Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə35/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   122
Mülki müdafiə

Psixokimyəvi təsirli ZM. Bu qrup ZM insanın normal psixi fəaliyyətini pozur. Bir çox xarici dövlətlərin hərbi qüvvələri onları son zamanlarda istifadə etməyə başlayıb. Onlar rəqibin canlı qüv­və­sini müəyyən müddətə sıradan çıxarır. Bu ZM mərkəzi sinir sis­te­minə təsir edərək, insanın normal psixi fəaliyyətini pozur və ya psixi pozğunluqlara səbəb olur, müvəqqəti korluq, karlıq, qorxu hissi, müxtəlif üzvlərin funksiyalarının məhdudlaşmasını törədir. Psi­xokimyəvi təsirli ZM ölümcül nəticə ilə yanaşı, döyüş zamanı ord­unun davamlılığını və iradə gücünü azaltmaq üçün tətbiq edi­lir.

Hazırda psixi təsir xüsusiyyətinə malik qrupa çoxlu maddə­lər daxildir (qarmin, LSD-25, meskalin). Lakin böyük miqyaslı zə­hərləyici maddə kimi bu qrupun ən çox istifadə edilən nüma­yəndəsi – BZ-dir.



Bi-zet (BZ) mərkəzi sinir sisteminə təsir edərək insanın nor­mal psixi fəaliyyətini pozur və ya psixi (qorxu, depressiya, ruh düş­künlüyü) və fiziki (karlıq, korluq, iflic) pozğunluqlara səbəb olur.

Bi-zet – bərk kristallik maddə olub, iysizdir, suda həll ol­mur, döyüş vəziyyəti - aerozoldur (tüstü). Bi-zet orqanizmi tənəf­füs üzvləri və ya mədə-bağırsaq yolu ilə zədələyir. ZM ilə nəfəs al­dıqda təsiri 0,5-3 saat sonra başlayır (dozadan asılı olaraq) və 2-4 günə sona yetir. Bu maddə ilə zəhərləndikdə insanlar məkan və za­man orientasiyasını itirir, ətraf mühitin qavranması pozulur (ət­raf­da olan əşyaların forma və rəngi), eşitmə, təmas qarabasmaları, rabitəsiz, anlaşılmaz nitq, izlənmə sayıqlaması, aqressivlik olur, izləndiyi adamlardan qaçmaq cəhdi edirlər, bədəninin və ya bə­də­nin ayrı-ayrı əzalarının dəyişməsi hissi olur. Bəbəklər genəlir, dəri və selikli qişalar quruyur. Zədələnmişlər zonadan çıxan kimi yu­xu­lu vəziyyətə düşürlər. Keçirilmiş psixoz vəziyyətindən sonra tam amneziya müşahidə olunur, zərərçəkmişlər keçirdiyi hissləri xa­tırlamır və danişa bilmir. Bu zədələnmə zamanı ilk yardım, əsa­sən, ərazidən qısa müddətə təxliyə edilməkdir. Bədənin zə­də­lən­miş hissələrini sabunlu su ilə, gözləri və burun-boğazı təmiz su ilə yu­maq, paltarı əvvəlcə paltar şotkası ilə təmizləmək, sonra isə yu­maq lazımdır. Zərərçəkmişləri izolyasiya etmək, lazım gələrsə tə­cili tibb müəssisələrinə göndərmək lazımdır.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə