İndikatorlar – radiasiya kəşfiyyatı üçün ən sadə cihazdır. Bu cihazlar vasitəsilə şüalanmaları aşkar etmək, beta və qamma şüalanma dozalarının gücünü təxmini qiymətləndirmək mümkündür. Cihazlar işıq və ya səs siqnalı verən sadə elektrik sxeminə malikdir. İndikatorlar vasitəsilə doza gücünün artdığını və ya azaldığını təyin etmək olur. Belə cihazlarda verici olaraq qazboşal- ma sayğacı tətbiq edilir. Cihazların bu qrupuna DP-63, DP-63A, DP-64 indikatorları aid edilir.
Rentgenmetrlər – rentgen şüalarının və ya qamma şüalanma dozalarının gücünü ölçmək üçündür.Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz rentgen saata (R/saat) qədərdir.Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qazboşalma sayğacları tətbiq edilir. DP-3B, DP-3B, rentgenmetrləri, «Kaktus» tipli rentgenmetr, İMD-1, İMD-21, DP- 5A, B, V və s. belə cihazlardır.
Radiometrlər – müxtəlif səthlərin, avadanlığın, texnikanın, paltarların, havanın, əsasən alfa və betta hissəciklərlə radioaktiv zəhərlənməni aşkar etmək və bu zəhərlənmənin dərəcəsini təyin etmək üçündür. Radiometr vasitəsilə az səviyyəli şüalanmanı ölçmək mümkündür.
Bu cihazlar daha çox yayılmış və geniş tətbiq olunur. Universal bazalı QBR – 3 cihazı, SRP – 68-01, KRK, KRBP cihazı, «Luç-A» beta-qamma radiometri, «Tiss» radiometri DP-100M, DP-100ADM radiometrik qurğuları və s. belə cihazlardır.
Rentgenmetr-radiometr DP-5A, B, V qamma şüalanma səviyyələrini, habelə ərazinin və müxtəlif əşyaların qamma şüalanma nəticəsində məruz qaldığı radioaktiv zəhərlənməni ölçmək üçün istifadə olunur. Bu cihazların modifikasiyalarının təyinatı və quruluşu eynidir, bunların fərqi, əsasən, quruluşunda və qismən də elektrik sxemindədir.
Dozimetrlər – zəhərlənmiş rayonda fəaliyyət göstərən bütün müddət ərzində şəxsi heyətin aldığı ümumi şüalanma dozalarını (əsasən, qamma şüalanma dozalarını) təyin etmək üçündür.
Fərdi dozimetrlər kiçik ölçülü ionlaşma kamerasından və plyonkalı fotokasetdən ibarətdir. Kameralar komplektindən və doldurma-ölçmə tərtibatından ibarət cihaz dəstinə - fərdi dozimetrik nəzarət komplekti deyilir.DK-02, DP-22V, DP-24, İD-1, İD-11 və s. cihazlar fərdi dozimetrlər komplektləridir. Vericilərin tipinə görə cihazları: ionlaşma kameraları, silindr formalı və kəllə qazboşalma sayğacları, ssintilyasiya sayğacları və fotomüqavimətli sayğaclar tətbiq olunan cihaz növlərinə ayırmaq olar.
Ölçülən şüalanmanın növünə görə, cihazları – şüalanma ölçən və ya hissəcikləri ölçən cihazlara ayırmaq mümkündür. Cihazın sxemində çevrin siqnalların xarakterinə görə, dozimetrik qurğular iki qrupa ayrılır.
Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına çevrilir. Bu qrup cihazların elektrik sxemi çevirici və impuls gücləndirici rolunu oynayır.
İkinci qrupa dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit cərəyan gücləndirici və çevirici rolunu oynayır. Müasir dozimetrik cihazların, demək olar ki, hamısı ionlaşdırma metodu əsasında işləyir. Cihazların əsas qovşaqları vericilərin əsas tərtib hissəsi olmaqla, detektorlar, yəni ionlaşma kameraları, qazboşalma sayğacları və ya ssintillyator ölçmə və ya qeydetmə cihazlarından ibarətdir.
a b
Şəkil 2.38. İndikatorlar:
a – diaqra tipli rəqəmsal CİT 350; b – çoxkanallı rəqəmsal CIT 650
a b
Şəkil 2.39. Radiometrlər:
a) solar light; b) X-Cite
Dostları ilə paylaş: |