Mm-dən mühazirələrin kanspekti


Mühazirə 6. Fövqəladə hallarda yaranmış şəraitin aşkar



Yüklə 6,07 Mb.
səhifə52/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   122
Mülki müdafiə

Mühazirə 6. Fövqəladə hallarda yaranmış şəraitin aşkar

olunması və qiymətləndirilməsı
İonlaşdırıcı şüaların aşkarı və ölçülməsi üsulları
Müasir kütləvi qırğın silahlarının tətbiqi və ya radioaktiv təh­lükəli obyektlərdəki hər hansı bir texnogen qəza ionlaşdırıcı şüa­ların ətrafa yayılmasına səbəb olur. Həmçinin ölkəmizdə mü­a­sir texnologiyalardan istifadənin artması ilə əlaqədar olaraq, tibb və sənaye obyektlərində, habelə elmi-tədqiqat və təhsil ocaq­la­rın­da ionlaşdırıcı şüalanma mənbələrindən istifadə halları artır.

İonlaşdırıcı şüalanma mənbələrinin yaydığı şüalar (radia­si­ya) insan orqanizmi və ətraf mühit üçün təhlükəli ola bilər. Hiss üzv­lərimizin təsbit edə bilmədiyi bu şüaları ancaq xüsusi cihazlar va­sitəsilə aşkar  etmək mümkündür. Təhlükəsizlik texnikası, ra­di­a­­siya təhlükəsizliyə və avadanlıqların istismar qaydalarına ciddi şəkildə riayət edilməsi şüalanmanın insan orqanizmi üçün təh­lü­kə­siz hədd səviyyəsində saxlanmasına yardım göstərir. Buna bax­ma­y­a­raq,  hər hansı bir  qəza baş verdikdə və ya hər hansı bir səbəb­dən (məsuliyyətsizlik və təhlükəsizlik texnikası qaydalarına riayət



Şəkil 2.36. İonlaşdırıcı şüalanma məkanları
edilməməsi, mənbələrin itirilməsi, dağıdılması, oğurlanması və s.) ionlaşdırıcı şüalanma təhlükəsi yaranarsa, bu təhlükədən qorun­ma  tədbirlərini hər bir vətəndaş bilməli, radiasiya təhlükəsini bil­di­rən işarələri tanımalı və üzərində bu işarələrin olduğu hər hansı bir nəzarətsiz əşya ilə qarşılaşarsa, o əşyaya toxunmamalı, əşyanı sök­məməli, özü ilə götürməməli, dərhal o əşyadan uzaqlaşmalı, o əş­ya barədə  "112" qaynar xəttinə zəng edərək məlumat verməli və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər şüb­hə­li əşyanı uzaqdan nəzarətdə saxlamalı, həmin ərazidə olan kənar şəxs­ləri də məlumatlandıraraq, onların ərazidən uzaqlaşmalarına ça­lış­malıdır.

Şəkil 2.37. Radiasiya təhlükəli nişanlar


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə