Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə41/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

 
100
vacib olduğunu demişdir.” Hər ikisini də üzrsüz tərk etməyin tahrimən 
məkruh (harama yaxın əməl) olduğunu namazın məkruhlarında bildirmək-
dədir.
 Rəsulullahın (sallallahü aleyhi və səlləm) xütbələri davamlı olaraq 
yalnız  ərəbcə oxuması,  ərəbcə oxumağın vacib olduğunu göstərir. Buna 
görə də xütbələri ərəbcədən başqa dildə oxumaq və ya həm ərəbcə, həm 
də  tərcüməsini oxumaq tahrimən məkruhdur. Çünki birinci halda ərəbcə 
oxumaq tərk edilir, ikinci halda xütbənin yalnız  ərəbcə oxunması  tərk 
edilmişdir. Hər ikisində də Rəsulullahın (sallallahü aleyhi və səlləm) da-
vamlı etdiyi şey tərk edilmiş olur. Namaza başlayarkən, təkbiri  ərəbcə 
söyləmək və bunlar arasında “Allahü əkbər” demək müxtəlif  şeylərdir. 
İkisindən birini tərk etmək tahrimən məkruhdur. Çünki Rəsulullah (sallal-
lahü aleyhi və  səlləm) həmişə Allahü əkbər dediyi üçün bunu söyləmək 
vacib olmuşdur. İbni Abidin (rahimə-hullahü təala) “Rədd-ül-muxtar”da 
buyurur: “Məkruh, vacibin və ya sünnətin tərk edilməsidir. Birincisi təhri-
mə, ikincisi isə tənzihən məkruhdur.” “Haləbi-yi kəbir”də deyilir: “Sün-
nəti tərk etmək tənzihən məkruh, vacibi tərk etmək tahrimən məkruhdur.” 
“Fətava-yi Siraciyyə”də deyilir: “Xütbəni farsca oxumaq caizdir.” Bu sö-
rəhbər tutaraq, xütbəni ərəbcədən başqa dildə oxumağın caiz olub, tah-
rimən və tənzihən məkruh olmadığını deyərək fitva vermək batildir. Çünki 
Siraciyyənin “caizdir” sözü, “səhihdir” deməkdir. Bu isə məkruh olmadı-
ğını bildirmir. İbni Abidin (rahimə-hullahü təala)  “Rədd-ül muxtar”da 
buyurur: “Səhih olduğunu demək, məkruh olmadığını göstərməz.” Mu-
hamməd Abdülhayy Luknəvi (rahimə-hullahü təala) “Umdət-ür-riayə” ki-
tabında deyir: “Xütbənin  ərəbcə oxunması  şərt deyil, farsca və ya başqa 
dildə də oxumaq olar, sözü namazın caiz olacağını bildirir. Yəni Cümə na-
mazının səhih olması üçün xütbə oxumaq şərti yerinə yetirilmiş olur de-
məkdir. Xütbənin məkruh olmadığı anlamına gəlmir. Çünki Rəsulullah 
(sallallahü aleyhi və  səlləm) və  Əshabi-kiramın hamısı “radıyallahü an-
hüm” xütbəni həmişə yalnız  ərəbcə oxumuşdular. Onlara qarşı  çıxmaq 
tahrimən məkruhdur.” Əshabi-kiramdan sonra gələn şərəfli nəsil, Əshabi-
kiramı görüb, onların söhbətlərində  iştirak edənlər (Tabiin və onlardan 
sonra gələn təbei-tabiin) də xütbəni həmişə, hər yerdə yalnız ərəbcə oxu-
muşdurlar. Ərəbcədən başqa dildə oxumadıqları kimi, ərəbcə və tərcümə-
sini birlikdə oxuyan da heç olmadı. Halbuki Asiyada və Afrikada onların 
xütbələrini dinləyənlərin heç biri ərəbcə bilmir, xütbədə söylənilənləri an-
lamırdılar. Onların anlamaları üçün tərcümələrini də söyləməli, yeni müsəl-
man olanlara islamiyyəti öyrətməli olduqları halda xütbələri ərəbcədən baş-
qa dildə oxumağı caiz görmədilər. İslamiyyəti onlara xütbədən ayrı öyrətdi-
lər. Xütbələri də anlamaları və islamiyyəti yaxşı öyrənmələri üçün onların 
ərəbcə öyrənmələrini əmr etdilər. Biz də bu alimlər kimi etməliyik.
 


 
101
Bunlara qarşı çıxaraq xütbələri ərəbcədən başqa dildə oxumaq bidətdir
tahrimən məkruhdur. Birincisinə tahrimən, ikincisinə tənzihən məkruh demək 
batildir. Çünki tənzihən məkruh sünnəti tərk etməyə deyilir. Rəsulullah (sal-
lallahü aleyhi və səlləm) xütbənin hamısını həmişə ərəbcə oxuduğu üçün xüt-
bəni yalnız ərəbcə oxumaq vacibdir. Bu vacibi tərk etmək necə tənzihi ola bi-
lər?! Tahrimən məkruh olan şeyi tərk etmək vacibdir. Mevlana Bahır-ul-ulum 
(rahimə-hullahü təala)  “Ərkan-ül-ərbəa”da deyir: “Tahrimən məkruh olan 
şeyi tərk etmək vacibdir. Bu məkruhu işləmək bu vacibi tərk etmək olur.” 
Tahrimən məkruh olan şeyi hər zaman edən  şəxs adil deyildir. İbni 
Abidin (rahimə-hullahü təala)  “Rədd-ül-muxtar”da deyir: “Tahrimən 
məkruh işləmək kiçik günahdır. Kiçik günaha davam etmək  ədaləti yox 
edir.” Xütbələrin tərcümələrini də oxuyan xətiblərin ədalətləri yox olaraq 
günahkar olurlar. Arxalarında namaz qılmaq tahrimən məkruh olur. “Nur-
ul-izah”da və  “İbni Abidin”də deyilir: “Kölə, kəndli, nikahsız doğulan 
şəxs cahildirlərsə, onların imam olması məkruhdur. Açıq günah işləyənlə 
bidət əhli alim olsalar belə, onların imam olması məkruhdur. Onları imam 
etmək günahdır.” Allamə İbrahim Hələbi (rahimə-hullahü təala) “Haləbi-yi 
Kəbir”də deyir: “Açıq günah işləyəni imam edən günah işləmiş olur. Çünki 
onları imam etmək tahrimən məkruhdur.”  “Mərak-ıl-fəlah”da deyilir: 
“Açıq günah işləyən kimsə alim olsa da onu imam etmək məkruhdur. Çünki 
islama uymaqda zəiflik göstərir. Onu imam etmək ona hörmət etmək olur. 
İmam olmasına mane ola bilmədikdə Cüməni və hər namazı başqa məscid-
də qılmaq lazımdır.” Allamə Tahtavi (rahimə-hullahü təala) bunu açıqlayar-
kən deyir: “Açıq günah işləyənin imam edilməsi tahrimən məkruhdur.” 
Xətibin xütbəni  ərəbcədən başqa dildə oxumağına səbəb olmaq ol-
maz. Buna səbəb olmaq günahdır. Çünki günah işləməyə yardım etmək də 
günahdır. İbni Abidin (rahimə-hullahü təala) “Rədd-ül-muxtar”da deyir: 
“Fasiq, yəni açıq günah işləyən imamın arxasında namaz qılmaq olmaz. 
Fasiq olmayan imamı tapmaq lazımdır. Şəhərdə bir neçə məsciddə Cümə 
namazı  qılınırsa, bu namazı fasiq imam arxasında qılmaq məkruh olur. 
Çünki başqa imam arxasında qılmaq mümkündür.” Buna görə də hər kəs 
ərəbcədən başqa dildə tərcüməni oxuyan imamın arxasında namaz qılma-
malı, xütbəni  ərəbcə oxuyan imam tapmalı, Cüməni onun arxasında qıl-
malıdır. Əlavə məlumat almaq üçün “Ət-təhqiqat-üs səniyyə fi kərahət-
il-xütbəti bi-qayril arabiyyə və kiraətiha bil arabiyyəti maa tərcəməti-
ha bi-qayr-il arabiyyəti” kitabını oxuyun! 
Yuxarıdakı yazı 1349-cu 
m.1931 ildə Hindistanda ərəbcə yazılmış, 
Hindistanın ən böyük 13 alimi tərəfindən təsdiq edilmişdir. Bu tarixi fitva 
ilə birlikdə Hindistandakı “Diyobənd”, “Baqıyat-üs-salihat”, “Madras” 
 “Haydar-abad” alimlərinin ərəbcə fitvaları 1396-cı 
m.1976 ildə İs-
tanbulda nəşr edilmişdir. Osmanlı dövlətindəki dünyaca şöhrət sahibi ol-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə