Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə43/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   39   40   41   42   43   44   45   46   ...   74

 
104
 
XƏSTƏLİKDƏ NAMAZ 
“Neməti islam”da deyilir: ayaqüstə dura bilməyən və ya ayaqüstə dur-
duqda xəstəliyinin müddətinin uzanacağını çox zənn edən xəstə namazını 
oturaraq qılıb, rüku üçün bədənini bir az əyər. Sonra dikəlib, yenidən yerə 
səcdə edər. Özünə rahat olan şəkildə oturar. Diz çökməsi, bardaş qurması 
caizdir. Baş, diş, göz ağrısı xəstəlik sayılır. Düşmənə görünmək qorxusu da 
üzrdür. Ayaqüstə olarkən dəstəmazı pozulan da oturaraq qılar. Bir şeyə söy-
kənərək ayaqüstə dura bilən dayanaraq qılar. Ayaqüstə çox dura bilməyən 
iftitah təkbirini ayaqüstə deyib, ağrı baş qaldırdıqda oturaraq davam edər. 
Yerə  səcdə etməkdən aciz olan ayaqüstə qiraət edib, rüku və  səcdə 
üçün oturaraq işarə edər. Rüku üçün bir az, səcdə üçün daha çox əyilər. 
Bədənini əyə bilməyən başını əyər. Bir şey üzərinə səcdə etmək lazım de-
yildir. Bir şey üzərinə səcdə edərsə, səcdə üçün rükudan çox əyilmişdirsə, 
namazı səhih olsa da məkruhdur. Söykənərək oturmaq mümkün ikən uza-
naraq işarə ilə qılmaq caiz deyildir. Peyğəmbərimiz (sallallahü aleyhi və 
səlləm) bir xəstənin qarşısına yastıq qoyub üzərinə səcdə etdiyini görərək 
yastığı götürmüşdür. Xəstə qarşısına taxta qoymuş, onu da götürmüşdür. 
“Bacarırsansa alnını torpağa qoyaraq qıl! Buna gücün çatmırsa, işarə 
ilə qıl və səcdə üçün rükudan daha çox əyil!” buyurmuşdur. “Bahr-ür-
raıq” da bildirildiyinə görə Ali İmran surəsinin 191-ci ayəti kəriməsi 
“Namazı gücü çatan ayaqüstə qılar. Aciz olan oturaraq qılar. Bundan 
da aciz olan uzanaraq qılar.” deməkdədir. İmran ibn Husayn xəstə olar-
kən Rəsulullah (sallallahü aleyhi və  səlləm) ona “Ayaqüstə  qıl! Gücün 
çatmazsa, oturaraq qıl! Buna da qüdrətin çatmazsa, yanıüstə  və ya 
arxasıüstə uzanaraq qıl!” buyurdu. Göründüyü kimi ayaqüstə dura bil-
məyən xəstə oturaraq qılar. Otura bilməyən uzanaraq qılar. Yerdə otura 
bilən xəstənin və avtobusda, təyyarədə gedənin, kresloda, stulda ayaqları 
sallayaraq qılması caiz deyildir. Camaat namazına getdiyi halda ayaqüstə 
qıla bilməyən evində ayaqüstə qılar. İyirmi şeydən birinin olması camaat 
namazına getməməsi üçün üzrlü səbəbdir: yağış, şiddətli isti və soyuq, ca-
nına və ya malına qəsd edəcək düşmən qorxusu, dostları getdiyi halda yol-
da tək qalmaq qorxusu, havanın çox qaranlıq olması, kasıb borclunun tu-
tulub həbs olunmaq qorxusu, kor olmaq, gəzə bilməyən iflic, bir ayağı kə-
sik olmaq, xəstə, iflic olmaq, palçıq, gəzə bilməmək, gəzə bilməyən ahıl, 
qoca, nadir tapılan fiqh dərsini qaçırmaq qorxusu, sevdiyi yeməyi qaçır-
maq qorxusu, səfərə yola düşmək anında, onu əvəz edəcək birini tapa bil-
məyən xəstə baxıcısı, gecə  şiddətli rüzgar, ayaqyoluna getmək ehtiyacı. 
Xəstəliyinin artmasından və ya uzanmasından qorxmaq, xəstənin baxımsız 
qalması, çox yaşlı olduğundan çətinliklə gəzmək Cümə namazına getmə-
məsi üçün üzrlü sayılır. Camaat namazına gəzərək gedib gəlmək nəqliyyat 


 
105
vasitəsilə getməkdən daha yaxşıdır. Məsciddə stulda oturaraq işarə ilə qıl-
maq caiz deyildir. İslamın bildirmədiyi şəkildə ibadət etmək bidətdir. Bi-
dət etməyin böyük günah olduğu fiqh kitablarında yazılmışdır. 
Qiblə tərəfə dönə bilməyən xəstə özünə rahat olacaq tərəfə dönərək qı-
lar. Arxasıüstə yatan başının altına bir şey qoyaraq üzü qibləyə qarşı uzanar. 
Dizlərini bükməsi yaxşı olar. Başı ilə işarə edə bilməyənin namazı qəzaya 
buraxması caizdir. Namaz arasında xəstə olan gücü çatdığı  şəkildə davam 
edər. Yerdə oturaraq qılan xəstə namaz vaxtı yaxşı olarsa, ayaqüstə qılaraq 
davam edər. Ağlını, huşunu itirən namaz qılmaz. Beş vaxt keçmədən yaxşı 
olarsa, beş vaxtı qəza edər. Altı namaz keçərsə, heç birini qəza etməz. 
İşarə ilə  də olsa, qılınmayan namazı  təcili qəza etmək fərzdir. Qəza 
etməyə vaxt tapmadan ölüm halına düşərsə, qılmadığı namazların ödən-
məsi üçün qoyduğu maldan fidyə verilməsini vəsiyyət etmək vacib olmaz. 
Qəza edəcək zaman səhhəti düzələrsə, vəsiyyət vacib olar. Vəsiyyət et-
məzsə, vəlisinin, hətta yad adamın öz malından ödəmə etməsi caizdir. Ne-
məti-islam kitabından alınan yazı tamam oldu. 
Hədisi-şərifdə buyrulmuşdur:
 
“İnsana yoxsulluq iyirmi dörd şeydən 
gələr: 
1-Zərurət olmadan ayaqüstə sidiyə getmək. 
2-Cünub olaraq təam yemək. 
3-Çörək qırıntısını dəyərsiz bilib taptamaq. 
4-Soğan və sarımsaq qabıqlarını oda atmaq. 
5-Böyüklərin önündə yerimək. 
6-Atasını və anasını adı ilə çağırmaq. 
7-Ağac və süpürgə çöpü ilə dişini qurdalamaq.  
8-Əli palçıqla yumaq. 
9-Kandarda oturmaq. 
10-Sidiyə getdiyi yerdə dəstəmaz almaq. 
11-Qabı yumadan yemək qoymaq. 
12-Paltarını üstündə tikmək. 
13-Ac ikən soğan yemək. 
14-Üzünü ətəyi ilə silmək. 
15-Evi hörümçəklərdən təmizləməmək  
16-Sübh namazını qıldıqdan sonra məsciddən tez çıxmaq. 
17-Bazara erkən gedib, gec qayıtmaq. 
18-Kasıb birindən çörək satın almaq. 
19-Ataya və anaya bəddua (qarğış) etmək. 
20-Çılpaq yatmaq. 
21-Qab-qacağı açıqda saxlamaq. 
22-Çırağı, şamı üfürərək söndürmək. 
23-Hər işi bismillah demədən etmək. 


 
106
24-Paltarını ayaqüstə geyinmək.” 
Bir şəxs yatarkən Kəvsər surəsini oxuyarsa və sonra “Ya Rəbb! Məni 
sabah sübh namazına vaxtında oyat” deyərsə, Biiznilləhi təala o şəxs sübh 
namazına vaxtında oyanar. 
“Şira-tül-islam”da deyilir ki, Hədisi-şərifdə  “Dua etmək ibadətdir” 
buyruldu. Qəbul olmasa da, savab olar. Duanın qəbul olması üçün şərtlər 
vardır: halal yemək lazımdır. Haram tikə yeyənin duası qırx gün qəbul ol-
maz. Dua ehtiyacı təmin edən, səadətə qovuşduran qapının açarıdır. Bu aça-
rın dişləri halal tikədir. Geyindiyi də halal olmalıdır. Qadağan edilməyən 
mala halal deyilir. Dua edərkən qəlb oyanıq olmalı, qəbul ediləcəyinə ina-
nılmalıdır. Söylədiyindən xəbəri olmayan qafilin duası  qəbul olmaz. Dua-
dan  əvvəl tövbə  və istiğfar etmək lazımdır. Duanın qəbulu üçün tələsmək 
lazım deyil, duaya davam etmək lazımdır. Allahü azım-üş-şan dua etməyi və 
dua edəni sevir. Qəbul etdiyi halda istənilən şeyi verməyi gecikdirərək, dua-
nın və savabının çox olmasını istəyər. Duanı ən azı yeddi dəfə təkrar etmək 
lazımdır. Rahat və hüzurlu vaxtlarda çox dua edənin, dərd və bəla vaxtındakı 
duaları tez qəbul olur. Duadan əvvəl Allaha həmd və Rəsulullaha salat və sa-
lam söyləmək lazımdır. Rəsulullah (sallallahü aleyhi və səlləm) duaya başlar-
kən  “Sübhanə Rabbiyəl aliyyil aləl-Vəhhab” deyərdi.  Əvvəlcə günahlara 
tövbə etmək, sonra bütün möminlərin sağ və salamat olması üçün dua etmək, 
hər istədiyini söyləyib, verməsini can və qəlbdən istəmək lazımdır. 
 
NAMAZIN ƏHƏMİYYƏTİ 
“Əşiat-ül-ləməat” kitabında namazın əhəmiyyətini bildirən müxtəlif 
Hədisi-şəriflər vardır. Bu kitab “Mişkat-ül Məsabih”  hədis kitabının 
farsca  şərhidir. Hindistandakı islam alimlərinin böyüklərindən olan Ab-
dülhak ibn Seyfüddin Dəhləvi (rahimə-hullahü təala) yazmışdır. 1384-cü 
(miladi 1964) ilində Lüknov şəhərində doqquzuncu çapı edilmişdir. Dörd 
cilddir. “Məsabih” kitabını Muhyissünnə Hüseyn Bəqavi (rahimə-hullahü 
təala) yazmışdır. Muhamməd Vəliyyüddin (rahimə-hullahü təala) bu kita-
bı şərh edərək “Mişkat-ül Məsabih” adını vermişdir. Abdülhak Dəhləvi 
1052-ci 
m.1642 ildə Dehlidə vəfat etmişdir. 
Ərəbcə namaza “Salət” deyilir. Salət əslində dua, rəhmət və istiğfar 
deməkdir. Namazda bu üç mənanın hamısı olduğu üçün namaza salət de-
yilmişdir. 
1-Əbu Hürəyrə (radıyallahü anh) bildirir. Rəsulullah (sallallahü aley-
hi və  səlləm) buyurmuşdur:  “Beş vaxt namaz və Cümə namazı  gələcək 
Cüməyə qədər, Ramazan orucu gələcək Ramazana qədər edilən günah-
lara kəffarədirlər. Böyük günah işləməkdən çəkinənlərin kiçik günahla-
rının  əfvinə  səbəb olurlar.” Arada işlənmiş olan kiçik günahlardan qul 
haqqı olmayanları yox edirlər. Kiçik günahları əfv edilərək bitmiş olanla-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə