Mm-dən mühazirələrin kanspekti


İO-nin fiziki dayanıqlığı



Yüklə 6,07 Mb.
səhifə106/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   102   103   104   105   106   107   108   109   ...   122
Mülki müdafiə

İO-nin fiziki dayanıqlığı – bütün mühəndis-texniki bina və qurğuların FH şəraitində zədələyici amillərin dağıdıcı tə­si­ri­nə da­vam gətirməsidir. Obyektin fiziki dayanıqlığı, onun işinin da­yanıqlığının ayrılmaz tərkib hissəsidir. İqtisadiyyat obyektlərinin dayanıqlığı onun tərkib his­sə­si olan elementlərin dayanıqlığından asılıdır. Müasir iqtisadiyyat obyektləri ayrı-ayrı elementlərdən ib­arət olan mühəndis-texniki kompleksdir (MTK) və bu komp­lek­sə aiddir:

- istehsalat binaları və qurğuları;

- obyektin personalı;

- MM-in mühafizə qurğuları;

- texnoloji avadanlıqlar;


  • kommunal-enerji təchizatı xətləri;

  • mühəndis, texnoloji və nəqliyyat kommunikasiyaları;

  • istehsalatın idarə olunması sistemi;

  • inzibati, təsərrüfat, məişət binaları və qurğular.

Obyektin dayanıqlığı aşağıdakı amillərdən asılıdır:

- obyektin mühəndis-texniki kompleksinin fövqəladə ha­di­sələrin təsirinə dayanıqlıq qabiliyyəti;

- İO-nin yerləşmə regionu və bu regiona xas olan xüsu­siy­yətlər;

- kommunal-enerji təchizatı sisteminin etibarlığı;

- fəhlə və qulluqçuların fövqəladə hadisələrin təsirindən mühafizəsinin etibarlığı;

- obyektin material-texniki təchizat sisteminin etibarlığı;

- obyektin qəzaxilasetmə və digər təxirəsalınmaz işlərin (QXDTİ) keçirilməsi və pozulmuş istehsalatın bərpasına hazır­lı­ğı;

- idarəetmə sisteminin etibarlığı və operativliyi.

FH şəraitində obyektin işinin dayanıqlığına təsir edən əsas amillər obyektin işinin dayanıqlığına olan əsas tələbləri, da­­ya­nıq­lığın yüksəldilməsi yolları, İO-nin layihələndirilmə­si­nin ümumi prin­sip­ləri, tikilən və ya rekonstruksiya olunan ob­yekt­­lə­rin FH-larda dayanıqlığının yüksəldilməsi üzrə hazır­la­nan MM-in mühəndis-texniki tədbirlərini (MTT) təyin edir.

İO-nin istismarı müddətində bina və qurğuların, avadan­lıq­la­rın köhnəlməsi, texnoloji prosesin və buraxılan məhsul­la­rın dəyiş­mə­si, həmçinin müasir qırğın vasitələrinin təkmilləşdi­ril­məsi şəraitə uyğun olmalıdır. İO-nin layihələndirməsin­də nə­zər­də t­u­tul­muş və ti­kin­tidə həyata keçirilmiş dayanıqlıq yaran­mış ye­ni şə­raitə çox vaxt uyğun gəlmir, obyektdə zəif ele­ment­lər or­taya çıxır. Məhz bu­na görə də, müəyyən istismar müd­də­ti­n­dən son­ra obyektin zəif elementlərinin aşkar edilməsi və onların da­ya­nıq­lığının yüksəl­dil­məsinə (hər 5 ildə bir də­fə­dən az olmaya­raq) ehtiyac yaranır. Bu məq­sədlə, obyektin MM rəi­si­nin (ob­yek­tin rəhbərinin) əmri ilə obyektin işinin daya­nıq­lı­ğının təd­qiq edil­mə­si üçün tədqiqat qrup­ları (işçi qruplar) ya­ra­dılır. İşçi qrup­la­ra mühəndis-texniki perso­nal, MM qərar­ga­hı­nın işçiləri, əgər la­zım olarsa, elmi-tədqiqat institutlarının əmək­daşları daxil edi­lir. Tədqiqatın təşkilatçısı və rəhbəri – obyektin MM gərargahının rəisi (ob­yek­tin rəhbəri) olur.

Aparılan tədqiqatın məqsədi FH-larda obyek­tin işinin zəif yer­lə­ri­nin təyin edilməsi və onun dayanıqlığının yüksəl­dil­mə­si üçün effektiv təkliflərin hazırlanmasıdır. Daha sonra bu təkliflər ana­liz edilir və yekun təkliflər obyektin dayanıqlığının yüksəl­dil­məsi üzrə tədbir­lər planına daxil edilir.

Tədqiqatın ən çətin və həcmli işləri (məsələn, mühafizə qur­ğu­larının tikilməsi, yeraltı kommunikasiya xətlərinin yara­dıl­ması və s.) əvvəlcədən həyata keçirilir. Çox vaxt tələb etmə­yən, yaxud sülh dövründə həyata keçirilməsi məqsədəuyğun olmayan təd­bir­lər isə bilavasitə FH təhlükəsi olduqda yerinə yetirilir.

Tədqiqatın planlaşdırılması və həyata keçirilməsini 3 mərhələyə bölmək olar:

- I-ci mərhələ - hazırlıq mərhələsi;



  • II-ci mərhələ - obyektin dayanıqlığının qiymətləndiril­mə­si mərhələsi;

  • III-cü mərhələ - obyektin dayanıqlığının yüksəldilmə­si­nə aid tədbirlərin hazırlanması mərhələsi.

İstehsalat-texniki xidmətlərin tərkibindən asılı olaraq, obyektdə aşağıdakı tədqiqat qrupları yaradıla bilər:

        • bina və qurğular üzrə;

        • kommunal-enerji xətləri üzrə;

        • dəzgah və texnoloji avadanlıqlar üzrə;

        • texnoloji proses üzrə;

        • idarəetmə üzrə və s.

Alınmış nəticələrin analizi, ümumiləşdirilməsi və daha sər­­fəli təkliflərin hazırlanması üçün baş mühəndisin və ya is­teh­salat şöbəsinin rəisinin rəhbərliyi altında tədqiqat rəhbərinin qru­pu ya­radılır. Tədqiqat qrupunun iştirakçılarının sayı gö­rü­lə­cək işin həc­mindən və xüsusiyyətlərindən asılı olaraq 5-10 nəfər ola bilər.

FH-da əhalinin, təsərrüfatın mühafizəsi, obyektlərin daya­n­ıq­­lı­­ğı­nın yüksəldilməsi və MM tapşırıqlarının mü­vəf­fə­qiy­yət­lə hə­yata keçirilməsi üçün lazımi şəraitin yaradılması məq­sə­di­lə MM-in mühəndis-texniki tələblərinin (MTT) la­yi­hə­lən­di­ril­mə­si vacibdir. MM-in əsas mühəndis-texniki tə­ləb­lə­ri şəhər­lə­rin plan­laş­dırılması və tikilməsinə, obyektlərin yer­lə­şməsinə, is­tehsalat bi­na­larının və qurğularının layihə­ləş­diri­­l­mə­sinə və ti­kil­məsinə, met­ro­politenlərin, rabitənin, hid­ro­te­x­ni­ki qurğuların, qaz, su, elektrik təchizatı sistemlərinin layi­hə­ləş­di­rilməsinə və tikilməsinə aid edilir.

MM MTT-nin layihələndirmə normalarından aşağıdakı hallarda istifadə olunur:


  • şəhərlərin, İO-nin layihələndirilməsi və tikilməsində;

  • İO-nin yerləşdirilməsində;

  • əhalinin mühafizəsi və itkilərin azaldılması sahəsində;

  • İO-nin işinin, sahələrin və təsərrüfatın dayanıqlığının tə­min edilməsində;

  • FH zonalarında QXDTİ-nin keçirilməsi üçün əlverişli şə­raitin yaradılmasında.

Texniki nəzarətin tələblərinin tətbiq istiqamətləri aşağı­da­kı­lardır:

- FH-larda İO-də mümkün ola biləcək dağılmaların və it­ki­lərin azaldılması;

- əhalinin və İO-nin personalının mühafizəsinin təmin olun­ması;

- obyektin bərpa olunması üçün şəraitin yaradılması.



Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə mülki müdafiə üzrə Res­pub­likanın ərazisi zonalara (10 zona), şəhərlər isə 3 qrupa (I, II və III) bölünmüşdür. Bu qərarla təsərrüfat obyektlərinə aşa­ğıdakı də­rə­cələr verilib: xüsusi əhəmiyyətli (XƏ), birinci də­rəcəli və ikinci dərəcəli.

MM MTT-nin layihələndirmə normalarının məzmunu və həcmi ərazinin zonalara bölünməsi, şəhərlərin qrupu və İO-nin MM üzrə dərəcəsi nəzərə alınmaqla, ehtimal olunan (mümkün ola bilən) FH-ların zədələyici amillərinə görə müəyyənləş­di­ri­lir.

Obyektin dayanıqlığının yüksəldilməsi tədbirləri ilkin ola­­raq, onun mühəndis-texniki kompleksinin (binaların, qur­ğu­la­rın, tex­noloji xətlərin, sənaye qurğularının, kommunal-enerji təchizatı xətlərinin) layihələndirilməsində, daha sonra tikinti, rekonstruk­siya və istismar mərhələlərində həyata keçirilir.

Obyektlərin yerləşdirilməsində ehtimal olunan dağılma zo­­na­sı nəzərə alınır.İzafi təzyiqin 0,1 kq/sm2 və daha çox olan əra­zi ehtimal olunan dağılma zonası adlanır.

Ehtimal olunan dağılma zonası 2 hissəyə bölünür:


  • ehtimal olunan güclü dağılma zonası (xarici sərhədində iza­fi təzyiqin qiyməti 0,3 kq/sm2 olur);

  • ehtimal olunan zəif dağılma zonası (xarici sərhədin- də iza­­fi təzyiqin qiyməti 0,1 kq/sm2, daxili sərhədində isə 0,3 kq/sm2 olur).

Sənaye obyektlərinin yerləşməsində şəhərlərin qrupları və obyektlərin dərəcəsi nəzərə alınır.

Obyektlərin yerləşməsinə olan əsas tələblər aşağıdakı­lar­dır:



  • obyektlər ərazi üzrə bərabər paylanmaqla və mümkün da­­ğıl­malar nəzərə alınmaqla yerləşdirilməlidir;

  • İO-nin tikilmə yeri seçildikdə: əhalinin təhlükə də­rə­cə­si­nə ­görə rayonlaşdırılması, potensial təhlükəli obyektlərin möv­cud­lu­ğu, ərazinin relyefi, sel və qar axınlarının müm­kün­lü­yü, yolların mövcudluğu, rayonun seysmikliyi, metereoloji xü­su­siyyətləri, tor­pa­ğın xarakteri, yeraltı suların dərinliyi nəzərə alınmalıdır;

  • mümkün güclü dağılma zonasında yerləşdirilə bilər: xid­­mət obyektləri (rabitə qovşaqları, poçt bölmələri, teleqraf, ate­l­ye, ma­ğaza, hamam və s.), gündəlik təminat bazaları və an­bar­­la­rı, sərnişin və yük dəmiryol stansiyaları, avtoparklar, an­qar­lar, depo;

  • mümkün zəif dağılma zonasında yerləşdirilə bilər: avto­nom respublika və vilayət təyinatlı ərzaq və ilkin təminat üçün sə­na­ye malları anbarları, dərəcəsi olmayan obyektlər, YSM an­bar­ları, tərtibedici dəmiryol stansiyaları (tərtibat stansiyaları), bərpa-müalicə xəstəxanaları, elektrik suvurucu, qazpaylayıcı stansiyalar;

  • şəhərdənkənar zonada yerləşdirilir: dövlətin material və ərzaq ehtiyatı anbarları və bazaları; yeni tikilən kateqoriyalı ob­yektlər (neft emalı, kimya, metallurgiya sənayesi); qəza-kimyə­vi təhlükəli maddələrin (QKTM) və partlayış təhlükəli mad­də­lə­rin saxlanılması üçün baza anbarları (belə anbarlar çay sa­hi­lin­dən 100 m-dən az olmayaraq aralı, yaşa­yış məntəqələrindən ça­yın axın istiqamətində 200 m aşağıda yer­ləş­dirilir); pan­sio­nat­lar, sanatoriyalar, istirahət evləri və bazaları, uşaqlar üçün sağ­lamlıq müəssisələri; köçürülmüş əhalinin və müəssisələrin yer­ləşdirilməsi üçün istifadə edilə biləcək obyektlər;

  • sənaye müəssisələri ehtimal olunan güclü dağılma zo­na­la­rın­dan kənarda yerləşdirilməlidir;

  • mühüm sənaye müəssisələri ehtimal olunan zəif da­ğıl­ma zonalarından kənarda yerləşdirilməlidir;

  • tez alovlanan və yanan maddələr olan müəssisələr, an­bar­­lar yaşayış yerlərindən hündürlüyə görə aşağıda yer­ləş­diril­mə­li­dir;

  • ərzaq və yanacaq anbarları güclü dağılma zonalarından kə­narda yerləşdirilməlidir;

  • çox mühüm sənaye müəssisələri, əgər mümkünsə, bağlı yer­lərdə, tibbi sığınacaqlarda və s. bu kimi yerlərdə yerləş­diril­mə­li­dir.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə