Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə45/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

 
109
əmrlərinə itaət edən bir müsəlman Cənnətə gedəcəkdir. Bu Hədisi-şərifi 
İmam Əhməd və Tirmüzi bildirmişdir. 
9-Əshabi-kiramın məşhurlarından Bürəydəi Əsləmi (radıyallahü anh) 
xəbər verir: Rəsulullah (sallallahü aleyhi və səlləm) buyurdu ki, “Sizinlə 
aramızda olan əhd namazdır. Namazı tərk edən kafir olar.” Buradan na-
maz qılanın müsəlman olduğu aydın olur. Namaza əhəmiyyət verməyən, 
namazı birinci vəzifə qəbul etmədiyi üçün qılmayan kafir olur. Bu Hədisi-
şərifi İmam Əhməd, Tirmüzi, Nəsai və ibn Macə bildirdi. 
10-Əbu Zəri Qifari (radıyallahü anh) deyir ki, payız günlərindən bi-
rində  Rəsulullah (sallallahü aleyhi və  səlləm) ilə birlikdə küçəyə  çıxdıq. 
Yarpaqlar tökülürdü. Bir ağacdan iki budaq qopardı. Onların yarpaqları 
dərhal töküldü. “Ya  Əbu Zər! Bir müsəlman Allah rizası üçün namaz 
qıldıqda bu budaqların yarpaqları töküldüyü kimi günahları tökülər.” 
Buyurdu. Bu Hədisi-şərifi İmam Əhməd xəbər verdi. 
11-Zeyd ibn Xalid Cühəmi xəbər verir: Rəsulullah (sallallahü aleyhi 
və səlləm) buyurdu ki, “Bir müsəlman doğru olaraq və huşu ilə iki rükət 
namaz qıldıqda keçmiş günahları əfv olar.” Yəni kiçik günahlarının ha-
mısı əfv olar. Bu Hədisi-şərifi İmam Əhməd bildirdi. 
12-Abdullah ibn Əmr ibn As “radıyallahü təala anhüma” xəbər verir: 
Rəsulullah (sallallahü aleyhi və  səlləm) buyurdu ki, “Bir  şəxs namazı 
vaxtında qılarsa, bu namaz qiyamət günü nur və sübut olur, Cəhənnəm-
dən qurtulmasına səbəb olur. Namazı mühafizə etməzsə, nur və sübut o-
lmaz, qurtuluş tapmaz. Karun, Firon, Haman və Übey ibn Haləf ilə bir-
likdə olar.” Göründüyü kimi bir şəxs namazı fərzlərinə, vaciblərinə, sün-
nətlərinə və ədəblərinə uyğun qılarsa, bu namaz qiyamətdə nur içində ol-
masına səbəb olur. Belə namaz qılmağa davam etməzsə, qiyamət günü adı 
çəkilən kafirlərlə  bərabər olar. Yəni Cəhənnəmdə  şiddətli  əzab çəkər. 
Übey ibn Haləf Məkkə kafirlərinin azğınlarından idi. Uhud qəzasında Rə-
sulullah (sallallahü aleyhi və səlləm) mübarək əli ilə onu Cəhənnəmə gön-
dərdi. Bu Hədisi-şərifi İmam Əhməd, Beyhəki və Darimi bildirmişdirlər. 
13-Tabiinin (Səhabələri görən və onlardan dərs alan alimlər) böyüklərin-
dən, Abdullah ibn Şakik (rahimə-hullahü təala) deyir ki: “Əshabi-kiram (radı-
yallahü anhüm), ibadətlər içində yalnız namazı  tərk etməyin küfr olduğunu 
söyləmişdirlər.” Bunu Tirmüzi bildirdi. Abdullah ibn Şakik Ömərdən, Əlidən, 
Osmandan və Aişədən (radıyallahü anhüm) Hədisi-şəriflər rəvayət etmişdir. 
Hicrətin 108-ci ilində vəfat etmişdir. 
14-Əbüddərda (radıyallahü anh) deyir ki, çox sevdiyim mənə dedi ki, 
“Parça-parça parçalansan, atəşdə yandırılsan belə Allahü təalaya heç bir 
şeyi  şərik qoşma! Fərz namazları  tərk etmə! Fərz namazları bilə-bilə 
tərk edən müsəlmanlıqdan çıxar.  Şərab içmə!  Şərab bütün pisliklərin 
açarıdır.” Göründüyü kimi, fərz namazları əhəmiyyət verməyib tərk edən ka-


 
110
fir olur. Tənbəlliklə tərk edən kafir olmasa da, böyük günah olar. İslamiyyətin 
bildirdiyi beş üzrlü səbəbdən biri ilə qaçırmaq günah deyildir. Şərab və spirtli 
içkilərin hamısı ağlı aparır. Ağlı olmayan hər pisliyə əl ata bilər. 
15-Əli (radıyallahü anh) xəbər verir. Rəsulullah (sallallahü aleyhi və 
səlləm) buyurdu ki: “Ey Əli! Üç şeyi etməyi gecikdirmə: Vaxtı gəldikdə 
namazı dərhal qıl! Cənazə hazırlandıqda namazını dərhal qıl! Bir qızı 
uyğun birini tapdıqda dərhal evləndir!” Bu Hədisi-şərifi Tirmüzi (rahi-
mə-hullahü təala) bildirdi. Cənazə namazını gecikdirməmək üçün məkruh 
olan üç vaxtda da qılmaq lazımdır. 
Göründüyü kimi, qadını, qızı ona uyğun birinə vermək lazımdır. Uy-
ğun biri dedikdə, zəngin olmaq, gəliri çox olmaq nəzərdə tutulmur. Uyğun 
biri olmaq, kişinin saleh müsəlman olması, Əhli sünnət etiqadında olması, 
namaz qılması, içki içməməsi, yəni islamiyyətə uyması və nəfəqə qazana-
caq qədər iş sahibi olması deməkdir. Kişinin yalnız varlı olmasını, imarət 
sahibi olmasını istəyənlər qızlarını fəlakətə sürükləmiş, Cəhənnəmə atmış 
olurlar. Qız namaz qılmalı, başı, qolu açıq küçəyə çıxmamalı, məhrəm ol-
mayan qohumları ilə belə yalnız qalmamalıdır.
 
16-Abdullah ibn Ömər “radıyallahü anhümə” xəbər verir. Rəsulullah 
(sallallahü aleyhi və səlləm) buyurdu ki: “Namazlarını vaxtları gəldikdə 
dərhal qılanlardan Allahü təala razı olur. Vaxtlarının sonunda qılanla-
rı da əfv edər”. Bu Hədisi-şərifi Tirmüzi (rahimə-hullahü təala) bildirdi. 
Şafi və hanbəlidə hər namazı vaxtının əvvəlində qılmaq yaxşıdır. Ma-
liki məzhəbi də buna yaxındır. Ancaq çox isti olduqda, yalnız qılanın zöhr 
namazını gecikdirməsi yaxşıdır. Hənəfi məzhəbində sübh və İşa namazla-
rını gecikdirmək və isti vaxtlarda zöhrü hava sərinləşdikdə  qılmaq daha 
yaxşıdır. 
Lakin zöhrü imameynin qavlinə görə əsr vaxtı girmədən, əsr və 
İşanı da İmam azama görə vaxtı girən kimi qılmaq yaxşı olur, ehtiyatlı 
olur. Təqva əhli olanlar hər işlərində ehtiyatlı davranırlar.
 
17-Ümmi Fərvə “radıyallahü anha” xəbər verir. Rəsulullahdan (sallal-
lahü aleyhi və səlləm) hansı əməlin daha yaxşı olduğu soruşuldu: “Əməl-
lərin ən yaxşısı vaxtının əvvəlində qılınan namazdır”, buyurdu. Bu Hə-
disi-şərifi imam Əhməd, Tirmüzi və Əbu Davud (rahimə-hümullahü təala) 
bildirdilər. Namaz ibadətlərin ən üstünüdür. Vaxtı girən kimi qıldıqda da-
ha üstün olur. 
18-Aişə “radıyallahü anha” deyir ki, Rəsulullahın (sallallahü aleyhi 
və səlləm) namazını axır vaxtında qıldığını ikinci dəfə görmədim. 
19-Ümmi Həbibə “radıyallahü anha” xəbər verir. Rəsulullah (sallallahü 
aleyhi və səlləm) buyurdu ki: “Bir müsəlman qul hər gün fərz namazlar-
dan başqa 12 rükət tetavvu olaraq namaz qılarsa, Allahü təala ona 
Cənnətdə bir yer düzəldər.” Bu Hədisi-şərif  “Müslim”də yazılmışdır. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə