İldırımdan mühafizə. Təsərrüfat obyektləri, bina və müxtəlif qurğuların ildırımdan zədələnmə təhlükəsini azaltmaq üçün ildırım ötürücüləri olmalıdır.
Quraqlıq – yüksək temperatur və havanın aşağı nəmliyi şəraitində uzun müddət ərzində yağıntıların olmamasından yaranan təbiət hadisəsidir. Havanın orta müsbət temperaturunun bir neçə gün ərzində normadan 10°C və daha yüksək olması yüksək temperatur sayılır. Bütün təbiət hadisələrinin vurduğu ümumi ziyanın 16%-i quraqlığın payına düşür. Quraqlıq nəticəsində bitkilər, heyvanlar məhv olur, aclıq baş verir. Bəzi hallarda quraqlıq insan ölümü ilə nəticələnir.
Şəkil 2.11. Quraqlıq təbii hadisəsi
Bioloji xarakterli FH
Bioloji xarakterli fövqəladə halların səbəbləri təbii fəlakətlər, infeksion xəstəliklər sahəsində aparılan tədqiqatlarla əlaqəli obyektlərdə qəza, eləcə də sərhədyanı ərazilərdə baş verən terror və hərbi əməliyyatların nəticəsində ölkəyə daxil olan xəstəliktörədicilərdir.
Bioloji yoluxma zonası - insan, heyvan və bitkilər ücün təhlükəli olan zəhərli bioloji vasitələrin geniş yayıldığı ərazilərə deyilir.
Bioloji yoluxma mənbəyi – canlıların kütləvi yoluxma ərazisinə deyilir.
Eyni ərazidə, eyni zamanda kimyəvi, bakterioloji və başqa növ yoluxma mənbələri əmələ gələ bilər.
İnsanların infeksion (yoluxucu) xəstəlikləri. Epidemiya - kəskin yolxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında yayılmasına deyilir. Yoluxucu xəstəliklərin törədiciləri mikroblardır (növləri: bakteriyalar, viruslar, rikketsilər və göbələklər). İnfeksion xəstəliklərin 6 yoluxma mexanizmi mövcuddur:
1) qida (dizenteriya, qarın yatalağı);
2) su (vəba, qarın yatalağı və s.);
3) hava-damcı (meningit, qızılca, qrip və s.);
4) hava-toz (sətəlcəm, tetanoz);
5) məişət-münasibət əlaqəsi (qrip, Sibir xorası);
6) canlı ötürücülərlə (bit - yatalaq, gənə – ensafalit və s.).
Bundan əlavə müəyyən yoluxmuş əşyalara toxunarkən də yoluxma baş verə bilər.
Dostları ilə paylaş: |