Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə42/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

 
102
muş minlərlə böyük alim və  Şeyx-ul-islamlar (rahimə-hümullahü təala) 
millətin xütbələri anlaması üçün çarə axtarmışdırlar. Xütbələrdə türkcə 
tərcümələrin də oxunması üçün icazə tapa bilməyib, buna izn verə bilmə-
mişdilər. Camaata xütbənin mənasını anlatmaq üçün hər məsciddə namaz-
lardan sonra Cümə söhbətləri aparılmış, altı yüz il xütbələr millətə bu yol-
la öyrədilmiş, bununla da islamdan kənara çıxmağın qarşısı alınmışdır. 
Bayram namazının  “Zəvaid təkbirləri” doqquzdur: bunlardan biri 
fərz, biri sünnət, yeddisi vacibdir. İftitah təkbiri fərz, əvvəlki rüku təkbiri 
sünnət, zəvaid təkbirləri vacibdir. İkinci rəkatın rükü təkbiri vacibə yaxın 
olduğu üçün vacib olur.  
 
NAMAZ QILMAQ 
“Neməti islam”da deyilir ki, ağıllı və həddi-buluğa çatmış hər müsəl-
manın hər gün beş vaxt namaz qılması fərzdir. Heç kim başqasının yerinə 
namaz qıla bilməz. Bir şəxs qıldığı namazın və başqa ibadətlərinin savabı-
nı 
diri və ya ölü başqalarına hədiyyə edə bilər. özünə verilən savab qə-
dər onların hər birinə də savab verilir. Öz savabı azalmır.
 Borclu olduğu 
adamın haqqını bağışlaması üçün namaz qılıb savabını ona göndərmək 
caiz deyildir. Namazın fərz olduğuna inanıb, üzrlü səbəb olmadığı halda 
tənbəllik edərək namaz qılmayan kafir olmaz, fasiq olar. 
bunların, bir na-
maz üçün Cəhənnəmdə yetmiş min il yanacağı bildirildi.
 Uşaq yeddi ya-
şına gəldikdə namaz qılması  əmr olunur. On yaşına çatdıqda namaz qıl-
mazsa əl ilə döyülür. Üç dəfədən artıq vurmaq olmaz. Dəyənək ilə də dö-
yülə bilməz. 
heç bir canlının başına, üzünə, sinəsinə, qarnına vurmaq caiz 
deyildir.
 Xəstənin də gücü çatdığı qədər namaz qılması fərzdir. 
 
ÜZRLÜ OLMAQ 
Dəstəmazı pozan şeyin bədəndən çıxması davamlı olarsa, “Üzr” sayı-
lır. Sidik, yel qaçırmaq, burun qanaması və yaradan qan, sarı su axması, ağ-
rıdan göz yaşı axması davamlı olduqda, bu şəxs və istihazə qanı axan qadın 
“Üzr sahibi” olur. Pambıq tıxamaqla, dərman ilə və ya namazı oturaraq ya-
xud işarə ilə qılaraq bunların qarşısını almaq lazımdır. 
Sidiyini saxlaya bil-
məyən kişi sidik yoluna kiçik pambıq qoymalıdır. Süni pambıq qoyarsa, lif-
ləri böyrəklərə gedib iltihab törədə bilər. Sidiyə getdikdə pambıq öz-özünə 
xaric olar. Sidik çox gələrsə, pambıqdan xaricə sızar və dəstəmaz pozular. 
Sızan sidik paltarı kirlətməməlidir. Buna görə də sidik çıxan yerə parça sarı-
yıb, iplə bağlamaq lazımdır. Sidik çox gələrsə, parçanın ucuna pambıq da 
qoyula bilər. Namaz vaxtı çıxdıqda üzr sahibinin dəstəmazı pozulur. Vaxt 
çıxmadan əvvəl də üzrə səbəb olan şeydən başqa digər səbəblə də dəstəmaz 
pozula bilər. Məsələn, burun deşiklərinin birindən qan gələrkən dəstəmaz 
alıb, sonra digər deşikdən də axmağa başlasa dəstəmaz pozulur. Hənəfidə 


 
103
və Şafidə üzrlü olmaq üçün dəstəmazı pozan şeyin bir namaz vaxtında dur-
madan axması lazımdır. Dəstəmaz alıb, o vaxtın fərzini qılacaq qədər bir za-
manda axmazsa, üzr sahibi olmaz. Bir şəxs üzr sahibi olduqda sonrakı na-
maz vaxtlarında bir dəfə bir damla belə gəlsə, üzr sahibi olması o vaxtlarda 
da davam edir. Bir namaz vaxtında heç gəlməzsə, üzr sahibi olmaq bitər. 
Üzrə  səbəb olan nəcasət paltara dirhəm miqdarından çox batarsa, yenidən 
batmamasına mane olmaq mümkündürsə, batmış yeri yumaq lazımdır. “Əl-
fiqhu aləl-məzahib-il-ərbəa”da deyilir: “Bir xəstənin Maliki məzhəbinə 
görə üzr sahibi olması üçün iki qavl vardır : birinci qavl görə dəstəmazı po-
zan şeyin bir namaz vaxtının yarısından çox davam etməsi, başladığı və da-
yandığı vaxtların bəlli olmaması lazımdır. İkinci qavlə görə birinci haldakı 
iki şərt olmasa da, bu axıntılar başladıqda, xəstə üzr sahibi olur, dəstəmazı 
pozulmaz. Kəsildiyi vaxt məlum olarsa, namaza durarkən dəstəmaz alması 
müstəhəb olar. Hənəfidə və Şafidə üzr sahibi ola bilməyən xəstə və yaşlı in-
san Maliki məzhəbinin ikinci qavlini təqlid edər.”
 
Qüsl aldıqda xəstə olmaqdan və ya xəstəliyin şiddətlənməsindən ya-
xud uzanmasından qorxan təyəmmüm edər. Bu qorxu öz təcrübəsi ilə ya-
xud müsəlman təbibin söyləməsi ilə  məlum olur. Günah işləməsi dillərə 
düşmüş olmayan təbibin sözü də qəbul edilir. Soyuq vaxtlarda sığınacaq 
yer, suyu isidəcək şey, şəhərdə hamam pulu tapmamaq xəstəliyə səbəb ola 
bilər. Hənəfidə bir təyəmmüm ilə istənilən qədər fərz qılına bilər. Şafidə 
və Malikidə hər fərz üçün yenidən təyəmmüm edilməlidir. 
Dəstəmaz üzvünün yarısında yara olan təyəmmüm edər. Yara yarıdan 
azdırsa, sağlam yeri yuyub, yaranı məsh etmək lazımdır. Qüsldə bütün bədən 
bir üzv sayıldığı üçün bütün bədənin yarısı yaradırsa, təyəmmüm edilir. Yara-
lı yer yarıdan azdırsa, sağlam yer yuyulub, yaralar məsh edilir. Yaraya məsh 
zərər verərsə, sarğıya məsh edilir. Buna da zərər verərsə, məsh tərk edilir. 
Dəstəmazda və qüsldə başa məsh zərər verərsə, baş məsh edilmir. Əli çolaq 
ekzema, yara olub, su işlədə bilməyən təyəmmüm edər. Üzünü, qollarını ye-
rə, palçıqlı, torpaqlı, daşlı divara sürtər. Əlləri və ayaqları kəsik olanın üzü də 
yaradırsa, namazı dəstəmazsız qılar. Dəstəmaz aldıracaq birini tapa bilməyən 
təyəmmüm edər. Övladı, köləsi, pulla tutduğu şəxs yardım etməyə məcbur-
durlar. Başqasından da yardım istəmək olar. Lakin onlar yardıma məcbur de-
yillər. Ər və arvad da bir-birilərinə dəstəmaz aldırmağa məcbur deyillər. 
Qan aldırdıqda, zəli qoyduqda, yara, çiban olduqda, sümük qırıldıqda 
sarğı (pambıq, plastr, məlhəm) qoyan o yeri soyuq, isti su ilə yumağa və ya 
məsh etməyə qadir deyilsə, dəstəmazda və qüsldə onların yarıdan çoxunun 
üstünə bir dəfə  məsh edər. Sarğını açmaq zərər verərsə, altındakı sağlam 
yerlər yuyulmaz. Sarğı aralarında görünən sağlam dəri yerlər məsh edilir. 
Sarğını dəstəmazlı olaraq sarımaq lazım deyildir. Məshdən sonra sarğı də-
yişdirilərsə, üstünə başqası da sarılarsa, yenisinə məsh lazım olmaz. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə