Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə46/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

 
111
Göründüyü kimi, hər gün beş vaxt fərz ilə qılınan sünnət namazlara Rəsu-
lullah (sallallahü aleyhi və səlləm) tetavvu, yəni nafilə namaz deməkdədir. 
20-Tabiinin böyüklərindən Abdullah ibn Şakik (rahimə-hullahü təala) 
deyir ki, Rəsulullahın (sallallahü aleyhi və  səlləm) tetavvu namazlarını, 
yəni nafilə namazlarını  Həzrəti Aişədən “radıyallahü anha” soruşdum. 
“Zöhrün fərzindən əvvəl dörd, sonra iki, məğribin və İşanın fərzlərindən 
sonra iki, sübh namazının fərzindən əvvəl iki rükət qılardı” dedi. Bu xəbə-
ri Müslim və Əbu Davud (rahimə-hümallahü təala) bildirdilər. 
21-Aişə “radıyallahü anha” dedi ki: “Rəsulullahın (sallallahü aleyhi və 
səlləm) nafilə ibadətlərdən  ən çox davam etdiyi, sübh namazının sünnəti 
idi.” Bu xəbər, “Buxari” və “Müslim”də yazılmışdır. Aişə “radıyallahü an-
ha” beş vaxt namazda qılınan sünnət namazlara nafilə namaz deməkdədir. 
Böyük islam alimi, məzhəbsizlərə qarşı Əhli sünnətin ən qüvvətli ha-
misi, Allahü təalanın seçdiyi dini yayan, bidətləri yıxan böyük mücahid, 
İmam Rabbani mücəddidi əlfi sani Əhməd ibn Abdül-əhad Faruki Sərhən-
di “(rahmətullahi aleyh), islam dinində bir bənzəri yazılmamış  “Məktu-
bat” kitabının birinci cild, 29-cu məktubunda buyurur ki: 
Allahü təalanın razı olduğu işlər, fərzlər və nafilələrdir. Fərzlərin ya-
nında nafilələrin heç qiyməti yoxdur. Bir fərzi vaxtında qılmaq, min il da-
yanmadan nafilə ibadət etməkdən daha qiymətlidir. Hər növ nafilə, məsə-
lən, namaz, oruc, zəkat, ömrə, həcc, zikr, fikir, hamısı buna aiddir. Hətta 
bir fərzi yerinə yetirərkən onun bir sünnətini, bir müstəhəbini yerinə yetir-
mək də, başqa nafilələri etməkdən qat-qat daha qiymətlidir. Əmir-ül-mü-
minin Ömər-ül-Faruk (radıyallahü anh) bir gün sübh namazını qıldırarkən, 
camaat arasında birini görməyib səbəbini soruşdu. “O hər gecə nafilə iba-
dət edir, bəlkə yuxuya qalıb, camaata gələ bilməmişdir”, dedilər. Ömər-ül-
Faruk (radıyallahü anh) buyurdu: “Bütün gecəni yatıb, sübh namazını ca-
maatla qılsaydı daha yaxşı olardı.” Göründüyü kimi, bir fərzi yerinə yeti-
rərkən, müstəhəblərindən birini icra etmək və bir məkruhundan çəkinmək, 
zikr və nafilə ibadətdən qat-qat qiymətlidir. Əlbəttə, bu zikr və nafilələr o 
müstəhəbləri etməklə  və  məkruhlardan çəkinməklə  bərabər yerinə yetiri-
lərsə, təbii ki, çox faydalı olar. Lakin onlarsız olduqda, bir işə yaramazlar. 
Bunun kimi, bir manat zəkat vermək minlərlə manat nafilə  sədəqə ver-
məkdən daha yaxşıdır. O bir manatı verərkən bir müstəhəbinə əməl etmək, 
məsələn, yaxın qohuma vermək də o nafilə sədəqədən qat-qat daha yaxşı-
dır. 
Gecə namaz qılmaq istəyənlərin qəza qılmalı olduğu buradan aydın 
görünür. Allahü təalanın əmrlərinə “Fərz”, qadağalarına “Haram”, Pey-
ğəmbərimizin əmrlərinə “Sünnət”, qadağalarına “Məkruh”, bunların ha-
mısına “Əhkamı islamiyyə” deyilir. Gözəl əxlaq sahibi olmaq, insanlara 
yaxşılıq etmək fərzdir. Əhkamı islamiyyənin bir hökmünə inanmayan, bə-
yənməyən “Kafir”“Mürtəd” olur. Hamısına inanana “Müsəlman” de-


 
112
yilir. Tənbəlliklə əhkam-ı isalamiyyəyə uymayan müsəlmana “Fasiq” de-
yilir. Bir fərzə, bir harama uymayan fasiq Cəhənnəmə gedəcəkdir. Onun 
etdiklərinin heç biri və sünnətləri qəbul olmaz, savab verilməz. Bir manat 
zəkat verməyənin milyonlar verərək etdiyi yaxşılıqların heç biri qəbul ol-
maz. Tikdirdiyi məscidlərə, məktəblərə, xəstəxanalara, xeyriyyə  cəmiy-
yətlərinə etdiyi yardımlara savab verilməz. İşa namazını qılmayanın təra-
vih namazı qəbul olmaz. Fərzlərdən və vaciblərdən başqa edilən ibadətlərə 
“Nafilə” deyilir. Sünnətlər nafilə ibadətlərdir. Bu tərifə görə, qəza namazı 
qılan sünnət də  qılmış olur. Bir fərzi etməyin, bir haramdan çəkinməyin 
savabı milyonlarla nafilə savabından çoxdur. Bir fərzi etməyən, bir haram 
işləyən Cəhənnəmdə yanacaqdır. Nafilə ibadətləri onu Cəhənnəmdən qur-
tarmaz.  İbadətlərdə edilən dəyişikliklərə  “Bidət” deyilir. İbadət edərkən 
bidət işləmək haramdır və ibadətin pozulmasına səbəb olur. Hədisi-şərifdə 
buyrulmuşdur:  “Bidət işləyənin heç bir ibadəti qəbul olmaz.” Fasiqin, 
məsələn, xanımı, qızı örtünməyən birinin və bidət sahibinin, məsələn, iba-
dətlərdə səsgücləndirici işlədənin arxasında namaz qılmaq, dinlə əlaqədar 
uydurma nitqlərini dinləmək, kitablarını oxumaq olmaz. Dosta da, düşmə-
nə də gülər üz və şirin dil göstərmək, heç kimlə münaqişə etməmək lazım-
dır. Hədisi-şərifdə buyruldu: “Axmağa cavab verilməz.” İbadətlər qəlbin 
təmizliyini artırır. Günahlar qəlbi qaraldır, feyzləri almaz olur. Hər müsəl-
manın imanın şərtlərini, fərzləri və haramları öyrənməsi fərzdir. Bilməmə-
si üzrlü səbəb deyil. Yəni bilib inanmamaq kimidir.
 “Məktubat” kitabı 
fars dilindədir. Tərcüməsi burada tamamlandı.  İmam Rabbani həzrətləri 
1034-cü 
m. 1624 ildə Hindistanda, Sərhənd şəhərində vəfat etmişdir. 
Yuxarıda yazılanlardan aydın olur ki, beş vaxt namazın sünnətləri də 
nafilə namazdır. Bunlar fərzlərlə bərabər qılındıqları üçün və qılınan fərz-
dəki nöqsanları tamamladıqları üçün, digər nafilə namazlardan daha üstün 
olurlar. Namazlara qiymət verdiyi, onları birinci vəzifə bildiyi halda bir 
fərz namazı üzrsüz vaxtında qılmayan bir müsəlman böyük günah işləmiş 
olur. O, Cəhənnəmdə Fironlarla, Haman ilə bərabər olar. Nafilə namazlar, 
yəni sünnətlər insanı bu böyük günahdan, bu şiddətli əzabdan qurtara bil-
məz. Buna görə  tərk edilmiş  fərz namazları  qəza etmək fərzdir. Onların 
qəzalarını gecikdirmək də böyük günahdır. Bu artan, çoxalan günahlara 
son vermək lazımdır. Qəza qılmaq fərz olduğu üçün savabı, sünnətləri qıl-
maq savabından minlərlə qat çoxdur. Həm buna görə, həm də sünnətləri 
üzrlü səbəblə tərk etmək caiz olduğuna görə, hər müsəlman üzrsüz tərk et-
diyi fərz namazların qəzalarını hər gün dörd vaxt namazın sünnətləri yeri-
nə də qılmalıdır. Beləliklə qəzalarını hər zaman qılaraq böyük günahdan 
tezliklə qurtulmalıdır. Sübh namazının sünnətinə vacib deyən alimlər ol-
duğu üçün sübh namazının sünnəti yerinə qəza qılmaq olmaz. Qəzalar bit-
dikdən sonra beş vaxt namazın sünnətləri mütəmadi olaraq qılınmalıdır. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə