Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə49/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

 
118
ilə hesablandıqda 240 dirhəm gümüş qiymətində olsa, qızıl ilə hesablan-
dıqda 20 misqal qızıl qiymətində olsa, hər iki qiymət nisab miqdarı olsa 
da, bu malı gümüş ilə qiymətləndirmək lazımdır. Çünki zəkat olaraq altı 
dirhəm gümüş və ya yarım misqal qızıl vermək lazım olur. Bu isə beş dir-
həm gümüş qiymətində olduğu üçün kasıba faydası az olur. 
Çünki 20 
misqal qızıl və 200 dirhəm gümüş eyni nisabı göstərdikləri üçün qiymətlə-
ri eynidir.
 Bir misqal ağırlığındakı qızıl lirəyə bir dinar deyilir. [Türk qı-
zıl lirələrinin hamısı bir yarım misqal, yəni 7,2 qr. ağırlığındadır] Rayic 
olan fülusun zəkatını nisabı hesab edilmiş olan qızıl və ya gümüş ilə ver-
mək vacibdir.” Buradan aydın olur ki, kağız pulun nisabını ticarətdə işlə-
dilən qızıl pulun ən aşağı dəyərlisi ilə hesablamaq və zəkatlarını qızıl ola-
raq vermək lazımdır. Çünki gümüş, hal-hazırda pul kimi heç istifadə olun-
mur. Kağız pulun zəkatı nisablarını hesablamaqda istifadə edilən metal 
ilə, yəni qızıl ilə verilir. Özünün qırxda biri kağız pul olaraq verilə bilməz. 
Çünki kağız pulun özü ehtiyac əşyası kimi istifadə oluna bilməz. Adi ka-
ğız olduğu halda kağız pulları kağız kimi işlətmək israfdır.  İsraf isə ha-
ramdır. Kağız pulun zəkatını, pul kimi istifadə etməsi üçün kağız olaraq 
vermək də caiz deyil. Çünki pul olaraq işlədilməsi üçün qiyməti həqiqi və 
daimi olan qızıl verilir. 
Qızıl, pul şəklində və ya başqa hər şəkildə verilə bilər. Hər zaman hər 
yerdə tapılır. Öz şəhərində qızıl tapa bilməyən, qızıl əşya satılan yerdəki dos-
tuna kağız pul göndərib, bu pulla qızıl alaraq zəkatını verməsini ondan istə-
yər. Kağız pulları sonradan da ödəmək olar. Kağız pulların zəkatını vermək 
bu qədər asan olduğu halda, fiqh kitablarının bu əmrlərinə uymaq istəməyib 
qızıl yerinə, qiyməti etibari və müvəqqəti olan kağız pullar vermək doğru de-
yildir. Fiqh kitablarına uymaq istəməyib, ibadətləri ayəti kərimələrdən öz an-
ladığına görə yerinə yetirmək istəyənlərə “Məzhəbsiz” və “Azğın” deyilir. 
Bu cür yolunu azmışlara: “Mən, ibadətlərimi Qurani-kərimdən və Hədisi-şə-
riflərdən sənin anladığın kimi deyil, məzhəb imamlarının anlayıb bildirdikləri 
kimi yerinə yetirirəm” demək lazımdır. Məzhəb imamlarının (rahimə-hümul-
lahü təala) anladıqlarını bildirən kitablara “Fiqh kitabları” deyilir. 
“Camiul  əzhər”  mədrəsəsinin müəllimlərindən Abdürrahman Cəziri-
nin rəhbərlik etdiyi alimlər heyətinin hazırladığı “Kitab-ül fiqh aləl-məza-
hib-il-ərbəa” kitabında bütün fiqh bilgiləri dörd məzhəbə görə ayrı-ayrı ya-
zılmışdır. Bu kitab beş cüz olub, hamısı hicri 1392-ci və miladi 1972-ci ildə 
Qahirədə nəşr olunmuşdur. Bu kitabda deyilir: “Fiqh alimləri kağız pulların 
zəkatını vermək lazım olduğunu demişdirlər. Çünki bunlar ticarətdə qızıl və 
gümüş yerinə işlədilirlər. Bunlar hər zaman qızıl və ya gümüş ilə asanlıqla 
dəyişdirilə bilər. Çox kağız pulu olanın bunları qızıl və gümüş zəkatı nisabı-
na qatmaması və onların zəkatlarını verməməsi ağlın qəbul edəcəyi şey de-
yil. Buna görə, üç məzhəbin fiqh alimləri kağız pulların zəkatını vermək la-


 
119
zım olduğunu sözbirliyi ilə bildirdilər. Yalnız Hanbəli məzhəbi bunlardan 
ayrıldı. Hənəfi məzhəbinin alimləri kağız pulların “Deyni kavi” (borc veri-
lən zəkat malı və zəkat malının satışından alınacaq qarşılıq) sənədi olduğu-
nu, istəndiyi zaman qızılla və gümüşlə dərhal dəyişdirilə biləcəyini söylədi-
lər. Buna görə  də  zəkatlarının dərhal verilməsi lazım olduğunu dedilər. 
Çünki alınacaq borcun zəkatını vermək, qızıl, gümüş  ələ keçdiyi an fərz 
olur.  Ələ keçmədən əvvəl zəkat fərz olsa da, vermək fərz olmaz.” İstərsə, 
ala bilənə qədər gözləyib, aldığı zaman keçmiş illərin zəkatını verər. İstərsə 
də gözləməyib, əlində olan qızıl və gümüşdən onların da zəkatlarını hər il 
verər. Alacağı qızılların zəkatı olaraq, əlindəki sənədləri vermək olmaz. Sə-
nəddə yazılmış qızıl və gümüşləri borclu olandan aldıqda, onların qırxda bi-
rini ayıraraq keçmiş illərin hər biri üçün ayrı-ayrı kasıblara vermək fərzdir. 
Zəkat olaraq kağız pul verilə bilməz. Bu pulların qırxda biri ilə  sərrafdan 
dəyəri ən aşağı olan qızıl pul alıb, bu pulları və ya onların ağırlığı qədər qı-
zıl üzüyü, bilərziyi kasıblara vermək lazımdır. 
Borclusuna zəkat verərək, onu borcdan qurtarmaq üçün: “Sənə zəkat ve-
rəcəm. Lakin səndən alacağımı, verəcəyim zəkatıma qarşılıq sayıram. Sən də 
qəbul et!” demək caiz deyil. Zəkatı kasıba verməli, kasıb da aldığını zənginə 
geri verərək borcunu ödəməlidir. Kasıbın geri verməsinə güvəni olmayan 
alacaqlı üçün “Fətavayı-Hindiyyə”nin altıncı cildində deyilir: “Alacaqlı, 
güvəndiyi bir şəxsi borclusuna göstərək, “sənə verəcəyim zəkatı təslim almaq 
və sonra sənin mənə olan borcunu ödəmək üçün, bu şəxsi vəkil et” deyər. 
Kasıb da o şəxsi vəkil edər. Vəkil, zəkatı aldığı zaman o mal kasıbın mülkü 
olur. Sonra onu zənginə geri verərək, kasıbın borcunu ödəmiş olur. İki şəxsin 
bir kasıbdan alacağı olsa, onlardan biri, kasıba alacağı qədər zəkat verib, onu 
özünə olan borcundan qurtarmaq istəsə, kasıba o qədər zəkat verər. Sonra 
alacağını kasıba sədəqə edər, yəni halal edər, bağışlayar. Sonra kasıb, əlindəki 
zəkatı bu zənginə hədiyyə edər. Yaxud kasıb, borcu qədər qızılı birindən borc 
alıb zənginə hədiyyə edər. Zəngin bunu zəkat niyyəti ilə bu kasıba geri verər. 
Sonra kasıbı borcundan azad edər, yəni ona bağışlayar. Kasıb, zəkat olaraq 
aldığı qızılları əvvəlcə borc aldığı şəxsə geri verər. Zəkat ilə 
və nəzr edilən 
mal ilə
 xeyriyyə işləri görmək olmaz. Bunun üçün, onu tanıdığı bir kasıba 
verməli, kasıb da onunla xeyirli işləri görməlidir.” Buradan aydın olur ki, bir 
şəxs, kağız pul ilə zəkat verə bilmək üçün verəcəyi kağız pulun dəyəri qədər 
qızıl pul ağırlığındakı  qızıl zinət  əşyasını zövcədən və ya bir tanıdığından 
borc alar. Qızılları tanıdığı və ya qohumlarından bir kasıba zəkat niyyəti ilə 
verər. Beləliklə kağız pulların zəkatı verilmiş olar. Sonra kasıb bu qızılları 
həmin zənginə hədiyyə edər. Zəngin də alıb, sahibinə geri verərək borcunu 
ödəyər. Zəngin zəkat vermək üçün ayırdığı əlində olan kağız pulların (zəkatı 
verildiyi üçün) bir qismini bu kasıba verər. Geri qalanı ilə istənilən xeyir və 
yaxşılıq edə bilər. Kasıb da bu xeyriyyənin savabına qovuşmaq istəsə, zəkat 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə