təvafıdır. 
6-Təvafı nafilə. Məkkəi mükərrəmədə olanların fürsət tapdıqca etdik-
ləri təvafdır. 
7-Müstəhəb olan tətavvü təvafı. Tətavvü, fərz və vacib olmayıb, sırf 
Allah rızası üçün edilən nafilə ibadətdir. 
Həcc üçün ehrama niyyət etmək fərzdir. Ehram parçası geyinmək 
sünnətdir. Tikişi olan paltar geyinməmək vacibdir. 
Həccin fərz olmasının səkkiz şərti var: 
1-Müsəlman olmaq. 
2-Həddi-buluğa çatmaq. 
3-Ağıllı olmaq. 
4-Sağlam olmaq. 
5-Kölə olmamaq, yəni azad olmaq. 
6-Mövcud malın ehtiyaclardan çox olması. 
7-Həcc vaxtının gəlməsi. Həcc vaxtı ərəfə və dörd bayram günüdür. 
Yol müddəti də hesaba qatılır. 
8-Səfər müddətində uzaqda olan qadının yanında ərinin və ya nikahı 
əbədi caiz olmayan məhrəminin olması. 
Bu səkkiz  şərtə malik olan şəxsin ömründə bir dəfə  həccə getməsi 
fərzdir. Daha çox gedərsə, sonrakılar nafilə həcc olur. “Nafilə ibadət”, fərz 
və ya sünnət olmayıb, öz arzusu ilə edilən ibadətdir. Nafilə ibadətin savabı 
fərz ibadətin savabı yanında dərya yanındakı bir damla su qədər azdır. İslam 
alimləri, Məkkəyə uzaq olan ölkələrdə yaşayanların təkrar həccə getməsinə 
izn verməmişdirlər. Abdüllah Dəhləvi (quddisə sirruh) altmış üçüncü mək-
tubda buyurur ki: “Həcc yolunda çox zaman ibadətlər tam yerinə yetirilə 


 
128
bilmir. Buna görə, imam Rabbani “(rahmətullahi aleyh) 123 və 124-cü mək-
tublarında ömrəyə  və nafilə  həccə getməkdən razı olmadığını bildirmişdir.” 
Bir fərzin yerinə yetirilməsinə, qadınların örtünməsinə mane olan nafilə həcc 
haramdır. Bu cür nafilə həccə və ya ömrəyə getmək savab deyil, günah olar. 
Zəkatı, nisaba malik olduqdan bir hicri ili sonra vermək fərzdir. Zəkat 
verməyin fərz olduğu bu zaman həcc zamanından əvvəldirsə, malın, pulun 
hamısı üçün zəkat verilib, geri qalan pul ilə həccə gedilir. Zəkat vermək 
zamanı  həcc zamanı ilə üst-üstə düşərsə,  əvvəlcə  həccə gedilir. Həcdən 
sonra əldə qalan pulun zəkatı verilir.
 
 
Nə bəxtiyar o kişi kim, oxuduğu Quran ola! 
Azan, iqamə duyunca, könlü dolu iman ola! 
 
ƏLLİ DÖRD FƏRZ 
Bir uşaq həddi-buluğa çatdığı zaman və bir kafir “Kəlimeyi-təvhid” 
söylədikdə, yəni  “Lə iləhə illallah Muhammədün rasülullah” dedikdə 
və onun mənasını bilib inandıqda “Müsəlman” olur. Kafirin günahlarının 
hamısı dərhal əfv olur. Lakin onlar da hər müsəlman kimi imkan tapdıqca, 
imanın altı şərtini, yəni Aməntünü əzbərləməli, mənasını öyrənərək onlara 
inanmalı və “İslamiyyətin hamısını, yəni Muhamməd əleyhissəlamın söy-
lədiyi əmrlərin və qadağaların hamısını Allahü təalanın bildirdiyinə inan-
dım” deməlidir. Daha sonra fərzləri, yəni əmr olunanları və haramları, yə-
ni qadağan edilənləri öyrənməsi də fərzdir. Bunları öyrənməyin, eləcə də 
hər hansı bir fərzi yerinə yetirməyin və ya hər hansı bir haramdan çəkin-
məyin fərz olduğunu inkar edərsə, yəni inanmazsa, əhəmiyyət verməzsə, 
imanı gedər, Mürtəd olar. Məsələn, qadınların örtünməsini bəyənməzsə, 
mürtəd olar. Mürtəd, dindən çıxmasına səbəb olan şeydən tövbə etmədik-
cə, “Lə iləhə illəllah” deməklə, islamiyyətin bəzi əmrlərini yerinə yetir-
məklə, məsələn namaz qılmaqla, oruc tutmaqla, həccə getməklə müsəl-
man olmaz. Bu etdiklərinin axirətdə faydasını görməz. İnkar etdiyi, inan-
madığı şeydən tövbə etməli, peşman olmalıdır. 
İslam alimləri, hər müsəlmanın öyrənməsi, inanması  və tabe olması 
lazım olan fərzlərdən əlli dördünü seçmişdirlər. Bu əlli dörd fərz aşağıda-
kılardır: 
1-Allahü təalanı bir bilib, Onu heç vaxt unutmamaq. 
2-Halal yemək və içmək. 
3-Dəstəmaz almaq. 
4-Hər gün vaxtı gəldikdə beş vaxt namaz qılmaq. 
5-Namaz qılacağı zaman Hayzdan və cünubluqdan qüsl almaq. 
6-İnsanın ruzisinə Allahü təalanın zamin olduğunu haqq bilmək, inanmaq. 
7-Halal olan təmiz libas geyinmək. 
8-Haqqa təvəkkül edərək (təslim olaraq, güvənərək) işləmək. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə