Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə39/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

 
95
məlidir. İbni Abidin (rahimə-hullahü təala) buyurur: “Üzrlü səbəbdən qılın-
mamış namazları olan şəxs, onların kəffarəsinin ödənməsini vəsiyyət etsə
hər bir fərz və vacib üçün, qoyduğu malın üçdə birindən, yarım sa

 
2,1 litr, 
yəni 520 dirhəm 
1750qram buğda və ya buğda unu kasıblara verilir. Hamı-
sını bir kasıba vermək də olar. Qiymətini 
qızıl və ya gümüş olaraq vermək 
daha yaxşıdır. Vəsiyyət edən, mal qoymamışdırsa və ya qoyduğu malın üçdə 
biri kəffarə üçün kifayət etmirsə, yaxud heç vəsiyyət etməmiş olub, vəlisi az 
miqdarda pul ödəyib kəffarəsini verəcəksə, bir günlük 1750x6=10500 qram, 
yəni 10,5 kilo, illik 3780 kilo buğda 
və ya 10 kilo buğdanın qiyməti həmişə 
təqribən bir qram qızıl olduğu üçün, qiyməti qədər 52,5 və ya ehtiyatən 60 
ədəd qızıl pulu, yaxud bu pulların ağırlığı qədər 
432 qr qolbaq, üzük və ya 
başqa qızıl əşyalar
 borc alar. Qılmış olduğu namazların da qüsurlu olduğunu 
dü-şünərək, meyitin ömründən kişilər üçün on iki, qadınlar üçün doqquz il 
çıxıb, mükəlləf olduğu zaman tapılır. Hənəfi məzhəbində hər gün altı nama-
zın kəffarəsi lazım olduğu üçün, bir günəş ili namaz kəffarəsi üçün lazım 
olan 
3780 kilo buğda və ya daha yaxşısı, onun qiyməti olan qızıl borc alı-
nır. Bu, namazın kəffarəsinin ödənməsi üçün niyyət edilərək, bir kasıba veri-
lir. Kasıb ağıllı, həddi-buluğa çatmış və saleh kişi olmalıdır. Kasıb, qəbul et-
dim deyərək alır. Sonra varisə hədiyyə edir. Varis təslim aldıqdan sonra, ye-
nidən ona və ya başqa kasıba verir. Beləcə, mükəlləf olduğu il qədər təkrar-
lanır. Daha çox qızıl borc almışdırsa, dövr sayı az olur. Qızıl pul yoxdursa, 
vəli bilərzik, üzük kimi qızıl əşyaları bir xanımdan borc alır. Bundan (namaz 
qılmadığı illərin sayı x 7,2) qram çəkilib, bir dəsmala bükülür. Dəsmalda, 
namaz qılmadığı illərin sayı qədər qızıl pul vardır. 60 ədədinə vurulub, kasıb 
sayına bölündükdə, dövr sayı olur. Qızıl azdırsa, birincidəkinin yarısı qədər 
ölçülür. Dövr sayı, birincinin iki misli olur. 60 yaşında vəfat edən kişi üçün, 
bir kasıba 60x48x 7,2=20736 qram qızıl verilir. Çünki bir illik namaz isqatı 
60 qızıldır. 7 kasıb və 100 qram qızıl ilə 30 dövr edilir. 7 kasıb və 70 qram 
qızıl ilə 43 dövr edilir. Dövr bitdikdə sonuncu kasıb əlindəki qızılları vəliyə 
hədiyyə edir. O da borcunu ödəyir. Sonra oruc, qurban və and içmək üçün 
dövrlər edir. Lakin bir and içmə kəffarəsi üçün ən azı on kasıba vermək la-
zımdır və bir kasıba bir gün üçün yarım sa`dan artıq verilə bilməz. Halbuki 
bir kasıba, bir gündə hətta bir dəfəyə bir çox namaz kəffarəsi verilə bilər. Zə-
kat isqatı  vəsiyyətsiz edilə bilməz. Meyitin vəsiyyəti lazımdır. Lakin oruc 
üçün vəsiyyət şərt olmadığından, zəkatı üçün də vəlinin hədiyyə edərək dövr 
etməsi yaxşı olar. Dövrlərin hamısı bitdikdən sonra, varis kasıblara bir miq-
dar mal, pul hədiyyə edir. 
Kəffarə üçün vəsiyyət edən meyitin qoyduğu malın üçdə biri, bütün 
kəffarələri ödəməyə çatmazsa, vəli varislərin icazəsi olmadan üçdə birdən 
                                                 

 sa-1040 dirhəmlik ölçü vahidi. 


 
96
artıq mal ilə kəffarə verə bilməz. Üçdə bir kəffarələrə çatır, lakin borcu var-
dırsa, alacaqlı isqatı üçün versə də, kəffarədən əvvəl borc ödənilir. Haqqını 
aldıqdan sonra kəffarə üçün hədiyyə etməsi caiz deyil. Çünki kəffarə yalnız 
varisin hədiyyə etdiyi mal ilə olur. Bütün ömrünün namazlarının kəffarəsi 
üçün vəsiyyət edənin ömrü bilinmirsə, vəsiyyət batil olur. Lakin üçdə bir 
miqdar, ömrünün namazları üçün təxmin ediləndən azdırsa, üçdə birin ha-
mısını vəsiyyət etmiş olur. Bu da bəlli miqdar malın vəssiyyəti olduğundan, 
səhih olur. 
Meyit vəsiyyət etmiş olsa da, vəlinin 
yəni varisinin kəffarə vermək 
üçün bəxşiş etməsi vacib deyildir. Meyitin, üçdə biri kəffarələrinə çatacaq 
miqdarda mal qoyması və bu üçdə bir ilə kəffarə verilməsini vəsiyyət et-
məsi vacibdir. Üçdə birin bir hissəsi ilə dövr edilməsini, qalanının varislə-
rə və ya başqalarına hədiyyə edilməsini vəsiyyət edərsə, vacibi tərk etmiş 
olur, bu isə günahdır. Buna görə, üçdə birin bir hissəsi ilə dövr edilməsini, 
qalan hissəsi ilə Qurani-kərim və təhlil xətmləri edilməsini vəsiyyət etmək 
səhih olmaz. Bundan başqa, ödənişlə Qurani-kərim oxumaq caiz deyil. 
Ödənişi alan da, verən də günah işləmiş olur. Ödənişlə Qurani-kərim öyrət-
məyin caiz olduğu deyilsə də, oxumağın caiz olduğunu deyən olmamışdır. 
“Namazlarımı varisim qılsın”, deyə vəsiyyət edən meyitin namazları-
nı, varisinin qəza etməsi düzgün deyil. Lakin kimsə, namaz qılar və ya 
oruc tutarsa və savabını bir meyitə  hədiyyə edərsə, səhih olar. Ölüm 
xəstəsinin öz namazlarının fidyəsini verməsi caiz deyildir.” İbni Abidin-
dən tərcümə tamamlandı. 
Əhməd Tahtavi (rahmətullahi aleyh) “Merak-ıl-fələh” kitabında de-
yir ki, tutula bilməyən orucların fidyələrini verərək ödənmələri nass ilə, 
yəni ayəti kərimələr və Hədisi-şəriflərlə bildirilmişdir. Namaz orucdan da-
ha mühüm olduğu üçün, namazın da oruc kimi olacağını alimlərimiz söz-
birliyi ilə bildirmişdirlər. Namaz ıskatının əsası yoxdur deyən din adamı 
öz cahilliyini bildirmiş olur. Bu sözü ilə alimlərin söz birliyinə qarşı çıxır. 
Bir xəstə uzanarkən başı ilə işarə edərək də namaz qıla bilmirsə, qıla 
bilmədiyi bu namazları beş vaxtdan az olsa belə, onlar üçün vəsiyyət et-
məsi lazım gəlməz. Bunun kimi, səfərdə və ya xəstəliyi ilə oruc tuta bil-
məyən də, onları qəza edəcək qədər zaman tapa bilməzsə, vəsiyyət etməz. 
Fitr sədəqəsi, zövcənin nəfəqəsi, hac ehramındakı cinayətləri, həcc,  əhd 
edilmiş sədəqələr üçün də vəsiyyət edilir. Vəsiyyət etməmiş meyit üçün
varisinin və ya başqasının hədiyyə etməsi inşaallah caiz olar. Həcc üçün 
vəsiyyət edənin vəkili, meyitin şəhərindən və ya qoyduğu malın üçdə biri-
nin kifayət etdiyi yerdən; hədiyyə edən isə istədiyi yerdən həccə gedər. 
Meyit üçün heç kimin, istər ödənişli, istər ödənişsiz namaz qılması  və 
oruc tutması düzgün deyil. Buna aid Hədisi-şərif, mənsuhdur, yəni hökmü 
qaldırılmışdır. Kəffarə olaraq verilən sədəqə vasitəsi ilə, Allahü təala, meyi-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə