Mizrakli elmihal


geri dönmür. Onlar hara gedir?”



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə36/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

 
88
geri dönmür. Onlar hara gedir?”. Cəbrayıl (əleyhissəlam) dedi: “Ya 
Həbiballah! Mən xəlq olunduğum gündən bu günə qədər bu beyti mamuru 
təvaf edib gedən mələklərin geri döndüyünü görmədim. Bir dəfə  təvaf 
edənə qiyamətə qədər bir daha növbə çatmaz”. 
Bir şəxs namazda Əuzü Bəsmələ oxuduqda, Allahü azım-üş-şan o qu-
la, bədənindəki qılların sayı qədər savab verir. Bir Fatihəi şərifə oxuduq-
da, Allahü təala həzrətləri o qula qəbul olmuş həcc savabı verir. Rükuya 
əyildikdə, Allahü azım-üş-şan o qula, neçə min qızıl sədəqə vermiş sava-
bı; rükuda sünnətə uyğun üç dəfə təsbih dedikdə, o qula Allahü azım-üş-
şan həzrətləri göydən enən dörd kitabı və yüz sühufu oxumuş qədər savab 
verir. “Səmiallahü limən hamidəh” dedikdə, o qulu, Allahü azım-üş-şan 
rəhmət dəryasına qərq edər. Səcdəyə əyildikdə, o qula Allahü azım-üş-şan 
insanlar və cinlərin sayı qədər savab verir. Səcdədə sünnətə uyğun üç dəfə 
təsbih dedikdə, o qula, Allahü azım-üş-şanın bəxş etdiyi fəzilət çoxdur. 
Lakin bir neçəsi bildirilmişdir: 
Birincisi,  Ərş  və Kürsi ağırlığında savab veriləcəyi; ikincisi, Allahü 
azım-üş-şanın o qulunun günahlarını bağışlayacağı; üçüncüsü, o qul öldükdə, 
Mikayıl  əleyhissəlamın onun qəbirinə qiyamətə  qədər davam edəcəyi; dör-
düncüsü, qiyamət günündə, Mikayıl  əleyhissəlamın o qulu mübarək qanadı 
üzərinə alıb şəfaət edəcəyi və Cənnəti alaya götürəcəyi qüvvətlə ümid edilir. 
Son oturuşda oturduqda, Allahü azım-üş-şan o qula səbr edən füqəra, 
kasıb savabı verir. 
Səbr edən kasıbın şükr edən zəngindən beş yüz il əvvəl Cənnətə girə-
cəyi bildirilmişdir. Şükr edən zənginlər onları gördükdə, nə olardı dünya-
da ikən səbr edən kasıblardan olardıq deyə təmənnə edəcək. 
 
CƏNNƏTİ ALİYYAT HAQQINDA 
Səkkiz Cənnətin səkkiz qapısı  və  səkkiz açarı vardır. Birincisi, beş 
vaxt namaz qılan möminlərin imanıdır. ikincisi, Bəsmələi şərifədir. Altısı 
da, Fatihəi şərifənin içindədir. Səkkiz Cənnət bunlardır: 
1. Darı-cəlal, bəyaz nurdandır. 
2. Darı-qərar, qırmızı yaqutdandır. 
3. Darı-salam, yaşıl qaşdandır. 
4. Cənətül-Huld, mərcandandır. 
5. Cənnətül-Məva, gümüşdəndir. 
6. Cənnətül-Adn, qızıldandır. 
7. Cənnətül-Firdevs, həm qızıldan, həm gümüşdəndir. 
8. Cənnətül-Nəim, qırmızı yaqutdandır. 
Cənnətə girən möminlər əbədi orada qalacaq, heç çıxmayacaqlar. Ora-
da olan hurilərin aybaşı günləri, lohuzalığı və pis xüsusiyyətləri yoxdur. İs-
tədikləri hər cür yemək və içmək hazır şəkildə önlərinə gələcək. Bişirmək 


 
89
və dərmək kimi şeylərdən uzaqdırlar. Başları üzərində quşlar uçar. Mömin-
lər imarətlərində oturduqları halda o quşları görərlər.  Əgər sən dünyada 
olarkən mənə bu qədər yaxın gəlsəydin, səni kabab edərdim, deyə qəlbindən 
keçirdiyi an, nurdan bir qab içində təzə bişmiş şəkildə onun qabağına gələr 
və quşu yeməyə başlar. Sümüklərini bir yerə  yığaraq qəlbindən, bu yenə 
quş olsaydı, deyə keçirsə, qəlbinə gəldiyi an, o əvvəlki kimi quş olub uçar
gedər. 
Cənnətin torpağı müşkdən, binasının bir kərpici gümüşdən, bir kərpi-
ci qızıldandır. 
Cənnət əhlinin hər birinə yüz igid qüvvəti, eləcə də hər birinə ən az 
yetmiş huri və iki dünya xatunu veriləcəyi güman edilir. 
Cənnətdə dörd böyük çay vardır. Bunların mənbəyi bir, axını ayrı-ay-
rı olub, birinin ləzzəti digərinə bənzəməz. Onların biri saf su, ikincisi xalis 
süd, üçüncüsü Cənnət şərabı, dördüncüsü də saf baldır. 
Cənnətdə hündür köşklər, imarətlər vardır. Əyildikdə, möminlər onla-
ra minər, istədikləri yerə gedərlər. (Bunların dünyada misalı, indiki za-
manda eskolator və təyyarələrdir.) 
Cənnətdə Tuba ağacı vardır. Bu ağacın kökləri yuxarıda, qol-budağı 
aşağıya doğru sallanmışdır. Onun dünyada misalı, ay və günəşdir. 
Cənnət əhli, yemək-içmək dadını və ləzzətini duyar, lakin ifrazat ehti-
yacı hiss etməzlər. Bu kimi bəşəri ehtiyac və iztirablardan uzaqdırlar. 
Allah (cəllə  cələlühü), Cənnətdə mömin qullarına müraciət edib: “Qulla-
rım! Məndən daha nə istəyirsiniz, verim. Siz, zövq və səfada olun!”, buyur-
duqda, qullar da, “ya Rəbb! Bizi Cəhənnəmdən azad etdin və Cənnətinə daxil 
edib, bu qədər huri, qılman və uşaq verdin. Bunlardan başqa, ağla gəlməyən, göz-
lər görməyən, qulaqlar eşitməyən bu qədər nemət verdin. Daha bir şey istəməyə 
utanarıq”, deyəcək. Rəbbül-aləmin yenə xitab edib: “Qullarım! Sizin məndən 
bunlardan başqa istəyəcəyiniz var”, buyurduqda, qullar: “ya Rəbb! Daha istə-
məyə üzümüz yoxdur. Həm də nə istəyəcəyimizi bilmirik”, deyəcək. Rəbbül-alə-
min, “Qullarım! Dünyada sizə bir məsələni həll etmək gərək olduğunda, nə 
edərdiniz?”, buyurduqda, qullar: “alimlərə gedər, o məsələni öyrənib çətinliyi-
mizi aradan qaldırardıq”, deyəcək. Haqq sübhanəhü və təala həzrətləri: “İndi də 
belə edin. Alimlərə deyin, onlardan xəbər alın! Hər nə xəbər versələr, sizə 
verim.”, buyurduqda, alimlər də: “Sizlər Cəmalullahı unutdunuzmu? Dünyada 
olarkən, Rəbbimiz Cənnətdə məkandan uzaq olduğu halda, camalını bizə göstərə-
cək, deyə arzu edərdiniz. Elə isə, onu istəyin”, deyəcək. Qullar da Cəmalullahı 
görmək istədiklərində, Allahü azım-üş-şan, məkandan uzaq olduğu halda, cəmali 
bəkəmalini göstərəcək. Haqq təalanın cəmali pakını (pak camalını) gördükdə, ne-
çə min il heyran qalacaqlar. 
Cənnətdə insanlar imarətlərində oturduqda, ətrafında pəncərələr, önün-
də meyvələr olacaq. Qullar o meyvələri gördükdə, uzanıb budağı çəkmək və 


 
90
meyvəni qoparıb yemək istədikdə, oturduğu yerdən durmağa və budağı 
dartmağa ehtiyac qalmaz. Dərhal oturduğu yerə istədiyi budaq qabağına gə-
lər. Meyvəni qoparıb ağzına qoyar və çeynəyib, hələ ləzzəti boğazına çat-
mamış, qopardığı yerdən bir başqası bitər. Ağzına qoyduqda, yetişmiş  və 
dadlı olar. 
 
QƏZA NAMAZLARI 
Vaxtında  əda edilən (qılınan) namazların fəziləti olduqca çoxdur. 
Bunlardan bir neçəsi bəyan edilmişdir: 
1. İnsanın üzü nurlu olur. 
2. Ömrünün bərəkəti olur. 
3. Duası qəbul olur. 
4. İnsanların xeyirlisi olur. 
5. Bütün möminlər onu sevər. 
Namazı  tərk etməyin, yəni səbəbsiz olaraq, vaxtından sonra qılmağın 
on beş zərəri vardır. Bu zərərlərin beşi dünyada, üçü vəfat edərkən, üçü qə-
birdə, dördü ərasat meydanında, yəni məhşər yerindədir. 
Dünyadakı beş zərər: 
1. O insanın üzündə nur olmaz. 
2. Ömründə bərəkət olmaz. 
3. Duası qəbul olmaz. 
4. Bir mömin qardaşına edəcəyi duası qəbul olmaz. 
5. Etdiyi digər ibadətlərin savabı ona çatmaz. 
Səkəratı məvtdə, yəni ölüm anında olan üç zərər: 
1. Ac olaraq ölər. 
2. Susuz olaraq ölər. 
3. Rəzil olaraq ölər. Nə qədər təam yesə doymaz, nə qədər su içsə, bəs et-
məz. 
Qəbirdə olan üç zərər: 
1. Qəbiri onu sıxar və sümükləri bir-birinə keçər. 
2. Qəbiri atəşlə dolar. 
3. Onu bir əjdaha təngə gətirər. O əjdahanın adına Akra deyilir. Onun 
əlində bir qamçı olar. O qamçıyla bir dəfə vurduqda yerin dibinə keçrər, 
yenə  çıxar, bir daha vurar. Bu hal, qiyamətə  qədər belə davam edər. O 
şəxs bu əzabı qiyamətə kimi çəkər. 
Ərasat meydanındakı dörd zərər: 
1. Hesabı şiddətli olar. 
2. Allahü azım-üş-şanın qəzəbini qazanar. 
3. Cəhənnəmə daxil olar. 
4. Onun alnına üç sətir yazı yazılar: 
Birincisi, bu şəxs, Allahın qəzəbinə layiqdir. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə