Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə33/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

 
79
3. Üzrlü səbəb olmadan səcdə yerini əlləri ilə silmək. 
4. Kişilərin ayaq üstə durarkən əllərini sinələri üstünə, səcdədə isə si-
nələri bərabərində tutması. 
5. Barmaqları çırtıldatmaq (şaqqıldatmaq). 
6. Üzrlü səbəb olmadan bardaş qurub oturmaq. 
7. Səcdədə bir ayağını qaldırmaq. 
8. Böyüklərin yanına çıxa bilməyəcəyi kirli geyim ilə namaz qılmaq. 
9. İnsan üzünə qarşı namaz qılmaq. 
10. Atəşə qarşı qılmaq. 
11. Bədəndə və geyimdə rəsm olması. 
12. Üzrsüz əsnəmək. 
13. Əllərini paltarın qollarından çıxarmadan qılmaq. 
14. Köpəklər kimi baldırlarını dik tutaraq oturmaq. 
15. Gözlərini yummaq. 
16. Əllərini qiblədən çevirmək. 
17. Camaat namazı qıldıqda öndə boş səf olduğu halda arxa səfdə qıl-
maq.  Əgər yanında kimsə varsa tənzihən məkruh

, yalnızdırsa tahrimən 
məkruhdur

. Bu halda vacibi tərk etmiş olur. Nöqsanın düzəldilməsi üçün 
o namazın iadə edilməsi, yəni yenidən qılınması lazımdır. 
18. Önündə pərdə olmadan qəbrə qarşı qılmaq. 
19. Nəcasətə qarşı qılmaq. 
20. Bir kişi ilə bir qadının yan-yana durub başqa namaz qılması. 
21. Ayaq yolu ehtiyacı ola-ola, sıxıntılı namaz qılmaq. 
22. Rükudan qalxıb dikəldikdən sonra, səcdəyə gedərkən üzrsüz ola-
raq öncə əlləri yerə qoymaq. 
23. Bir rükndə iki dəfə bir yerini qaşımaq. (Əgər bir rükndə əlini qal-
dıraraq üç dəfə qaşısa, namaz pozulur.) 
24. İmamdan əvvəl rükuya getmək. 
25. İmamdan əvvəl rükudan qalxmaq. 
26.İmamdan əvvəl səcdəyə getmək. 
27. İmamdan əvvəl səcdədən qalxmaq. 
28. Üzrsüz bir şeyə söykənib qılmaq. 
29. Səcdədən qalxarkən əllərdən əvvəl dizləri qaldırmaq. 
30. Üzdə və gözdə olan tozları silmək. 
31.  İkinci rükətdə  əvvəlki rükətdə oxuduğu surədən sonrakı surəni 
buraxmaq. 
32. Birinci və ikinci rükətlərdə eyni surəni oxumaq və ya bir rükətdə eyni 
surəni iki dəfə oxumaq. (Nafilə namazda caizdir.) 
                                                 

 tənzihən məkruh-görülməməsi görülməsindən daha yaxşı olan işlərdir. 

 tahrimən məkruh-harama yaxın olan məkruhlardır. 


 
80
33. İkinci rükətdə birincidə oxuduğu surədən əvvəlki surəni oxumaq. 
34. İkinci rükətdə birinci rükətdə oxuduğu surədən 3 ayə çox surə oxumaq. 
35. Üzrlü səbəb olmadan bir yerə söykənərək əyilmək və ya qalxmaq. 
36. Milçək qovmaq. 
37. Qolları çırmanmış, çiyinləri, ayaqları açıq vəziyyətdə namaz qılmaq. 
38. Səhrada sütrəni (cisim) tərk etmək. 
39. Keçid yerində namaza durmaq. 
40. Rükuda və səcdədə təsbehləri barmaqla saymaq. 
41.  İmamın, mehrabda olarkən, bir pərdə  çəkildiyi zaman tamamilə 
onun arxasında qalacaq şəkildə mehrabın içində durması. 
42.  İmamın yalnız olaraq camaatdan bir zradan artıq, yəni təqribən 
yarım metr yüksəkdə və ya aşağıda durması. 
43. İmamın mehrabdan başqa yerdə durması. 
44. Namaz arasında “Amin”i yüksək səslə söyləmək. 
45. Qiyamda oxuduğunu rükuda tamamlamaq. 
46. Rükuda oxuduğunu qiyamda tamamlamaq. 
47. Üzrsüz olaraq bir ayaq üstə durmaq. 
48.Namazda yellənmək. 
49.Dişləməyən birə və bənzərini öldürmək. 
50. Namazda olarkən bir şeyi iyləmək. 
51. Başı açıq namaz qılmaq. Hacılar ehramda olarkən başı açıq qılırlar. 
52. Qolları açıq şəkildə namaza durmaq. 
53. Ayaqları çılpaq olaraq namaza durmaq. (Qadınların ayağı açıq na-
maz qılması bir qavlə görə  məkruhdur. İkinci qavlə görə namazı pozur.) 
Məsciddə ayaqqabı və bənzərlərini arxada qoymağın məkruh olduğu İbni 
Abidində 439-cu səhifədə yazılmışdır. Önə və sağa deyil, sol tərəfə qoy-
mağın sünnət olduğu “Bəriqa” kitabında yazılmışdır. 
Fərzlə son sünnət arasında dua və zikr etmənin məkruh olduğu “Tər-
qib-üs-salat” kitabında yazılmışdır. 
 
Kim tapar zor ilə maqsuduna həmişə zəfər? 
Gələr əlbət zühura nə isə hökmü qədər. 
 
NAMAZI POZAN ŞEYLƏR: Bilərəkdən və ya səhvən namazı po-
zan şeylər Hənəfi məzhəbində 55-ə qədər bəyan olunur: 
1. Dünya kəlamı söyləmək. 
2. Özü eşidəcək qədər gülmək. 
3. Əməli kəsir deyilən şeyi etmək. (Əməli kəsir, namaz qılarkən bir 
rükündə namazdan sayılmayan və bir üzvlə ard-arda edilən üç hərəkət və 
ya iki əl ilə edilən bir hərəkətdir.) 
4. Fərzlərdən birini üzrsüz tərk etmək. 


 
81
5. İxtiyarsız fərzin birini tərk etmək. 
6. Dünya işi üçün yüksək səslə ağlamaq. 
7. Üzrsüz boğazını arıtlamaq, öskürmək. 
8. Saqqız çeynəmək. 
9. Bir rükndə üç dəfə bir yerini qaşımaq, yaxud əlini qaldıraraq bir-bi-
rinə vurmaq. 
10. Əllə görüşmək. 
11. Özü eşidəcək qədər səslə iftitah təkbirini almamaq. 
12. Özü eşidəcək qədər oxumamaq. 
13. Biri çağırdıqda,  “Lə havlə  vələ quvvətə illə billahil-aliyyila-
zım”, və ya “Sübhanallah”, “Lə iləhə illəllah” demək. Namazda olduğu-
nu bildirmək üçün söylənsə, namaz pozulmaz. Soruşana cavab məqsədi ilə 
söylənsə, pozular. 
14. Qəsdlə salam almaq. 
15. Ağızda olan şəkər kimi şeylərin dadını duyub, suyunun boğaza qaç-
ması. 
16. Açıq havada namaz qılarkən, ağzını havaya açdıqda yağan yağışın 
və ya dolunun boğaza qaçması. 
17. Heyvanın cilovunu (yedək, xalta) üç dəfə dartmaq. 
18. Üç dəfə əlini qaldırmaq, yaxud üç dəfə əzərək birə və bənzərini öl-
dürmək. 
19. Bir rükndə üç qıl qoparmaq. 
20. Üç hərf olaraq yuf, püf kimi sözlər demək. 
21. At üstündə islamiyyətə uyğun olaraq namaz qılarkən, bir ayağı ilə 
üç dəfə üzəngini dürtmək. 
22. İki ayağı ilə bir dəfə üzəngini dürtmək. 
23. İmamdan irəlidə durmaq. 
24. Üzrsüz olaraq bir səf qədər yürümək. 
25. Saçını və saqqalını daramaq. 
26. İmam kişiylə qadın üçün imamətə niyyət etdikdə, kişi və qadının 
bir sırada durub imama uyaraq yan-yana namaz qılması. (Eyni səfdə, yəni 
yan-yana olmazlarsa və ya aralarında pərdə varsa caizdir. Qadınların və 
qızların məscidə getmək üçün və ya hər hansı bir səbəbdən başları, qolları, 
bir sözlə övrət yerləri açıq  şəkildə küçəyə  çıxmaları haramdır. Bu halda 
etdikləri ibadətləri savab deyil, böyük günah olar.) 
27. Öz imamından başqasına fəth etmək, yəni imam qiraətdə dursa, 
oxumasına yardım etmək. 
28. Bir qadın heç kəs olmayan yerdə imama uyarsa, sonradan gələn ca-
maatın təşkil etdikləri səflər o qadının olduğu yerə qədər yayılsa, onun sa-
ğında, solunda və arxasında namaz qılmalı olan üç nəfərin namazı pozulur. 
29. Uşağını qucaqlamaq. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə