Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə51/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   122
Mülki müdafiə

Yüksəkdəqiqli silahlar – kəşfiyyat-zərbə kompleksləri şək­lində təqdim olunur. Hərbi mütəxəssislər bu silahları yara­dar­kən kiçik ölçülü yaxşı müdafiə olunan möhkəm obyektlərin təmi­na­tlı zədələnməsinə nail olmağa çalışırdılar. Bu komplekslər 2 əsas elementdən ibarətdir: zədələyici vasitələr (təyyarələr, ra­ket­lər) və texniki vasitələr. İdarəolunan aviasiya bombaları adi bom­ba­lara oxşayır, onlardan idarəolunma sistemi və kiçik qanadlarının olması ilə fərqlənir. Kiçik ölçülü obyektlərə dəqiq zərbə endirmək üçün istifadə olunur. İdarəolunan aviasiya bombaları beto­n­da­ğı­dan, zirehdeşən, tank əleyhinə, kasset və s.olur. Dəqiq silahlara idarə olunan aviasiya bombaları da aiddir. Xarici görünüşündən onlar adi aviasiya bombalarına oxşayır və idarəetmə sisteminin və kişik qanadların olması ilə fərqlənir.

Hazırda Azərbaycanın milli ordusu yüksəkdəqiqli silahlar qru­pundan olan yeni ballastik raket sistemləri ilə (İsrail hərbi sə­na­ye istehsalı olan “Ekstra” və Pakistan ballastik raketləri ) ilə tə­min olunub. "Ekstra" raketlərinin uçuş məsafəsi 130 kilometrdir.


Şəkil 2.33. Müasir silahlar




Şəkil 2.34. Ballastik raketlər


Bu raketlər 306 millimetr kalibrə malikdir, uzunluğu isə 3,97 metr­­dir. Pakistan raketi isə "Xatf-4" "Şahin-1" raketinin tək­mil­ləş­di­ril­miş variantıdır və hərəkət məsafəsinə görə, İsrail ra­ketlərini 20 də­fə ötür. Yeni raketlər nüvə başlıqları daşımağa qa­dirdir. Qeyd edək ki, Rusiya nə Azərbaycana, nə də Ermənistana belə si­lah nö­vü satmır. Ancaq Rusiya Ermənistandakı hərbi bazasında

"İsgəndər" operativ-taktiki raket komplekslərini yerləşdirib. Adi qırğın vasitələrindən mühafizə tədbirləri aşağıdakı­lar­dır:

- mühafizə qurğularında daldalanmaq;

- fərdi mühafizə vasitələrindən istifadə etmək;

- iri şəhərlərdən və təhlükəli sahələrdən əhalini şəhərdən­kə­­nar təhlükəsiz zonaya köçürmək və s.
.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə