Mm-dən mühazirələrin kanspekti


Bakterial vasitələrin istifadə edilməsi



Yüklə 6,07 Mb.
səhifə43/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   122
Mülki müdafiə

Bakterial vasitələrin istifadə edilməsi

yolları və üsulları
Bakterial silahın tətbiqedilmə yolları müxtəlifdir: təyyarə bom­baları, top güllələri, raketlər və içərisinə maye, yaxud quru hal­da mikrob və zəhər qatışığı (reseptur) doldurulmuş xüsusi kon­tey­nerlər və cihazlar, zəhərlənmiş daşıyıcılar (həşəratlar, gənələr, gəmiricilər). Bakterial silahı tətbiq etmək üçün düşmən aerozol (havanın yoluxdurulması) və transmissiv üsuldan (qansoran hə­şə­rat­lar – bit, birə, ağcaqanad vasitəsilə), diversion üsul – qapalı yer­lə­rin, suyun, ərzağın qəsdən gizli şəkildə yoluxdurulmasından is­ti­fadə edə bilər. Xəstəliyin yayılmasının ən sadə üsullarından biri ha­vanın yoluxmasıdır. İçərisində bakterial vasitələr olan hərbi sur­sat partlayarkən havada duman və ya tüstüşəkilli aerozol buludu əmələ gəlir ki, bu bulud külək vasitəsilə yayılır, torpağa çö­kür və yoluxmuş zona əmələ gətirir. Onun zədələyici təsiri tət­biq edilən xəstəliktörədicidən, ərazinin relyefindən, meteoroloji şə­raitdən və s. asılıdır. Yoluxma təkcə bakterial vasitələrin tətbiq edildiyi za­man deyil, buluddan ayrılmış aerozol hissəciklərinin zədələyici xü­susiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçə saat, gün, həftə, hətta ay müddətində də baş verə bil­ər. Yo­lux­durulmuş həşəratlar vasitəsilə sarı qızdırma, taun və s. kimi xəs­təliklər ya­yılır. Düşmən geri çəkilərkən yoluxmuş əşyaları: ge­yim, ərzaq, si­ga­ret və xəstə insanları saxlamaqla infeksion xəstə­liyin ya­yıl­masına nail ola bilər. Bu zaman yoluxma birbaşa kontakt vasitə­si­lə baş verir.

İnsanlar bakterioloji vasitələrin tətbiq olunduğunu aşağıdakı xarici əlamətlərə görə təyin edə bilər:

- döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alo­vun olmaması;

- binaların damı və divarlarında, ağac yarpaqlarında və yol­lar­da qatı maye şəkilli maddələrin olması;

- ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;

- mərmilərin, konteynerlərin və ya müxtəlif bağlama və qab­la­rın düşdüyü yerlərdə çoxlu həşəratların, gənələrin və ya gə­mi­ri­ci­lərin olması;

- əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi hey­van­ların, ev heyvanlarının və quşların qəflətən kütləvi qırılması və ya xəstələnməsi də bakterioloji vasitələrin tətbiq olunduğuna də­la­lət edə bilər.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə