Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə50/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   46   47   48   49   50   51   52   53   ...   74

 
120
olaraq aldığı  qızılları bu zənginə satar. Sonra xeyirli işlər görməsi üçün 
zəngini vəkil edib, kağız pulları zənginə geri verər. 
Dörd məzhəb elmlərində mütəxəssis, böyük alim seyyid Abdülhakim 
Arvasi “(rahmətullahi aleyh) buyurdu: “Kağız pulların qiyməti etibari-qiy-
mətdir. Etibardan düşdükdə, dəyəri qalmaz. Bu səbəbdən, fitrə  və  zəkatı 
kağız pulla vermək caiz deyil. Əvvəlcədən kağız ilə verilmiş zəkatlar, qı-
zıl ilə devr edilərək qəza edilməlidir. Həcdən başqa digər maliyyə ibadət-
lərin, yəni mal ilə edilən ibadətlərin qəzası dövr yolu ilə həyata keçirilir.” 
“Dürr-ül-muxtar”da deyilir: “Asilər, yəni hökumətə üsyan edərək 
dövləti əllərinə keçirmiş müsəlmanlar və zalım olan müsəlman sultanlar, 
heyvan və  uşr deyilən torpaq məhsullarının zəkatlarını alar və bunları 
Allahü təalanın  əmr etdiyi yerlərə verərlərsə, bu aldıqları mallar zəkat 
olur. Aldıqlarını başqa yerlərə verərlərsə, bunlar zəkat sayılmaz. Mal sa-
hibləri zəkatlarını yenidən müsəlman kasıblara verməlidirlər. Ticarət mal-
larının zəkatlarını və pul zəkatlarını toplasalar, alimlərin çoxuna görə zə-
kat sayılmaz. Fitva da belədir. Bəzi alimlərə görə isə, zalım sultanlar mü-
səlman olduqları üçün və əllərindəki mallar millətin haqqı olduğundan ka-
sıb sayılacaqları üçün, onlara zəkat niyyəti ilə verilənlər zəkat sayılır.” İb-
ni Abidin deyir ki: “Vergi olaraq, gömrük deyərək və başqa adlarla alınan 
mallar, pullar da belədir. Niyyət etsələr belə, zəkat sayılmaz deyənlərin 
sözləri doğrudur. Yəni zalım olan müsəlmanların bu malların zəkatlarını 
toplamağa haqları yoxdur.” Fitvanın da belə olduğu “Tahtavi” haşiyəsin-
də yazılmışdır. Göründüyü kimi, heyvan zəkatını və uşru verməyin səhih 
olması üçün, onları toplayan hökumət müsəlman olmalı və topladıqlarını 
“Beyt-ül-mal” deyilən dövlət xəzinəsinin dörd qismindən alacaqlı olanla-
ra paylamalıdır. Hökumətə verilən hər növ vergi, alimlərin çoxuna görə, 
ticarət malının və pulun zəkatı olmaz. Bəzi alimlər, toplayan hökumətin 
müsəlman olduğunu bilmək və verilən malları, pulları  zəkat niyyəti ilə 
vermək şərti ilə caiz olduğunu desələr də, bu söz zəifdir. 
Kadi-zadə “Fəraid” kitabında “Əsmaül-hüsna”dan bəhs edərkən de-
yir ki, dua ibadət deməkdir. Buna görə namaza dua deyilir. İslamiyyətdə 
dua, Allahü təalaya yalvararaq muradını istəməkdir. Allahü təala dua edən 
müsəlmanı çox sevər. Dua etməyənə  qəzəblənər. Dua möminin silahıdır. 
Dinin təməl dirəklərindən biridir. Yerləri, göyləri aydınladan nurdur. Dua, 
gəlmiş dərdləri, bəlaları yox edər. Gəlməmişlərin də gəlməsinə mane olar. 
“Mənə xalis qəlb ilə dua edin! Belə duaları qəbul edərəm” mənasındakı 
ayəti kərimədən aydın olur ki, dua etmək, namaz, oruc kimi ibadətdir. “Mə-
nə ibadət etmək istəməyənləri zəlil və  dəyərsiz edər, Cəhənnəmə ata-
ram” mənasındakı ayəti kərimə məşhurdur. Allahü təala hər şeyi səbəblə ya-
ratmaqda, nemətləri səbəblərin ardından göndərməkdədir. Zərərləri, dərdləri 
uzaqlaşdırmaq və faydalı şeyləri vermək üçün də dua etməyi səbəb etmişdir. 


 
121
 
ORUC BƏHSİ 
Orucun fərzi üçdür: 
1-Niyyət etmək. 
2-Niyyəti əvvəl və axır vaxtların arasında etmək. 
3-İmsak vaxtından günəşin batmasına qədər olan zamanda orucu po-
zan  şeylərdən qorunmaq. İmsak vaxtı, Fəcri sadiq (gerçək fəcr) deyilən 
bəyazlığın üfüq xətti üzərində göründüyü vaxtdır. Oruca niyyət etməyib, 
axşama qədər orucu pozan şeylərdən çəkinən şəxs, oruc tutmuş sayılmır. 
O günü yalnız qəza etməlidir. 
Bir şəxs üçün orucun fərz olmasının yeddi şərti var: 
1-Müsəlman olmaq. 
2-Həddi-buluğa çatmaq. 
3-Ağıllı olmaq. 
4-Müsəlman olmayan ölkədə olanın, orucun fərz olduğunu eşitməsi. 
5-Mukim

 olmaq. 
6-Hayz olmamaq. 
7-Zahı (Nifas) olmamaq. 
Altı şey orucu pozur: 
1-Təam yemək. 2-İçiləcək bir şey içmək. 3-Cinsi əlaqəyə girmək. 4-
Hayz. 5-Zahılıq. 6-Ağız dolusu qusmaq. 
Yalan, qeybət, müsəlmanlar arasında söz gəzdirmək, yalan yerə and 
içmək kimi şeylər orucu pozmur, lakin savabını azaldır. 
Yeddi şəxsə oruc tutmamağa icazə verilir: 
1-Xəstə, 2-Müsafir 
ertəsi gün, 3-Hayz, 4-Zahı olan, 5-Hamilə qadı-
nın qüdrəti çatmazsa, 6-Süd verən qadın, uşağa zərər dəyərsə, 7-Ölüncəyə 
qədər Ramazan oruclarını tuta bilməyəcək dərəcədə çox yaşlı olan. 
Oruca hər gün üçün ayrı niyyət lazımdır. “Hindiyyə”də deyilir: “Niy-
yət qəlb ilə olur. Sahura qalxmaq niyyət deməkdir.” Orucda niyyət iki 
növdür. Birincisi, Ramazan ayının hər günü üçün, nafilə və müəyyən nəzr 
orucları üçün niyyət. Bu niyyətin  əvvəl vaxtı, öncəki gün günəş batdığı 
vaxt, axır vaxtı isə  “Dahvəi kübra” vaxtıdır. Dahvəi kübra vaxtı, oruc 
tutma zamanının yarısıdır ki, azan saatı ilə Fəcr+24-Fəcr/2 və ya Fəcr+12-
Fəcr/2=12+Fəcr/2 dir. Yəni Dahvəi kübra vaxtı, azan saatına görə  fəcr 
vaxtını göstərən ədədin yarısıdır. Müştərək saata görə şəri gündüz zama-
nın və şəmsi gündüz zamanının yarılarının fərqi, yəni hissəi-fəcrin yarısı 
qədər zəvaldan (günəşin tam təpə nöqtəsi) əvvəldir. Hissəi-fəcr günəşin do-
ğuş vaxtı ilə fəcr, yəni imsaq vaxtı arasındakı zamandır. Dahvə vaxtına qədər 
                                                 

 mukim-doğulduğu, evləndiyi və ya həmişə qalmaq niyyəti ilə məskən saldığı yerdə yaşayan 
və ya 104 km. və daha uzaq bir yerdə giriş-çıxış günlərindən başqa on beş gün və ya daha 
çox qalmağa niyyət edən şəxsdir. 


 
122
yeməyən və içməyən niyyət edib oruc tuta bilər. Dahvə vaxtında niyyət caiz 
deyil. Fəcrdən əvvəl niyyət edən “Niyyət etdim sabah oruc tutmağa” deyər. 
Fəcrdən sonra niyyət edərkən “Niyyət etdim bu gün oruc tutmağa” deyilir. 
İkinci növ niyyət, qəza, kəffarə və nəzri mütləq (yəni şərtə bağlı olmadan 
edilən nəzr) üçün niyyətdir. Bu üçünün niyyət zamanı birdir. Əvvəl vaxtı, ön-
cəki gün günəşin batması, axır vaxtı, fəcr-i sadiq, yəni dan yeri ağarmazdan 
əvvəldir. Dan yeri ağardıqdan sonra bu üç oruca niyyət caiz deyil. 
İbni Abidində, qəza namazı mövzusunda, bir ilin Ramazan ayının 
müxtəlif günlərini qəza edərkən, günlərin adlarını  və ya sıralarını müəy-
yən etmək lazım olmadığı yazılmışdır. 
Oruc tutanlar üç növdür: Cahillərin orucu, Alimlərin orucu, Ənbiya və 
Övliya orucu. Cahillər oruc olarkən yeməzlər, içməzlər və cima etməzlər. 
Amma başqa itaətsizlikləri, günahları edərlər. Alimlər oruclu ikən başqa gü-
nahları da işləməzlər. Ənbiya və Övliyalar isə oruc zamanı şübhəli olan hər 
şeydən qaçarlar. 
Oruc tutanların bayramı üç növdür: Cahillərin bayramı, alimlərin bay-
ramı, Ənbiya və Övliyaların bayramı. Cahillər axşam olduqda iftar edər, 
istədiklərini yeyər, içər və bunu özlərinin bayramı hesab edərlər. Alimlər 
axşam iftar edər və  “Əgər Allahü azım-üş-şan tutduğumuz orucdan razı 
oldusa, bizim bayramımız budur. Əgər razı olmadısa, bizim halımız necə 
olacaq” deyərlər. Amma Ənbiya və Övliyaların bayramı rüyətullahdır. 
Onlar Allahü azım-üş-şanın rızasına aşiqdirlər. 
Bütün möminlərin bayramı beş növdür: 
1-Bir möminin sol yanındakı mələk, pis əməl olaraq yazmağa bir şey 
tapmazsa. 
2-Can vermə anında müjdəçi mələklər gəlib: “Ya mömin! Sən Cən-
nətliksən!” deyərək xəbər verərlərsə. 
3-Qəbrə qoyulduqda, qəbrini Cənnət baxçalarından biri kimi görsə. 
4-Qiyamət günündə Ərşin altında Ənbiya, Övliya, alimlər və salehlər-
lə birlikdə kölgələnərsə. 
5-Qıldan incə, qılıncdan kəskin, gecənin qaranlığından daha qaranlıq, 
min il eniş, min il yoxuş və min il düz olan sırat körpüsü üzərində yeddi 
yerdə olan suala cavab verib keçərsə. Əgər verə bilməsə, hər birində min 
il  əzab olunacağı ehtimal olunur. O yeddi sual bunlardır: 1-İman, 2-Na-
maz, 3-Oruc, 4-Həcc, 5-Zəkat, 6-Qul haqqı, 7-Qüsl və dəstəmaz. 
Bir şəxs, Ramazanı-şərifdə imsak vaxtından əvvəl niyyət etdiyi oru-
cunu qəsdən pozarsa, həm qəza, həm də kəffarə lazımdır. Nafilə və qəza 
oruclarında kəffarə yoxdur. 
Kəffarə üçün bir qul azad edilir. Ona gücü çatmayan, Ramazan günlərin-
dən və oruc tutulması haram olan beş gündən başqa digər günlərdə ara ver-
mədən altmış gün oruc tutar. Bundan sonra da pozduğu orucların gün sayı qə-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə