Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə37/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

 
91
İkincisi, bu şəxs, Allahın haqqını itirəndir. 
Üçüncüsü, sən, Allahü azım-üş-şanın haqqını itirdinsə, bugünkü gün-
də Allahın rəhmətindən uzaqsan. 
Namaz dinin dirəyidir. Bir şəxs namaz qılsa, dinin dirəyini qoymuş 
olar. Bu yolla, üzərinə kölgəlik qurar. Onun altında salamat olar. 
Bir şəxs, bir vaxt namazı bilə-bilə tərk etsə və sonra qəza etsə, Cəhən-
nəmdə bir Hükbə miqdarı, yəni səksən il yanacaq. Bu əzabdan qurtulmaq 
üçün eyni zamanda tövbə edib yalvarmaq, əfv diləmək də lazımdır. 
(Axirətin bir günü bu dünyanın min ili qədərdir. Axirətin illəri buna 
uyğun hesablanır.) 
Muhamməd  Əmin ibni Abidin “(rahmətullahi aleyh) “Rədd-ül-
muxtar” kitabında buyurur ki, səmavi dinlərin hamısında namaz qılmaq 
əmr edilmişdir. Adəm əleyhissəlam əsr, Yaqub əleyhissəlam məşrib, Yu-
nus  əleyhissəlam  İşa namazlarını  qılardı. Bütün fərzlərə  və haramlara 
inanmaq imanın şərti olduğu kimi, namaz qılmağın da vəzifə, borc oldu-
ğuna inanmaq imanın şərtidir. Lakin namaz qılmaq imanın şərti deyil. 
Ağıllı və buluğ yaşına çatmış hər bir müsəlman kişi və qadının, üzrlü 
səbəbi yoxdursa, hər gün beş dəfə namaz qılmağı fərzdir. Beş vaxt namaz 
mirac gecəsi fərz oldu. “Müqaddimət-üs-salət”“Təfsiri Məzhəri”“Ha-
ləbi-yi kəbir”dəki Hədisi-şərifdə buyruldu ki: “Cəbrayıl əleyhissəlam Kə-
bə qapısı yanında iki gün mənə imam oldu. İkimiz, fəcr doğarkən (dan 
yeri ağararkən) sübh namazını, günəş təpədən ayrılarkən zöhr namazı-
nı, hər şeyin kölgəsi öz boyu qədər uzandıqda əsr namazını, günəş ba-
tarkən (üst kənarı yox olunca) məğrib və şəfəq qaraldıqda İşanı qıldıq. 
İkinci gün də, sübh namazını hava aydınlandıqda, zöhrü, hər şeyin köl-
gəsi öz boyunun iki qatı  qədər uzandıqda,  əsri bundan dərhal sonra, 
məğribi oruc pozulduğu zaman, İşanı gecənin üçdə biri olduqda qıldıq. 
Sonra, ya Muhamməd, sənin və keçmiş Peyğəmbərlərin namaz vaxtları 
budur. Ümmətin, beş vaxt namazın hər birini, bu qıldığımız iki vaxtın 
arasında qılsınlar, dedi”. Hər gün beş dəfə namaz qılınması əmr olundu. 
Yeddi yaşındakı uşağına namaz qılmağı əmr etmək anaya, ataya lazımdır. 
Namazın fərz olduğuna, yəni birinci vəzifə olduğuna inanmayan kafir olur. 
Fərz olduğuna inansa da, tənbəlliklə qılmayan kafir olmaz, fasiq, yəni gü-
nahkar olar. Namaz qılmağa başlayana qədər həbs olunar. Ona heç bir gü-
zəşt, mərhəmət edilməz. Bir namazı vaxtında camaat ilə qılanın, müsəlman 
olduğu aydın olur. Çünki başqa dinlərdə namaz yalnız qılınır, camaatla qı-
lınmazdı. Həcc də edərdilər. Namaz yalnız bədən ilə edilən ibadət olduğu 
üçün başqasının yerinə namaz qılınmaz. Zəkat, yalnız mal ilə edilən ibadət 
olduğu üçün üzrlü səbəbi olmayan şəxs üçün başqası, onun malı ilə və əmri 
ilə  zəkat verə bilər. Həcc həm bədən ilə, həm də mal ilə edildiyinə görə, 
üzrlü səbəbi olanın yerinə, onun pulu və əmri ilə başqası həccə gedə bilər. 


 
92
Ölənə qədər heç vaxt oruc tuta bilməyən çox yaşlı bir şəxs, oruc yerinə hər 
günün orucu üçün kasıba fidyə deyilən malı verə bilər. Fidyə, pul verib qur-
tarmaq mənasını verir. Namaz üçün fidyə vermək də caiz deyildir. Namaz 
qıla bilməyən şəxs vəsiyyət edərsə, öldükdən sonra, onun namaz borclarının 
ödənilməsi üçün qoyduğu maldan fidyə vermək yaxşı olar. Qoyub getdiyi 
mal ödəmə üçün kifayət etməzsə“Dövr” etmək, (yəni ötürmək, təhvil ver-
mək) caizdir. Dövr-vəfat edən bir müsəlmanın sağlığında qıla bilmədiyi na-
maz, tuta bilmədiyi oruc və verə bilmədiyi zəkat kimi borclardan qurtulması 
üçün bir neçə kasıbın ölünün vəlisi tərəfindən verilən fidyəni alıb könüllü 
olaraq yenidən geri vermək yolu ilə edilən hərəkətdir. Oruc üçün iskat et-
mək isə vacibdir. 
Yay mövsümündə,  şimal ölkələrdə,  şəfəq yeri qaralmadan dan yeri 
ağardığı yerlərdə İşa və sübh namazlarının vaxtları başlamadığı üçün, hə-
nəfidə bu iki namazı qılmaq lazım deyil. Böyük müctəhid imam Şafii (ra-
himə-hullahü təala) lazım olduğuna ictihad buyurmuşdur. Lakin alimlərin 
çoxuna görə, sübh və İşa namazlarını qılmaq fərz olmaz. Qəza etmək də 
lazım gəlməz. Çünki hər iki namazın da vaxtı başlamamışdır. Vaxtı gəl-
mədən öncə qılmaq fərz deyildir. Lakin oruc belə deyil. Bir ölkədə ay gö-
ründükdə, hər ölkədə Ramazan başlayar. 
Öz məzhəbinə görə bir fərzi icra edərkən və ya bir haramdan qorunarkən 
“Harac”, yəni çətinlik hasil olarsa, harac olmayan başqa bir məzhəbi təqlid edilə-
rək, bu maneədən qurtulmaq lazımdır. Harac, bir işi zəhmətlə icra etmək və ya 
heç icra edə bilməmək deməkdir. Harac olmayan başqa məzhəb yoxdursa, haraca 
səbəb olan şey, zərurətlə mövcuddursa, bu fərzi yerinə yetirmək və ya haramdan 
qorunmaq  əfv olunur. Zərurət ilə mövcud deyilsə, yəni bu şeyin mövcud 
olması vacib deyilsə, bu şey tərk edilərək, haracdan qurtulmaq lazımdır. 
Sübh namazına gec gələn, camaatla qılmağı qaçırmamaq üçün sünnəti 
tərk etməlidir. Vaxtı qaçırmamaq üçün sünnəti tərk etməsi daha lazımdır. 
Camaata çata biləcəksə, sünnəti məsciddən kənarda və ya dirək arxasında 
qılmalıdır. Belə yer yoxdursa, camaatın yanında qıla bilməz, sünnəti tərk 
edər. Çünki məkruh işləməmək üçün sünnəti tərk etmək lazımdır. 
Üzrlü səbəbdən qılınmayan fərzlərə “Fəvait” (Faitə) deyilir ki, mə-
nası qaçırılan namazlar deməkdir. Üzrsüz, tənbəlliklə qılınmayan namaz-
lara “Mətrukat”, yəni üzrsüz tərk edilən deyilir. Fiqh alimləri qəzaya qa-
lan namazlara faitələr, yəni üzrlü səbəblə qaçırılan namazlar demişdirlər, 
səbəbsiz tərk edilən namazlar deməmişdirlər. Çünki namazı üzrsüz vaxtın-
da qılmamaq böyük günahdır. Qəza etməklə bu günah əfv olunmaz. Ayrı-
ca tövbə etmək və ya haccı-məbrur etmək lazımdır. Hacc-ı məbrur, şərtlə-
rinə diqqət edilərək, heç günah işləmədən edilən və qəbul olan həcdir. Qə-
za etdikdə, yalnız tərk etmək, qılmamaq günahı bağışlanılır. Qəza etmədən 
edilən tövbə düzgün olmaz. Çünki günahı tərk etmək tövbənin şərtidir. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə