Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə40/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

 
97
tin borclarını  əfv edər.  Şafi  “Ənvar” kitabında deyir: “Meyitin qılmadığı 
namazlar üçün fidyə verilməsi vacib deyil. Verilərsə, isqat olmaz”. Maliki 
və şafi məzhəbində olanlar, hənəfi məzhəbini təqlid edərək dövr edərlər. 
Meyitin vəsiyyət etdiyi malın miqdarı və ya bu malın üçdə biri kəffa-
rə üçün kifayət etməzsə, yaxud ümumiyyətlə  vəsiyyət etməmişdirsə, bir 
nəfərin hədiyyə etdiyi az miqdarda mal ilə borclarının hamısını ödəyə bil-
mək üçün dövr prosesi həyata keçirilir. Bu mal, ödəmə niyyəti ilə bir kası-
ba verilir. Kasıb aldıqdan sonra onu vəliyə  və ya bir başqasına hədiyyə 
edir. Bunu əlinə götürməlidir. Vəli və ya başqası, meyitin borcunun ödən-
məsi üçün deyərək, malı hədiyyə edərək bir kasıba verir. Tahtavi kitabın-
dan tərcümə tamamlandı.
 
Farsca  “Təzkirət-ül-Övliya” kitabında deyilir ki, İbrahim  Ədhəm 
(quddisə sirruh) həzrətlərinə: “Filan yerdə bir gənc var. Gecə-gündüz iba-
dət edir. Vəcdə  gəlib, özündən gedir”, dedilər. Gəncin yanına gedib, üç 
gün qonaq oldu. Diqqət etdi, söylədiklərindən daha çox şey gördü. Özü-
nün soyuq, halsız, xəbərsiz, gəncin isə belə yuxusuz və çalışqan halına 
təəccübləndi. Gənci  şeytanın aldatdığını, yoxsa həqiqətən belə olduğunu 
anlamaq isrəyirdi. Yediyinə diqqət yetirdi. Tikəsi halaldan deyildi. “Alla-
hü Əkbər, gəncin bu halları hamısı şeytandandır”, deyib, gənci evinə də-
vət etdi. Öz tikələrindən birini yedirdiyi anda gəncin halı dəyişdi, o eşqi, o 
arzusu, o səyləri qalmadı. Gənc  İbrahimdən soruşdu: “Mənə  nə etdin?” 
“Tikələrin halaldan deyildi. Yemək yeyərkən, şeytan da mədənə girirdi. O 
hallar şeytandan olurdu. Halal yedikdə, şeytan girə bilmədi və əsl, doğru 
halın meydana çıxdı”, dedi. Haram yemək, qəlbi qaraldır, xəstə edir. 
 
CÜMƏ NAMAZI HAQQINDA 
Cümə namazının düzgün olması üçün yeddi şərt var: 
1-Namaz qılınacaq yer, şəhər deyiləcək qədər böyük olmalıdır. 
2-Xütbə oxunmalıdır. 
3-Xütbə namazdan əvvəl oxunmalıdır. 
4-Dövlət rəhbərinin icazəsi ilə  qılınmalıdır. Təyin edilmiş  xətib öz 
yerinə başqasını vəkil edə bilər. 
5-Zöhr namazının vaxtında qılınmalıdır. 
6-Camaat olmalıdır.  İmam Azama və imam Muhammədə görə 
(rahimə-hümullahü təala) həddi-buluğa çatmış, ağıllı olan kişi imamdan 
başqa, üç adam, imam Əbu Yusifə görə (rahimə-hullahü təala), imamdan 
başqa iki adam olmalıdır. Doğru olan, imam Azamla, imam Muhammədin 
ictihadıdır. 
7-Namaza hər kəsin gəlməsi sərbəst olmalıdır. 
“Hindiyyə” fitvasında deyilir ki: “Azad, sağlam və  səfərdə olmayan 
kişilərin Cümə namazı qılmaları fərzi ayndır. (fərzi ayn-hər müsəlmanın ye-


 
98
rinə yetirməli olduğu fərzə deyilir.) Səfərdə olana, xəstəyə və qadınlara Cü-
mə namazı qılmaq fərz deyildir. Şiddətli yağmur zamanı da fərz olmur. Ko-
mandir, rəis və işə götürən, əmri altında olana Cümə namazına getməyi qa-
dağan edə bilməz. Lakin o qədər müddətin maaşını kəsə bilər. Açıq günah 
işləyən biri Cümə namazı  qıldırarsa, ona mane ola bilməyən ona uymalı, 
Cümə namazını tərk etməməlidir. Başqa namazlardan saleh imamın qıldır-
dığı  məscidə getməli, günah işləyən imamın arxasında qılmamalıdır. Hər 
qadının hər hansı bir namazı camaat ilə qılmaq üçün məscidə getməsi mək-
ruhdur.” 
Bir  şəxs, imama Cümə namazının ikinci rükətinin rükusunda çatsa, 
imam Muhammədə görə (rahimə-hullahü təala) zöhr namazını qılmalıdır. 
İmam Azama və imam Əbu Yusifə görə “rahimə-hümallahü təala” təşəh-
hüddə də çatsa, Cüməni qılar. Xətib xütbə oxuyarkən kimsə nafilə namazı 
qılarsa, iki rükət qılar, artıq qılmaz. Cümənin sünnətini qılırsa, iki rükət 
qılıb salam verməsi və ya dörd rükəti tamamlaması barəsində fikir ayrılığı 
var. Doğru olan dörd rükəti tamamlamasıdır.  
Cümənin vacibi beşdir: 
1-Azan vaxtında hər şeyi tərk etmək. 
2-Məscidə hörmət edərək getmək. 
3- Xətib xütbə oxuyarkən nafilə qılmamaq. 
4-Dünya kəlamı söyləməmək. 
5-Sükut eyləmək. 
Cümənin müstəhəbi altıdır: 
1-Rayihai tayyibə (gözəl ətir vurmaq) 
2-Misvak. 
3-Təmiz paltar. 
4-Təbkir. 
Təbkir, məscidə Cümə namazı üçün erkən getməyə deyilir. 
Asrı-səadətdə (Peyğəmbər əfəndimizin zamanında) Əshabı kiram (radıyalla-
hü təala anhüm əcmain) sübh namazından sonra getməyib, Cümə namazından 
sonra dağılışardılar. Bu ümmətdən ilk tərk edilən şey təbkir sünnətidir.
 
5-Qüsl almaq. 
6-Salavat oxumaq. 
Cümənin məkruhu beşdir: 
1-Xətib xütbə oxuyarkən salam vermək. 
2-Qurani-kərim oxumaq. 
3-Asqıran birinə “Yərhamükəllah” demək. 
4-Yemək və içmək. 
5-Məkruh olan istənilən  əməli etmək. 
Xətibin xütbəni uzatması da 
məkruhdur.
 
Minarədə oxunan birinci Cümə azanından sonra xətib minbərin ya-
nında Cümənin ilk sünnətini qılır. Sonra minbərin önünə gəlib, ayaq üstə


 
99
üzü qibləyə qısa dua edib minbərə çıxır və üzü camaata oturub ikinci aza-
nı dinləyir. Sonra ayaq üstə xütbəyə başlayır. 
Vəhhabilər Əhli sünnət məzhəbində deyillər, məzhəbsizdirlər. Vəh-
habiliyi ingilislər, Abdülvəhhab oğlu Muhamməd adındakı soysuz, cahil 
bir din adamı vasitəsi ilə qurdular. Kitablarında vəhhabi olmayan müsəl-
manlara müşrik, kafir deyirlər. Bunları öldürməyin, qadınlarını, qızlarını, 
mallarını  qənimət götürməyin caiz olduğunu yazırlar. Çoxlu pul verərək 
topladıqları məzhəbsiz, cahil din adamlarını vəhhabi edərək hər ölkədə aç-
dıqları  “Rabıta-tül aləm-il-islami” adlı  vəhhabi mərkəzlərinə göndərir-
lər. Onların islama uymayan yazılarını “Dünya islam alimləri birliyinin 
fitvası” adıyla bütün islam ölkələrinə yayırlar. Hər il hacılara pulsuz pay-
layırlar. Bu yazılardan birində “Qadınların Cümə namazı qılması fərzdir” 
deyilir. Qadınları, qızları məcbur Cümə namazına göndərirlər. Qadın, kişi 
qarışıq namaz qılırlar. Başqa bir yazılarında deyilir: “Cümə  və bayram 
xütbələri camaatın anladığı dildə oxunmalı,  ərəbcə oxunmamalıdır.” Bu 
cür fitvalarına islam ölkələrindəki həqiqi din alimləri sübutlarla cavab ve-
rirlər. Bu doğru cavablardan biri Hindistanın müxtəlif yerlərindəki  Əhli 
sünnət alimlərinin fitvalarıdır. Məsələn: Madras müftisi allamə hibrünnih-
rir vəl-fəhhamə sahibüt-təqrir vəttahrir mevlana Muhamməd Təmim ibn 
Muhamməd Madrasi “nəvvərallahü mərkadəhu” buyurur: 
Xütbənin hamısını ərəbcədən başqa dillə oxumaq və ya həm ərəbcə, 
həm də  tərcüməsi ilə birlikdə oxumaq məkruhdur. Xütbənin hamısını 
ərəbcə oxumaq vacibdir. Çünki Rəsulullah (sallallahü aleyhi və  səlləm) 
hər xütbəsini yalnız ərəbcə oxumuşdur. “Bahrür-raiq” kitabında bayram 
namazından danışılarkən deyilir: “Təravih və Küsuf

 namazlarından başqa 
nafilə namazlar camaatla qılınmır. Bayram namazları həmişə camaatla qı-
lındığı üçün nafilə olmadıqları, vacib olduqları anlaşılır.” Göründüyü kimi 
Rəsulullahın (sallallahü aleyhi və  səlləm) davamlı olaraq etdiyi ibadətin 
vacib olduğu anlaşılır. Allamə Zəbidi (rahimə-hullahü təala) “İhya” şər-
hində deyir: “Rəsulullahın (sallallahü aleyhi və səlləm) davamlı etdiyi iba-
dət vacib olur. Fərz olduğunu göstərməz.” Allamə müfti Əbüssüud (rahi-
mə-hullahü təala)  “Fəth-ullah-il-muin” kitabında deyir: “Rəsulullahın 
(sallallahü aleyhi və səlləm) davamlı olaraq yerinə yetirməsi, bunun vacib 
olduğunu göstərir.” 
İbni Abidin (rahimə-hullahü təala) dəstamazın sün-
nətlərində buyurur: “Rəsulullahın (sallallahü aleyhi və səlləm) davamlı et-
diyi ibadət, heç tərk etməmişdirsə, Sünnəti müəkkədə olur. Sünnəti mü-
vəkkədə, Peyğəmbər  əfəndimizin davamlı etdiyi, çox az tərk etdiyi işlər 
və ibadətlərdir. Tərk etməməklə yanaşı, tərk edəni inkar etmişdirsə, vacib 
olur. Buna görə də Əbüssüud əfəndi, heç tərk etmədən davam etdiyi şeyin 
                                                 

 Küsuf namazı-günəş tutulması zamanı ən az iki rükət olaraq camaatla qılınan namaz. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə