Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə38/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

 
93
Namazı vaxtından sonraya saxlamaq üçün beş üzrlü səbəb var: 
Birincisi, düşmən qarşısında oturaraq, qiblədən başqa tərəfə dönərək 
və heyvan üstündə gedərək də  qılmağa imkan olmazsa; ikincisi, müsafir 
yolda oğru, quldur, yırtıcı heyvana yaxalanacaqsa; üçüncüsü, ananın və ya 
uşağın tələf ola biləcəyi təhlükəsi varsa, həkimin namazı gecikdirməsi; 
dördüncüsü, namaz qılmağı unutmaq; beşincisi yuxuya qalmaq. Vaxt çıx-
madan iftitah təkbiri ala bilmək Hənəfidə, bir rükət qıla bilmək isə Şafidə 
“Əda”, yəni namazı vaxtında qılmaq sayılır. 
Fərzləri qəza etmək fərz, vacibləri qəza etmək vacibdir. Sünnətləri qəza 
edən, sünnət savabı qazanır. Beş vaxt namazın fərzi ilə vitri qılarkən və qəza 
edərkən, tərtibə riayət etmək, yəni ardıcıllığı gözləmək lazımdır. Lakin vaxtın 
sonunda lazım olmaz. Yəni qəza qıla bilmək üçün, vaxtın fərzini qəzaya sax-
lamaq olmaz. Faitə qəza namazı olduğu unudularsa və ya faitə qəzasının sayı 
altı olarsa, tərtib, yəni ardıcıllıq qüvvəsini itirir. Faitə qəzalarının sayı altıdan 
aşağı düşərsə, tərtib geri gəlməz. Bunlar da sırasız qılına bilər. Tərtibsiz qılı-
nan fərzlər pozulsalar da, sayı altı olarsa, beşinci vaxt çıxdıqda, hamısı səhih 
olur. Məsələn, sübh namazını qılmayan şəxs, bunu xatırladığı halda, zöhr, əsr, 
məğrib, İşa və vitri qılsa, heç biri düzgün olmasa da, ertəsi gün günəş doğduq-
da, qılmış olduğu beş namazın hamısı səhih olar. 
Faitə  qəzasına qalmış namazları  təcili qəza etmək lazımdır. Yalnız, 
ailənin yaşayış vəsaitini qazanacaq qədər, eləcə də beş vaxt namazın sün-
nətlərini, duha, təsbih və təhiyyət-ül-məscid namazlarını qılacaq qədər ge-
cikdirmək caizdir. İbni Abidin, dəstəmazın sünnətlərində deyir ki: “Caiz, 
qadağan deyil deməkdir. Tənzihən məkruh olan şeyə də caiz deyilir”. Bu 
halda, caiz deyilən şeyi etməmək, adı çəkilən bu sünnət namazlar üçün qə-
zaları gecikdirməmək lazımdır. Ramazan orucunun qəzası təcili deyil. 
Qeyri müsəlman ölkələrdə müsəlman olan, fərz olduğunu bilmədiyi 
üçün tərk etdiyi namazları, orucları və zəkatları qəza etməz. Lakin İslam 
ölkəsində olanların fərzləri, haramları bilməməsi üzrlü hal deyil. Mürtəd, 
imana gələrsə, dinsiz olduğu vaxtlarda qılmadığı namazlarını qəza etməz. 
Çünki kafirlər ibadətlərdən məsul deyildirlər. Buluğ yaşına çatmamış bir 
uşaq, İşanı qıldıqdan sonra cünub olsa və dan yeri ağardıqdan sonra oyan-
sa, İşanı qəza etməsi lazımdır. Çünki qılmış olduğu namaz nafilə idi. Yu-
xuda ikən fərz oldu. Sağlam olarkən qılınmamış namazları, xəstə olduqda 
təyəmmüm ilə, işarə ilə qəza etmək olar. Qəzaya qalmış dörd rükət fərz
səfəri olduqda da dörd rükət qəza olunur. Səfərdə qəzaya qalmış iki rükət 
zöhrün fərzi, muqim də iki rükət qəza olunur. Zöhrün fərzi qılındıqda, bu 
günki zöhr namazının fərzinə və ya zöhrün fərzinə niyyət edilir. Faitə na-
mazı birdən çox olan, “İlk qəzaya qalmış olan” və ya “Son qəzaya qalmış 
olan” zöhrün fərzinə niyyət edir. Bir Ramazan ayının bir neçə gününü qə-
za edərkən, günlərin sırasını təyin etmək lazım deyildir. 


 
94
Üzrsüz tərk edilmiş namazları  qəza edərkən, başqalarına bəlli etmə-
mək lazımdır. Çünki namazı vaxtında qılmamaq günahdır. Günahını gös-
tərmək də başqa günah olar. Gecə gizli edilən günahı, gündüz başqalarına 
danışmaq da günahdır. İbni Abidindən tərcümə tamamlandı. 
Göründüyü kimi, Hənəfi məzhəbində faitə olaraq qəzaya qalmış na-
mazları təcili qəza etmək lazımdır. Şafii məzhəbində də belədir. Şafi alimlə-
rindən Şəmsüddin Muhamməd Rəmli (rahmətullahi aleyh), fitvasında buyu-
rur: “Üzrlü səbəbdən qəza edilmiş namazları olanın, Ramazanda təravih qı-
lıb, qəzalarını Ramazandan sonra qılması günah olmaz. Lakin üzrsüz tərk 
edilmiş namazları olanın belə etməsi günahdır. Çünki tərk edilmiş namazlar 
dərhal qəza edilməlidir.” Üzrsüz tərk edilmiş namazları ilk öncə qılmayıb, 
sünnətləri, məsələn təravihi əvvəlcə qılmağın günah olduğunu, sünnətlərin 
yerinə bu namazları qəza etməyin lazım olduğunu, Şafi məzhəbinin alimləri 
açıq şəkildə bildirir. Hənəfi məzhəbində də belədir. Hənəfidə, üzrlü səbəb-
dən qılınmamış namazların qəzalarını sünnət qılacaq qədər gecikdirmək 
caizdir, deyilməsi, onların qəzalarını gecikdirməməyin daha yaxşı olduğunu 
göstərir. Çünki caiz, islamiyyətdə qadağan edilməmişdir, deməkdir. İbni Abi-
din (rahimə-hullahü təala) “axar suyu israf etmək caizdir”, sözünü, “yəni tən-
zihən məkruhdur”, deyə açıqlayır. Üzrlü səbəbdən qılınmayan namazların qə-
za edilməsi təcili olduğu üçün, üzrsüz tərk edilmiş namazları da sünnətlərin 
yerinə qılmaq lazımdır. İbni Abidin (rahimə-hullahü təala) buyurur: “Dəstə-
mazda əzaları üç dəfə yumaq müəkkəd (qüvvətli) sünnətdir. Suyun qiyməti-
nin yüksək olması, soyuq olması, suya möhtac olmaq kimi üzrlü səbəblərlə 
bu sünnəti tərk etmək məkruh deyil”. Tərk edilmiş namazı bir an əvvəl qəza 
edib, böyük günahdan qurtulmaq üçün, sübh namazından başqa, digər sünnət-
lərin yerinə onların qəzasını qılmaq lazım olduğu buradan aydın görünür.
 
 
 
MEYİT ÜÇÜN NAMAZ İSQATI 
Namaz isqatı, meyiti namaz borclarından qurtarmaq deməkdir. Bunun 
üçün namazlarının kəffarəsi verilir. Kəffarənin verilməsi üçün, ölmədən əv-
vəl vəsiyyət etməsi və kəffarəyə çatacaq qədər mal qoyması vacibdir. Yəni 
qoyduğu malın üçdə biri, kəffarə miqdarından az olmamalıdır. Kəffarəni ölə-
nin vəlisi verir. Meyitin vəlisi, vəsiyyət etdiyi şəxsdir. Yaxud varislərindən 
biridir. İslamiyyətdə dörd növ vəli vardır. Meyitin vəlisi, yetimin vəlisi, ni-
kah olunacaq qadının vəlisi, qul və cariyənin vəlisi. Sonuncuya “Mevla” da 
deyilir. Bunlardan başqa, Allahü azım-üş-şanın da vəliləri vardır. Onlara 
“Övliya” deyilir. Onlar, Allahın çox sevdiyi insanlardır. Bu sevgiyə qovuş-
maq üçün, bütün sözlərin, işlərin və əxlaqın, Muhamməd əleyhissəlamın bil-
dirdiyi kimi olması lazımdır. Bunları, həqiqi alimdən asanlıqla öyrənmək 
olar. Həqiqi alim tapa bilməyən, Əhli sünnət alimlərinin kitablarından öyrən-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə