Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə44/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

 
107
rın böyük günahları üçün olan əzablarının zəifləməsinə səbəb olurlar. Bö-
yük günahların əfv edilməsi üçün tövbə etmək də lazımdır. Böyük günahı 
olmayanın dərəcəsinin yüksəlməsinə səbəb olurlar. Bu Hədisi-şərif “Müs-
lim”də yazılmışdır. Beş vaxt namazı qüsurlu olanların əfv olmasına Cümə 
namazları səbəb olur. Cümə namazları da qüsurludursa, Ramazan orucları 
səbəb olur. 
2-Yenə Əbu Hürəyrə (radıyallahü anh) bildirir. Rəsulullah (sallallahü 
aleyhi və səlləm) buyurmuşdur: “Qapısının önündə axar su olan bir şəxs 
bu suda hər gün beş dəfə yuyunsa, bədənində kir qalarmı?” Əshab-ı ki-
ram cavab verərək, xeyr, heç kir qalmaz, ya Rəsulallah, dedilər. “Beş vaxt 
namaz da belədir. Beş vaxt namaz qılanların kiçik günahlarını Allahü 
təala yox edər.” Bu Hədisi-şərif “Buxari” və “Müslim”də yazılmışdır.  
3-Abdullah ibn Məsud (radıyallahü anh) deyir ki, biri yad bir qadını 
öpmüşdür. Yəni Ənsardan biri xurma satırdı. Bir qadın xurma almaq üçün 
gəlmişdi. Qadına qarşı heyvani hissləri oyandı. Evdə daha yaxşısı var, gəl 
ondan verim, dedi. Evə  gəldikdə qadını qucaqlayıb, öpdü. Qadın: “Nə 
edirsən, Allahdan qorx!” dedi. O da peşman oldu. Rəsullullahın yanına 
gəlib, etdiklərini söylədi. Rəsulullah (sallallahü aleyhi və səlləm) ona ca-
vab vermədi, Allahü təaladan vəhy gözlədi. Sonra o şəxs namaz qıldı. 
Allahü təala Hud surəsinin 115-ci ayəsini göndərdi. Bu ayəti kərimədə 
buyruldu: “Günün iki tərəfində və günəş batarkən namaz qıl! Yaxşılıq-
lar pislikləri  əlbəttə yox edər.”  Günün iki tərəfi zöhrdan əvvəl və sonra 
deməkdir. Yəni sübh, zöhr və əsr namazlarıdır. Gündüzə yaxın olan gecə 
namazı da şam və  İşa namazlarıdır. Bu ayəti kərimədə  hər gün beş vaxt 
namazın günahların  əfv edilməsinə  səbəb olduğu bildirilir. Bu şəxs “Ya 
Rəsulallah! Bu müjdə yalnız mənim üçündür, yoxsa bütün ümmət üçün-
dür?” soruşdu. “Bütün ümmət üçündür.” buyurdu. 
4-Enes ibn Malik (radıyallahü anh) deyir ki, bir şəxs Rəsulullahın (sal-
lallahü aleyhi və səlləm) yanına gəlib, dedi: “Had cəzası veriləcək bir günah 
işlədim. Mənə had cəzası vur!” Rəsulullah ondan nə günah işlədiyini soruş-
madı. Namaz vaxtı  gəldi, birlikdə  qıldıq. Rəsulullah (sallallahü aleyhi və 
səlləm) namazını bitirdikdə o şəxs yenə dedi: “Ya Rəsulullah (sallallahü 
aleyhi və səlləm)! Mən had cəzası veriləcək bir günah işlədim. Allahü təala-
nın kitabında əmr olunan cəzanı mənə ver!” Rəsulullah (sallallahü aleyhi və 
səlləm):  “Sən bizimlə birlikdə namaz qılmadınmı?”  buyurdu. “Bəli, qıl-
dım” dedi. “Üzülmə, Allahü təala günahını əfv eylədi!” buyurdu. Bu Hə-
dis iki səhih kitabda yazılmışdır. Bu şəxs had lazım olan böyük günah işlə-
diyini zənn etmişdi. Namaz qılarkən əfv olması bunun kiçik günah olmasını 
göstərir. Yaxud had deyərkən, kiçik günahların qarşılığı olan “Tazir” cəza-
sını  nəzərdə tuturdu. Tazir cəzası  qəbahətə  və  şəxsə görə  dəyişən tənbeh, 
xəbərdarlıq, danlamaq və döymək kimi cəzalara deyilir. 


 
108
5- Abdullah ibn Məsud (radıyallahü anh) deyir ki, Allahü təalanın ən 
çox hansı əməli sevdiyini Rəsulullahdan (sallallahü aleyhi və səlləm) so-
ruşduqda
 
“Vaxtında qılınan namaz”
 
buyurdu. Bəzi Hədisi-şəriflərdə 
“Vaxtın əvvəlində qılınan namazı çox sevər” buyrulmuşdur. Ondan sonra 
hansını çox sevdiyini soruşduqda  “Anaya-ataya yaxşılıq etməyi”, sonra 
“Allah yolunda cihad etməyi” buyurdu. Başqa bir Hədisi-şərifdə “Əməl-
lərin ən yaxşısı yemək yedirməkdir”, “Salam verməyi yaymaqdır”, “Ge-
cə hər kəs yatarkən namaz qılmaqdır”, “Ən qiymətli əməl əlindən və di-
lindən kimsənin inciməməsidir”, “Ən qiymətli əməl cihaddır”, “Ən qiy-
mətli əməl haccı məbrurdur (yəni heç günah işləmədən edilən həccdir)”, 
“Allahı zikr etməkdir”, “Davamlı olan əməldir” deyə buyurduğu hədisi-
şərifləri də vardır. Sualı soruşanların hallarına uyğun, yaxud zamana uy-
ğun müxtəlif cavablar verilmişdir. Məsələn, islamın başlanğıcında əməllə-
rin ən yaxşısı, ən qiymətlisi cihad idi. [İndiki zamanda əməllərin ən yaxşı-
sı yazı ilə, nəşriyyat ilə kafirlərə, məzhəbsizlərə cavab vermək, Əhli sün-
nət etiqadını yaymaqdır. Belə cihad edənlərə pul ilə, mal ilə, bədən ilə 
yardım edənlər də onların qazandıqları savaba ortaq olurlar. Ayəti kərimə-
lər, Hədisi-şəriflər namazın zəkatdan, sədəqədən daha qiymətli olduğunu 
göstərir. Lakin ölüm ayağında olan şəxsə bir şey verib ölümdən qurtarmaq 
namaz qılmaqdan daha qiymətli olar.] 
6-Cabir ibn Abdullah xəbər verir: Rəsulullah (sallallahü aleyhi və səl-
ləm) buyurdu ki, “İnsan ilə küfr arasındakı sərhəd namazı tərk etmək-
dir.” Çünki namaz insanı küfr etməkdən qoruyan pərdədi. Bu pərdə ara-
dan qalxdıqda qul küfrə yönəlir. Bu Hədisi-şərif “Müslim”də yazılmışdır 
və namazı tərk etməyin çox pis olduğunu göstərir. Əshabı kiramdan çox 
adam namazı üzrsüz tərk edənin kafir olacağını demişdirlər.  
7-Übadə ibn Samit (radıyallahü anh) xəbər verir: Rəsulullah (sallalla-
hü aleyhi və səlləm) buyurdu ki, “Allahü azım-üş-şan beş vaxt namaz qıl-
mağı əmr etdi. Bir şəxs gözəl dəstəmaz alıb, namazları vaxtında qılarsa 
və rükularını, huşularını tam yerinə yetirərsə, Allahü təala onu əfv edə-
cəyini söz vermişdir. Bunları etməyənlər üçün isə söz verməmişdir. Et-
məyənləri istərsə əfv edər, istərsə də əzab verər.” Bu Hədisi-şərifi İmam 
Əhməd, Əbül Davud və Nəsai bildirmişdir. Göründüyü kimi namazın şərt-
lərinə, rüku və  səcdələrinə diqqət etmək lazımdır. Allah sözündən dön-
məz. Doğru-dürüst namaz qılanları mütləq əfv edər. 
8-Əbu Əmaməi Bahili (radıyallahü anh) xəbər verir: Rəsulullah (sal-
lallahü aleyhi və səlləm) buyurdu ki, “Beş vaxt namazınızı qılın! Bir ayı-
nızı da oruc tutun! Mallarınızın zəkatını verin! Başınızda olan rəhbərlə-
rə itaət edin! Rəbbinizin Cənnətinə girin!” Göründüyü kimi hər gün beş 
vaxt namaz qılan, Ramazan ayında oruc tutan, malının zəkatını verən və 
Allahü təalanın yer üzündə  xəlifəsi olan rəhbərlərin islamiyyətə uyğun 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə