Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə51/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

 
123
dər ayrıca qəza orucu tutar. 
Ramazan bayramının birinci günü və Qurban 
bayramının dörd günü oruc tutmaq haramdır.
 Ona da gücü çatmayan, altmış 
kasıbı bir gün və ya bir kasıbı altmış gün iki dəfə yedirdər. Yaxud hər birinə 
fitrə miqdarı qədər mal verər. 
Bir gün qəza orucu üçün bir gün oruc tutulur. 
Beş şəxsə kəffarə lazım deyil: 1-Xəstə, 2-Qonaq, 3-Süd verən qadın 
uşağa zərər verəcəyindən qorxub tutmamışdırsa, 4-Çox yaşlı olan, 5-Ac-
lıqdan və ya susuzluqdan həlak olmaq qorxusu olan şəxs. 
Bunların problemi aradan qalxdıqdan sonra, gününə gün olaraq qəza 
edərlər. 
Yəvm-i şəkk, şübhəli gün deməkdir. Havanın buludlu olub, Ramazan 
ayı hilalının görülməməsi səbəbi ilə Şaban ayının otuzuncu, yaxud Rama-
zan-ı şərifin birinci günü olduğu bilinməyən, Şaban ayının iyirmi doqqu-
zundan sonra gələn gündür. Yəvm-i şəkkdə Ramazan-ı şərif orucuna və ya 
vacib bir oruca niyyət edərək oruc tutmaq tahrimən (harama yaxın) mək-
ruhdur. Şabana, yəni nafilə oruca niyyət etmək caizdir. 
“Ramazandırsa niyyət etdim, Ramazan deyilsə, niyyətsizəm” deyərək 
oruc tutmaq heç caiz deyil. 
Bir şəxs, Ramazanda fəcrə, yəni dan yeri ağarana qədər oruca niyyət et-
məsə və zöhrdən öncə yesə,  İmam azama görə kəffarə lazım olmaz. İma-
meynə görə kəffarə lazımdır. Çünki niyyət edib oruc tutması mümkün oldu-
ğu halda, yemişdir. Zöhrdən sonra yesə, söz birliyi ilə kəffarə lazım olmaz. 
Bir şəxs, iki və ya üç Ramazanın hərəsindən bir gün orucu pozsa, bu 
günlərin hamısı üçün bir kəffarə, yoxsa hərəsi üçün ayrı kəffarə lazım ol-
ması barədə fikir ayrılığı mövcuddur. Ehtiyatlı olmaq üçün hər günə görə 
ayrı kəffarə etmək yaxşı olar. Bir şəxsin Ramazan borcu olsa, borcunu tut-
masa və üzərindən il keçsə, bəzi alimlərə görə o şəxs günahkar olur. 
Bir şəxs kəffarə tutduğu müddətdə Ramazanı şərif və ya Qurban bay-
ramı gəlsə, Ramazandan və bayramdan sonra təkrar başdan başlayaraq tut-
maq lazımdır. Əvvəlkilər hesablanmır. 
Bir şəxs səfərə niyyət etmədən orucunu yesə və bundan sonra səfərə 
niyyət edib getsə həm qəza, həm kəffarə lazım olur. Səfərə çıxmaq orucu 
pozmağı mübah etmir. Səfərə  çıxanın o gün orucu pozmaması vacibdir. 
Gecə və ya gündüz Dahvə vaxtına qədər niyyət edən müsafirin o gün oru-
cunu pozması halal olmaz. Əgər pozarsa, yalnız qəza edər. Səfərə çıxmaq 
oruca başlamamağı mübah edər. 
Bir şəxsə Ramazan ayında dəlilik üz verib oruc tutmasa, yaxşılaşdığı 
halda tutmadığı günləri qəza edər. Əgər Ramazan boyunca heç yaxşılaş-
mayıb, dəliliyi davam edərsə, orucu qüvvədən düşür. 
Bir  şəxs oruclu olduğunu unudaraq orucunu pozsa, oruc pozulmaz. 
Əgər oruclu olduğunu xatırlayıb, orucu pozuldu zənn edərək yeməyə da-


 
124
vam etsə, qəza lazım olar, kəffarə lazım olmaz. Əgər orucunun pozulma-
dığını bildiyi halda yeməyə davam etsə, həm qəza, həm kəffarə lazımdır. 
Oruclu bir şəxs tərini udsa, boyalı sapı çeynəyib boyasını udsa, tüpür-
cəyini bayıra çıxardıqdan sonra udsa, dişinin arasında qalan noxud böyük-
lüyündə təamı udsa və ya dəri altına iynə vurdursa, orucu pozular və yal-
nız qəza lazım olar. 
Bir şəxs kağız parçası və ya ovuc dolusu duz yesə, çiy buğda, düyü 
dənəsi udsa orucu pozulur, lakin yalnız qəza lazım olur. Çünki ovuc dolu-
su duzu nə qida olaraq yemək, nə də dərman kimi içmək adət deyil. Am-
ma yediyi duz az miqdarda olsa, kəffarə də lazım olur. Çünki duz az miq-
darda həm qida, həm də dərman kimi istifadə olunur. 
Çörək pulu qazanmaq üçün çalışarkən xəstə olacağını bilən işçinin 
xəstə olmadan əvvəl orucu pozması caiz deyil. Orucu yesə həm qəza, həm 
də kəffarə lazımdır. Kəffarədən qurtulmaq üçün əvvəlcə kağız udmalıdır. 
Bir hamilə  və ya süd verən qadın sıxılaraq, özünü pis hiss edərək yesə, 
yalnız qəza lazım olar. Üzrlü səbəb olmadan Ramazan günü açıq-aşkar 
yeyən, içən mürtəd olar. 
Bir şəxs küncüt dənəsini yalnız çeynəsə, orucu pozulmaz. Amma ud-
sa, çeynəmiş olsa da, olmasa da orucu pozulur və qəza lazım olur. 
Oruc on beş növdür: üçü fərz, üçü vacib, beşi haram və dördü sünnət. 
Fərz olan oruclar, Ramazan, qəza və  kəffarə oruclarıdır. Vacib olanlar, 
nəzri-müəyyən (bir şərtə bağlı olan nəzr), nəzri-mütləq (şərtə bağlı olma-
yan nəzr), başlanılmış olan nafilə oruca günəş batana kimi davam etmək. 
Haram olan oruclar, Ramazan bayramının ilk günü və qurban bayra-
mının dörd günü tutulan oruclardır. 
Sünnət olanlar, hicri təqvimində  hər ayın  əyyamı-biyd, yəni 13, 14, 
15-ci günləri tutulan oruc, savmı Davud orucu (yəni bir gün oruc tutub, er-
təsi gün iftar etmək), bazar ertəsi və cümə axşamları tutulan oruc, aşura 
günü, ərəfə günü və digər mübarək günlərdə tutulan oruclardır. 
Oruc tutmağın on bir faydası var: 
1-Cəhənnəmə qalxan olar. 
2-Digər ibadətlərin qəbuluna səbəb olar. 
3-Bədənin zikri olar. 
4-Kibri qırar. 
5-Ucbu (Özünü bəyənmək) qırar. 
6-Huşunu artırar. Huşu, təvazökarlıq, Haqqa boyun əymək, Allah 
qorxusundan və sevgisindən meydana gələn ədəbli bir haldır. 
7-Savabı mizan tərəzisində olar. 
8-Allahü təala o qulundan razı olar. 
9-İman ilə vəfat edərsə, Cənnətə tez girməyə səbəb olar. 
10-Qəlbi nurlanar. 


 
125
11-Ağlı nurlanar. 
Şaban ayının iyirmi doqquzuncu günü, günəş batdığı zaman qərb tə-
rəfindəki zahiri üfüq xətti üzərində Ramazan hilalını axtarmaq vacibdir. 
Adil olan, yəni böyük günah işləməyən  əhli sünnət bir müsəlman hilalı 
tutqun havada görərsə, hakimə, valiyə xəbər verər. Qəbul edərsə, hər yer-
də Ramazan başlayar. Hakim, vali olmayan yerdə bir müsəlman hilalı gö-
rüncə, o yerdə Ramazan başlayar. Bidət əhlinin, fasiqin sözü qəbul edil-
məz. Açıq havada çox insanın görüb xəbər verməsi lazımdır. Hilal görül-
məzsə, Şaban ayı otuz gün qəbul edilib, ertəsi gün Ramazan ayı olur. Təq-
vim ilə, astronomik hesablamalarla Ramazan başlanmaz.  “Bahr”,  “Hin-
diyyə” və “Kadihan”da deyilir: “İslam qanunlarının tətbiq edilmədiyi bir 
yerdə əsir olan, Ramazanın əvvəlini bilmədən təqvimə baxaraq bir ay oruc 
tutsa, Ramazandan bir gün əvvəl, Ramazanın ikinci günü və ya düz Rama-
zan ayının birində oruca başlaya bilər. Birinci halda, Ramazandan bir gün 
əvvəl oruc tutmuş və Ramazanın son günü bayram etmişdir. İkinci halda, 
Ramazanın birinci günü tutmamış, son günü də bayramda tutmuşdur. Hər 
iki halda da Ramazanın iyirmi səkkiz günündə oruc tutmuş olub, bayram-
dan sonra iki günü qəza etməlidir. Üçüncü halda, oruc tutduğu bir ayın ilk 
və son günlərinin Ramazana təsadüf etdiyi şübhəlidir. Ramazan olduğu 
şübhəli olan günlərdəki oruc səhih olmadığı üçün yenə iki gün qəza etmə-
lidir.” Buradan aydın olur ki, Ramazana göydə hilalı görməklə deyil, əv-
vəlcədən hazırlanmış təqvimə görə başlayanlar, bayramdan sonra iki gün 
qəza niyyəti ilə oruc tutmalıdırlar. Ramazanı- şərifin başladığı günün he-
sab edilməsi “Səadəti-Əbədiyyə” kitabında uzun yazılmışdır. 
İbni Abidin (rahimə-hullahü təala) deyir ki: “Tutqun havalarda azan 
oxunsa belə, günəşin batdığından əmin olmadıqca iftar etmək olmaz. Ul-
duzların çoxu görünənə qədər iftar etdikdə, tələsmək, iftarı tez açmaq kimi 
müstəhəb yerinə yetirilmiş olur. Bir yerdə günəşin batdığını görərək iftar 
edildikdə, hündürdə, məsələn minarədə olan biri günəşin batdığına  əmin 
olmadıqca iftar etməz. Sübh namazı və sahur da belədir.” Astronomiya ki-
tablarında  “Təmkin”  cədvəllərində  də  təmkin zamanının

 miqdarı hün-
dürlüyə görə  dəyişir. Bütün namaz vaxtları hesablanarkən bir yerdəki ən 
yüksək təpəyə görə olan tək bir təmkin istifadə olunur. Təmkin vaxtı he-
sablanmadan hazırlanan təqvimlərdə qürub zamanı bir neçə dəqiqə əvvəl 
yazılmışdır. Qürub vaxtında günəşin batmadığı görülür. Təmkinsiz təqvi-
mə görə iftar açanların orucları fasid olur, yəni pozulur.
 
 
                                                 

 təmkin zamanı-Günəşin doğuş, batış vaxtı və namaz vaxtı hesablanarkən vaxtlara əlavə 
olunan və ya çıxılan zaman miqdarıdır. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə