Mm-dən mühazirələrin kanspekti


Mühazirə 14. -15 MM sistemində mənəvi-psixoloji hazırlığın forma və metodları



Yüklə 6,07 Mb.
səhifə119/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   114   115   116   117   118   119   120   121   122
Mülki müdafiə

Mühazirə 14. -15 MM sistemində mənəvi-psixoloji hazırlığın forma və metodları

İctimai və dövlət quruluşunun xarakterindən, insanlar ara­sında sosial-iqtisadi münasibətlərdən asılı olaraq insanlarda ic­timai şüur formalaşır və bu şüurla da xalq kütləsi ölkə qar­şı­sın­da duran sosial, siyasi, iqtisadi məsələləri həll edir.

Müharibələr zamanı məhz əhalinin mənəvi-psixoloji du­ru­mu əhaliyə və orduya hər cür çətinliyə, məhrumiyyətə, ciddi sınaqlara dözməyə, düşmən üzərində qələbəyə, qələbə uğrunda iradənin zəifləməməsinə imkan verir.

Mənəvi-psixoloji hazırlıq əhalinin siyasi cəhətdən düz­gün tərbiyə edilməsinin əsasını təşkil edir. Buna görə də əha­li­nin mənəvi-psixoloji hazırlığı əhalinin məqsədyönlü olaraq döv­lət siyasətini həyata keçirməyə, dövlətin maraqlarından çı­xış etməyə, hər bir çətin vəziyyətdə insan davranışının etik prin­siplərə uyğun formalaşması dövlətin müdafiəsinə doğrü yö­nəlmiş ruhda tərbiyə edilməsidir. Mənəvi planda hazırlıq aşa­ğı­da­kı məsələləri qarşıya məqsəd kimi qoyur:

• əhalinin və hərbi dəstələrin şəxsi heyətinin ölkənin si­ya­si-iqtisadi quruluşundan asılı olaraq dövlətin maraqlarını düz­gün başa düşməsi ruhunda tərbiyə edilməsi;

• hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi;

• hər bir şəxsin vətən qarşısında vətəndaşlıq borcunu, və­tə­nin taleyi üçün məsuliyyət ruhunu, yoldaşlıq-dostluq ruhunu, düş­mənə nifrət ruhunu formalaşdırmaq.

Psixoloji hazırlıq – dedikdə insanlarda psixoloji da­va­m­lı­lı­ğın formalaşdırılması başa düşülür – yəni elə keyfiyyətlər ki, in­sanların hərbi tapşırıqları yerinə yetirməsi qabiliyyətini güc­lən­dirsin, nüvə hücumu zamanı gərgin və təhlükəli vəziyyət­lər­də fəaliyyət göstərsin, ən çətin sınaqlara, hər bir mənəvi və fi­zi­ki yükə davam gətirsin, ağır və kritik hallarda özünü ələ ala bil­sin, davamlıq, igidlik, mərdlik, rəşadət göstərə bilsin, çətin şə­ra­itdə fəal və bacarıqlı fəaliyyət göstərsin.

Psixoloji hazırlığın qarşısında duran əsas məqsədlər aşa­ğı­dakılardır:

- psixoloji dərketmə prsesinin inkişaf etdirilməsi və tək­mil­ləşdirilməsi (hissiyyat, anlama, diqqət, fantaziya, yaddaş, dü­şüncə, nitq);

- vətənin müdafiəçilərində iradənin (təşəbbüs, müstə­qil­lik, qətiyyət) inkişaf etdirilməsi;

- hərəkətin motivləri ilə əlaqədar məqsədyönlülük, ça­lış­qanlıq kimi şəxsi psixoloji keyfiyyətlərin inkişaf etdirilməsi;

- sosial-siyasi motivlərin (vətəndaşlıq borcu, vətəndaşlıq, yoldaşlıq, dostluq) inkişaf etdirilməsi;

- psixoloji cəhətlərin (şüur, bilik, bacarıq, vərdiş, şəxsi fi­kir, psixoloji yönümlülük) inkişaf etdirilməsi;

- psixoloji dözümlüyün inkişaf etdirilməsi (söz verdin ye­ri­nə yetir, öz üzərinə məsuliyyət götürdün icra et).

Mənəvi-psixoloji hazırlıq birdir, bir-birilə sıx bağlıdır, bir-birini şərtləndirir. Bu əlaqənin mahiyyəti ondan ibarətdir ki, hər ikisi eyni nəzəri və metodoloji əsasa malikdir.

Psixoloji hazırlıq – insanlarda öz-özünü idarə etmək, hər hansı mürəkkəb şəraitdə çətinliklərə tab etmək qabiliyyətini for­malaşdırır. Hər bir insanın özünəməxsus dünyagörüşü var ki, bu da səhv, həqiqi, irticaçı, dini, və ya ateistik ola bilər. İn­san­larda dünyagörüşünü formalaşdıran sosial mühitdir (zavod, fabrik, əmək kollektivləri, ailə, müxtəlif ictimai təşkilatlar).

Mülki müdafiə sistemində mənəvi-psixoloji hazırlığın çox mühüm əhəmiyyəti vardır. Bu metodlar insanların düzgün dün­yagörüşünü formalaşdırmaqdır və bu məqsədlə müxtəlif vasitələrdən istifadə edilir:

1) bütün tədris müəssisələrində peşəkar səviyyədə planlı olaraq MM tədrisi;

2) MM-şəxsi heyətinin hazırlığında bütün mədəni-maarif şəbəkəsinin müəssisələrindən – radio, televizor, kino və nəşriy­yat­dan geniş istifadə etmək lazımdır;

3) xalq təssərrüfatı obyektlərində gənclərin hərbi və­tən­pər­vərlik ruhunda tərbiyə edən tədbirlərin həyata keçirilməsi;

4) əhaliyə mütləq MM təlimi keçilməlidir. Məşğələlərdə kütləvi qırğın silahlarının zədələyici faktorları haqda ətraflı mə­lumat verilməlidir, xəbərdarlıq siqnalları, zədələnmə oca­ğın­da düzgün davranış qaydaları başa salınmalıdır.

Bu təlimə yiyələndikdə insanlar təhlükəli anlarda pani­ka­ya düşməz, özünü ələ alaraq düzgün davrana bilərlər.Bundan baş­qa insanlara başa salınmalıdır ki, kütləvi qırğın silahları güc­ləndikcə, onlardan müdafiə sistemləri də, nüvə silahı, ra­ke­t­əleyhi və hava hücumundan müdafiə sistemləri də tək­mil­ləş­dirilir. Beləliklə, psixoloji hazırlıq prosesində əhali müasir mü­ha­ribələr şəraitində vəziyyəti real qiymətləndirməyi bacarmalı və əmin olmalıdır ki, kütləvi qırğın silahlarından real qorunma-müdafiə imkanları vardır.

Bütün bunlardan başqa MM sistemi biliklərinin təşviqatı mə­nəvi-psixoloji hazırlıq prosesində mühüm əhəmiyyətə ma­lik­dir. Təşviqat vasitəsilə insanlarda ən mürəkkəb şəraitdə özü­nü ələ almağı və kütləvi qırğın silahlarının zədələyici təsirindən müdafiə tələblərinə əməl etmək ruhu tərbiyələndirilir. Bu məq­səd­lə kino-diafilmlərdən, qısa məzmunlu oçerklərdən, he­ka­yə­lər­dən, olmuş hadisələr haqqında sənədli filmlərdən və s. is­ti­fadə etmək məqsədyönlüdür.

Hər kəs yaşadığı yerdə mövcud ola biləcək mümkün təh­lü­kəli və böhran situasiyalarda özünü necə aparmaq haqqında bil­məlidir. İnsanın mənəvi-psixoloji hazırlığı nə qədər yüksək olarsa ekstremal şəraitdə çətinlikləri bir o qədər asanlıqla dəf edər, sağ qalmaq ehtimalı bir o qədər çox olar, özünə və baş­qa­la­rına daha yaxşı kömək edə bilər.

İnsanlara vahiməyə düşdüyü qəza situasiyalarında tez qə­rar qəbul etmək olduqca çətindir. Əgər insan bu fövqəladə hal­ların baş verə biləcəyi haqqında qabaqcadan düşünübsə və belə hal­larda lazım olan təchizatın harada yerləşdiyini bilirsə, onda böhran anında özünü itirməyəcək. Diqqətli olmaq və meteo­ro­lo­qların xəbərdarlıqlarını izləmək lazımdır.

Təbii fəlakət zamanı ekstremal situasiyaya düşmüş in­sanın əsas vəzifəsi öz-özünü xilas etmək və ya xilasedicilərin gə­­lişinə qədər sağ qalmaqdır. İlk növbədə bilmək lazımdır ki, in­san baş verən fəlakətin xarakterini mümkün qədər tez başa düş­məyə çalışmalıdır və onunla bağlı malik olduğu davranış qaydalarını yadına salmalıdır. Sonra isə həmin qaydalar üzrə fəaliyyət göstərmək lazımdır. Ekstremal situasiyada bu situ­a­si­ya­da davranış qaydalarını dəqiq bilənlər sağ qalır.

Mütəxəssislərin fıkrincə, müxtəlif xarakterli ekstremal şə­raitlərə psixoloji hazırlıq iki mühüm amillə müəyyən olunur:

1) məlumatlılıq – müxtəlif xarakterli fəlakətlər haqqında informasiyaya malik olmaq. Bu amil psixoloji hazırlığın 80%-ini təşkil edir;

2) şəxsi amil – insanın fərdi xüsusiyyətləri, iradi key­fıy­yət­ləri, emosional və intellektual cəhətdən yetkinliyi, pro­fes­sio­nal xüsusiyyətləri. Psixoloji hazırlığın 20%-i bu amillə şərt­lə­nir.

İnsanların emosional və intellektual cəhətdən yetkin ol­ma­sı da mühüm rol oynayır. Emosional yetkinlik adamlara öz emo­siyalarını anlamağa, onlara mümkün qədər nəzarət etməyə, öz hisslərini cilovlamağa imkan verir. İntellektual cəhətdən yet­kin olmayan adam isə düşdüyü situasiyanı adekvat qiy­mət­ləndirməkdə çətinlik çəkir.

Təbii fəlakətlərdən sonra əhalinin 10% – 25%-ə qə­də­rin­dən psixi pozğunluqların miqdarı 35%-ə qədər artır. Fəlakətin təkrarlanacağının gözlənilməsi sonrakı psixi pozğunluqların ya­­ranmasına səbəb olur.

Hər bir mülki şəxs öz-özünə kömək və həmçinin ailəsini xi­las etmək üçün psixoloji hazır olmalı və aşağıdakıları bil­mə­li­dir:

- ekstremal şərait zamanı ailənizin ünsiyyət əlaqəsi yarat­maq planını qabaqcadan işləyib hazırlamaq lazımdır;

- baş verə biləcək təbii fəlakətdən sonra ailənizin yığı­şa­ca­ğı yer və vaxt haqqında razılaşın;

- baş verə biləcək təbii fəlakət hadisəsində bütün ailənizlə əlaqə saxlaya biləcək əlaqələndirici bir və ya bir neçə şəxsi se­çin və onun kordinatlarını əzbərləyin;

- ailənizin bütün üzvlərinin (hətta ən kiçiklərin də) öz so­ya­dlarını, adlarını, ünvan və telefon nömrələrini (şəxsi və əla­qə­ləndirici adamın) bilmələrinə nəzarət edin;

- uşaqlara, qoca və xəstə adamlara xüsusi diqqət yetirin. Tə­bii fəlakət zamanı davranış qaydalarını onlara izah edin və öy­rədin, paltarlarında nişan (orada adı çəkilənlərə dair in­for­ma­siya göstərilir) olmasına fıkir verin;

- təbii fəlakət zamanı ailənizlə birlikdə, dostlarınız, ta­nış­larınız, qonşularınızın yanında olmağa çalışın;

- uşaqları bir dəqiqə də olsun özünüzdən kənara burax­ma­yın;

- güclü və özünə inamlı adamların yanında olmağa ça­lı­şın;

- təlaş keçirməyin və öz əhatənizdə vahiməyə yol ver­mə­yin;

- yadda saxlayın ki, hətta ən mürəkkəb situasiyadan çıxış yolu var, sadəcə onu tapmaq lazımdır!

Fövqəladə hallarda, xilasetmə və digər təxirəsalınmaz iş­lə­rin mənəvi-psixoloji təminatında məqsəd, xilasediciləri, həm­çi­nin əhalini xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsində şüurlu və fəal iştirak etməyə səfərbər etməkdir.

Təsərrüfat obyektlərində mənəvi-psixoloji tərbiyə işlə­ri­nin bazasında xilasedici, qəza-bərpa dəstələri və digər ko­man­da­ların yaradılması təşkilat və idarələrin rəhbərləri tərəfindən apa­rılır.

Xilasetmə və digər təxirəsalınmaz işlərin mənəvi-psixo­lo­ji təminatı aşağıdakı məsələləri əhatə edir:

- xilasedicilərdə yüksək mənəvi-psixoloji keyfiyyətlər, mü­təşəkkillik, qarşıya qoyulan vəzifələri vaxtında və dəqiq ye­ri­nə yetirmək əzmini aşılamaq;

- kəşfiyyat aparmaq üçün, ayrılan heyətləri qəza ocağında (təbii fəlakət rayonunda) sürətli və hərtərəfli araşdırmalar apar­ma­ğa səfərbər etmək;

- xilasediciləri fəlakət rayonunda mütəşəkkil halda hərə­kə­tə, nizam-intizamı ciddi surətdə gözləməyə və vaxtında ça­t­ma­ğa sövq etdirmək;

- istehsalat qəzaları, kütləvi yanğınlar, güclü zəhər­lən­mə­lər şəraitində xilasetmə və digər təxirəsalınmaz işləri müvə­f­fə­qiy­yətlə yerinə yetirməyə, cəld və təşəbbüskar olmağa, zə­də­lən­­miş şəxsləri tez axtarıb tapmağa, onlara vaxtında tibbi yar­dım göstərib, təhlükəsiz rayonlara köçürməyə xilasedici he­yət­ləri tam səfərbər etmək;

- zədələnmə ocaqlarında xilasetmə və digər təxi­rə­salın­maz işlər aparılarkən, xilasedicilərin qüvvələrindən qənaətlə və sə­mərəli istafadə olunmasına, onların vaxtında yeməyinin və din­cəlməsinin təşkilinə, müəyyən olunmuş iş rejiminin və təh­lü­kəsizlik tədbirlərinin dəqiq yerinə yetirilməsinə qayğı gös­tər­mək;

- sayıqlığın yüksəldilməsinə, çaxnaşmanın və digər belə mənfi halların qarşısının alınmasına və qətiyyətlə aradan qal­dı­rıl­masına yönəldilmiş hərtərəfli tədbirləri həyata keçirmək;

- xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən xi­las­e­dicilərin nailiyyətlərinin təbliğ edilməsi, tapşırıqların icrası zamanı fərqlənən şəxslərin vaxtında həvəsləndirilməsi üçün qayğı göstərmək;

- xilasedici qruplar arasında qarşılıqlı fəaliyyətin sax­lan­ma­sına, həmrəyliyin, yoldaşlıq münasibətlərinin, vəzifələrin ic­ra­sı vaxtının, qarşılıqlı yardımın möhkəmlənməsinə yönəldilən mə­nəvi-psixoloji tədbirləri həyata keçirmək.

Fəlakət dövründə aparılan mənəvi-psixoloji təbliğatda baş­lıca məqsəd yaranan son dərəcə çətin şəraitdə belə, qarşıya qo­yulan vəzifələrin yerinə yetirlməsini təmin etməkdir. Qəf­lə­tən baş verən zəlzələ, daşqın, uçqun və ya sənaye müəs­sisə­lə­rində partlayışlar şəxsi heyətin psixikasına ağır təsir göstərərək, müvəqqəti sarsıntılar, qorxu və özünə inamsızlıq hissi yarada bilər. Məsələn, şiddətli zəlzələ zamanı, bəzən baş verən güclü partlayışlı təkanlar, yeraltı gurultu, bir anda yerin maqnit və elektrik sahələrinin dəyişməsindən törəyən parıltı və şimşək insanlarda elə təsəvvür yarada bilər ki, guya atom zərbələri endirilir. Adamlarda belə psixoloji hal yaranarkən, onlara vax­tın­da və müntəzəm surətdə doğru məlumatlar çatdırılmazsa, la­zı­mi xəbərdarlıq siqnalları və düzgün davranış qaydaları barədə kon­kret göstərişlər verməklə, idarəetmə təşkil olunmazsa, küt­lə­yə rəhbərlik zəifləyər, bu isə çaxnaşmaya və digər mənfi küt­lə­vi hadisələrə zəmin yaradar.

Xilasedicilər mütləq yüksək mənəvi-psixoloji key­fiy­yət­lə­rə malik olmalıdırlar.Bu məqsədlə onlar xüsusi psixoloji ha­zırlıq keçməlidirlər. Xilasedicilərin mənəvi-psixoloji hazırlığı dedikdə, onlarda elə psixoloji keyfiyyətlərin formalaşdırılması nə­zərdə tutulur ki, həmin keyfiyyətlər müxtəlif fəlakətlər za­ma­nı yaranan təhlükəli və digər gərgin şəraitlərdə bacarıqla fəa­liy­yət göstərmək qabiliyyətlərini təmin etsin. Mənəvi-psixoloji ha­zırlıq sayəsində xilasedicilərdə yüksək mənəvi keyfiyyətlər (cə­sarət, igidlik, qətiyyət, intizam, mütəşəkkillik və s.), emo­sional dəyanətlilik, sağlam sosial-psixoloji münasibətlər, dos­t­luq, yoldaşlıq, qarşılıqlı yardım, intellektual keyfiyyətlər (zehni çeviklik, şəristə, fərasət və s.) aşılanır. Xilasedicilərdə təh­lü­kə­yə, qorxuya və çaxnaşmaya qarşı dözümlü olmaq, çətinlikləri dəf etmək və fədakarlıq göstərmək, eləcə də, fövqəladə ha­di­sə­lə­rin nəticələri aradan qaldırılarkən, yarana biləcək əsəb gər­gin­liyinə qarşı səbr göstərmək, lazım gələrsə əhali arasında ge­dən qarışıqlığın qarşısını almağa cəhd göstərmək kimi key­fiy­yətlər mənəvi-psixoloji hazırlığın əsas problemlərindən biridir.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə