Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə47/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

 
113
Çünki sünnətləri üzrlü səbəb olmadan qılmamaq və bunda israr etmək gü-
nahdır. Sünnətə əhəmiyyət verməyən isə kafir olur. 
Üzrlü səbəblə qəza edilmiş, qılınmamış namazları da dərhal qəza et-
mək fərz olsa da, üzrlü səbəblə  qılmamaq günah olmadığı üçün onların 
qəzalarını sünnətləri qılacaq qədər gecikdirməyin caiz olduğunu Hənəfi 
alimləri demişdir. Lakin bu sözləri üzrsüz tərk edilmiş namazların qəzala-
rına aid deyil. Bundan başqa, caizdir demək vacibdir, yaxşıdır mənasını 
daşımır. Caiz deyilən çox şey vardır ki, məkruh olduqları bildirilmişdir. 
Məsələn, islam dövlətində yaşayan qeyri müsəlman olan kafirlərə fitr sə-
dəqəsi vermək caizdir, lakin məkruhdur.
 
 
ZƏKAT VERMƏK 
Bəqərə surəsinin 43-cü və 110-cu ayələri zəkatın fərz olduğuna sübutdur. 
On iki şəxsə zəkat verilməsi caiz deyildir: Məcnun olana Meyitin kə-
fəninə, Kafirə, Zənginlərə, Ata-anasına, nənə-babasına, övladlarına və nə-
vələrinə, Zövcəsinə, Köləsinə, Mükatəbəsinə, yəni sahibinə müəyyən bir 
miqdar pul verməklə azad olacaq öz köləsinə, Müdəbbərəsinə, yəni sahi-
binin ölümündən sonra azad olacaq köləyə. Qadının  ərinə  zəkat verməsi 
ixtilaflıdır. Doğru olan verməməkdir. 
Bir şəxsi yad bilib övladı çıxsa, müsəlman sanıb kafir çıxsa, bunlara 
zəkat verilməz. Lakin bilmədən verilmiş olduğu təqdirdə geri alınmaz. 
Zəkatı şəkkiz şəxsə vermək lazımdır: 
1-Kasıb, miskin (bir günlük dolanışığından artıq bir şeyi olmayan 
müsəlman) olana, 
2-Qurban nisabına malik olmayan kasıblara, 
3-Borcu olan müsəlmana, 
4-Zəkat malı və uşr toplamağa məmur olan şəxsə, 
5-Ölkəsində zəngin olsa da, hal-hazırda olduğu yerdə kasıb olana, 
6-Cihad və həcc yolunda möhtac qalana, 
7-Azad olması üçün sahibinə müəyyən məbləğ ödəməli olan köləyə
8-Müəlləfəi-kulüb deyilən kafirlərə. Onlar, qəlblərinə iman yerləşdi-
rilməsi istənilən kafirlərdir ki, hal-hazırda bunlar yoxdur. 
Nəfəqədən, yəni gündəlik dolanışıq üçün vəsaitdən çox, lakin qurban 
nisabından az malı olana kasıb deyilir. Nisab, dində zənginlik ölçüsüdür. İs-
lam dinində zənginliklə kasıblıq arasında sərhəddir. Maaşı nə qədər olur ol-
sun, evini dolandırmaqda çətinlik çəkən hər bir şəxs zəkat ala bilər və qur-
ban kəsməsi, fitrə verməsi vacib olmaz. Din bilgilərini öyrətməkdə və öy-
rənməkdə olan, qırx illik nəfəqəsi olsa da, zəkat ala bilər. Zəkat pulu ilə 
məscid tikilməz, cihad edilməz və həccə gedilməz. Meyyitə kəfən alınmaz. 
Zənginin kiçik övladına, öz anasına, atasına, övladlarına, zövcəyə zəkat ve-
rilməz. Bacı-qardaşa, gəlinə, kürəkənə, qayınanaya, qayınataya, xala, dayı, 


 
114
əmi, bibiyə vermək daha savabdır. Kasıba zəkat nisabdan az verilir. Lakin 
uşaqları da varsa, hər birinə nisab miqdarı düşməyəcək qədər çox verilə bi-
lər. Malını israf edənə, harama xərcləyənə  zəkat verilməz. Seyyidlər indi 
qənimətdən haqqlarını ala bilmədikləri üçün onlara da verilə bilər. 
Zəkatın fərz olmasının altı şərti var: 
1-Müsəlman olmaq, 
2-Həddi-buluğa çatmaq. 
3-Ağıllı olmaq, 
4-Azad olmaq, 
5-Zəkat nisabı qədər halal zəkat malına malik olmaq, 
6-Əlindəki malın ehtiyacından və borcundan çox olması. 
Zəkat fərz olduqdan sonra müsəlman kasıba zəkat verməyənin və ya 
başqa borcu olanın xeyriyyə ilə  məşğul olması  və  sədəqə verməsi savab 
olmaz, günah olar. Onun ilk növbədə zəkatını verməsi və borcunu ödəmə-
si fərzdir. “Hadika” ikinci cild 635-ci səhifə və “Berika” 1369-cu səhi-
fələrində deyilir ki, pulunu haram yerlərə sərf edən və ya israf edən şəxs-
lərə zəkat və sədəqə vermək caiz deyil. Çünki harama yardım etmək ha-
ramdır.
 
Verənə heç mənfəəti qalmaması lazımdır. Zövc və Zövcə bir-birlərinə 
zəkat verərsə, verənə mənfəəti tam olaraq kəsilməz. Hər ibadətdə olduğu 
kimi zəkat verməkdə də niyyət etmək lazımdır. Zəkat malı, borcu olanın 
borcundan çox olmalı, ehtiyacından artıq olmalı  və bu artıq mal Nisab 
miqdarı olmalıdır. Qızılın nisabı, ölçüsü 20 misqal, yəni 96 qramdır. Gü-
müşün nisabı 200 dirhəm, yəni 672 qramdır. Zəkatı verməyin fərz olması 
üçün, zəkat malının nisab miqdarı olduqdan etibarən bir hicri ili sonra da 
mülkündə qalması lazımdır. Zəkatın fərz olmasına mane olmaq üçün bir il 
tamam olmadan hiləi şəriyyə, yəni dini çarə axtarmaq imam Muhammədə 
görə məkruhdur. Hiləi şəriyyə, müsəlmanların islama uymaları və haram 
işləməmələri üçün ehtiyatlı yol axtarmasıdır. İmam Əbu Yusifə görə mək-
ruh deyildir. Çünki fərz olduqda itaət etməmək günahdır. Günahdan çə-
kinmək itaətdir. Fitva imam Muhammədin qavlinə görədir. 
“Zəkat malı” artan, çoxalan mal deməkdir. Bu da dörd növdür: İlin yarı-
dan çoxunda otlaqda otlayan dörd ayaqlı dişi erkək qarışıq və ya yalnız dişi 
saimə (çayırda bağlanmadan otlayan heyvan), yəni ətlik, südlük heyvanlar, ti-
carət üçün satın alınan mallar, qızıl və gümüş  əşya, torpaqdan çıxan qida 
maddələri. Otlaqda yalnız erkək heyvanı olanlara və qatırı, eşşəyi olanlara 
onların zəkatlarını vermək fərz deyil. Dəvənin, sığırın və qoyunun balaları 
böyükləri ilə birlikdə olarsa, zəkat hesabına qatılırlar. Zəkat, uşr, kəffarə və 
sədəqəi fitr olaraq veriləcək malın yerinə, onların qiymətlərini də vermək 
caizdir. Şafi məzhəbində caiz deyildir. Zəkat fərz olduqdan sonra mal məhv 
olarsa, zəkat qüvvədən düşər. Sahibi özü tələf edərsə, qüvvədən düşməz. 


 
115
Ağıllı və həddi-buluğa çatmış müsəlmanın, tam mülkü olan və halal 
yoldan gələn zəkat malının miqdarı nisab miqdarı olduqdan (zəkat həddi-
nə çatdıqdan) bir il sonra bu malın müəyyən miqdarını səkkiz sinif müsəl-
mandan bir və ya bir neçəsinə verməsinə zəkat deyilir. Verilən şəxsin mü-
səlman olması lazımdır. Tam mülk dedikdə, istifadəsi mümkün və caiz 
olan mal nəzərdə tutulur. Satın alınan mal sözləşmədən sonra mülk olsa 
da, təslim alınmadan öncə istifadəsi mümkün olmadığı üçün tam mülk sa-
yılmır. Qəsb edilən, yəni zülm ilə, zorla alınan mala, oğurlanan, faiz, rüş-
vət, qumar ilə alınan mala, mahnı oxumaq, çalğı çalmaq əvəzində alınan 
mala, spirtli içki satmaqla əldə olunan mala “Malı-habis”, yəni pis, ha-
ram mal deyilir. Bu malların zəkatı verilmir. Çünki bunlar alanın mülkü 
deyil. Sahiblərinə, sahibi ölübsə, varislərinə, varisi yoxdursa, kasıb müsəl-
manlara verilməlidir. Bir kimsə habis malları bir-biri ilə  və ya öz halal 
malı ilə qarışdırarsa, bu qarışım onun mülkü olsa da, buna “Mülki habis” 
deyilir. Mülki habisi də başqasına vermək, istifadə etmək haramdır və tam 
mülk olmadığı üçün zəkatı verilmir. Buna qarışmış habis malın mislini, 
misli yoxdursa qiymətini öz halal, zəkat malından habis malın sahiblərinə 
ödədikdən sonra mülki habisi istifadə etmək halal olur və zəkat nisabına 
qatılır. Bu borclarını ödəmək üçün halal malı yoxdursa, borc alıb ödəməli-
dir. Borcunu ödəmədən əvvəl mülki habisi istifadə etmək, başqasına ver-
mək haram olsa da, satsa, hədiyyə versə alana haram olmaz. Sahibləri və 
varisləri bilinmirsə, və ya müxtəlif insanlardan toplanan haram mallar bir-
biri ilə qarışdırılıb mülki habis olarsa, hamısını müsəlman kasıblara sədə-
qə vermək lazımdır. 
Kasıb, aldığını geri hədiyyə edərsə, verənin geri alması caizdir. 
Qızıl və gümüş xalis olaraq istifadə olunmur. Xalisi yarıdan çoxdursa, 
zəkatları hər halda verilir və ağırlıqları ilə hesablanır. Bunlardan bazarda 
səmən, yəni satın alınan mala qarşılıq olaraq istifadə edilən iki növ vardır-
sa, xalisi daha çox olana “Ceyyid”, xalisi az olana “Züyuf” deyilir. Xalis-
ləri yarıdan azdırsa, ticarətdə istifadə edildikdə  və qiymətləri qızıl və ya 
gümüş nisabı qədər olduqda zəkatlarını vermək lazımdır. 
Yağış və ya çay suyu ilə sulanan uşrlu torpaq məhsulu, miqdarı az olsa 
da və tez çürüyən, xarab olan meyvə-tərəvəz olsa da, onda biri uşr (torpaq-
dan alınan məhsulun zəkatı) olaraq verilir. Uşr məmuru bunları sataraq pu-
lunu “Beytül-mal” deyilən xəzinəyə qoyur. Meyvə görünəndə və ya olanda 
və ya toplandığı zaman vermək fərz olur, deyildi. Heyvanla və ya maşınla 
sulanan məhsulun iyirmidə biri verilir. Heç bir məsrəf çıxmadan əvvəl ver-
mək lazımdır. Hökumətin uşru mal sahibinə bağışlaması,  əfv, ləğv etməsi 
caiz deyil. Dağdan və uşrlu torpaqdan əldə edilən balın da uşru verilir. 
Zimmiyə, yəni müsəlman ölkəsində yaşayan kafirə  zəkat verilməz. 
Lakin fitrə, kəffarə, nəzr və sədəqə verilir. “Bahr”da deyilir ki: “Zimmi 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə