Mm-dən mühazirələrin kanspekti


Kimyəvi kəşfiyyat cihazları haqqında



Yüklə 6,07 Mb.
səhifə55/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   122
Mülki müdafiə

Kimyəvi kəşfiyyat cihazları haqqında

ümumi məlumatlar
Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlə­rin­dəki, zəhərləyici maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat ci­haz­ları və qaz siqnalizatoru vasitəsilə, yaxud problar nümunə gö­tü­rüb onları kimya laboratoriyasında təhlildən, analizdən ke­çirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə orqanoletik üsulla aşkar etmək heç də həmişə mümkün deyil; əvvəla onların bir çoxunun heç bir iyi, rəngi, qıcıqlandırıcı xassələri yoxdur, başlıcası isə, bir sıra ZM-nin zəhərliliyi o dərə­cədə yüksəkdir ki, onların iyinə və qıcıqlandırıcı təsirlərinə görə aş­kar edilməsi cəhdi ciddi zəhərlənmələrlə nəticələnə bilər. Mü­şa­hidə yolu ilə, yəni əşyanın səthindəki ZM damcılarına və lə­kə­lə­ri­nə, ZM-in yaratdığı buludun rənginə, zəhərlənmiş bitki yarpaq­la­rı­nın rənginin dəyişməsinə görə ancaq bəzi zəhərləyici maddələri təxmini olaraq aşkar etmək mümkündür.

Zəhərləyici maddələri çöl şəraitində aşkar və təyin etmək üçün ən çox kimyəvi metoddan istifadə edilir; bu üsul zəhərləyici maddə ilə ona müvafiq seçilmiş digər bir xüsusi maddənin qar­şı­lıq­lı təsiri sayəsində müəyyən bir rəngə malik birləşmə yaranması ha­disəsinə əsaslanır. Belə rəngin meydana çıxması burada məhz hə­min ZM-in olduğuna dəlalət edir. Bu rəngin çalarını kağıza çə­kil­miş rəng etalonları ilə müqayisə edərək ZM-in konsentrasiyası və ya havanın zəhərlənmə dərəcəsi barədə müəyyən qənaətə gəl­mək mümkündür.

İstifadə etmək rahat olsun deyə, kimyəvi kəş­fiyyat cihaz­la­rın­da işlədilən reaktivləri məsaməli maddəyə yaxır, yaxud şüşə am­pulaya yığırlar. Reaktiv yaxılmış məsaməli maddəni və mü­vafiq miqdar ampulları şüşə borucuğa yerləşdirir və ətraf mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə borucuqlar indikator borucuğu adlanır.

İndikator borucuğunu işlədərkən onun uclarını kəsir, da­xi­lin­dəki ampulu sındırmaq və zəhərli havanı xüsusi nasosla sorub bo­rucuqdan keçirirlər: bu zaman havanın tərkibindəki ZM buxar­la­rı reaktivlə reaksiyaya qoşularaq məsaməli maddənin rəngini mü­vafiq surətdə dəyişir. Bu rəngə və onun tündlüyünə görə ZM-in növü və havadakı konsentrasiyası təxmini təyin edilir.

Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının; qo­şun kimyəvi kəşfiyyat cihazı (VPXR), yarımavtomat kimyəvi kəş­fiy­yat cihazı (PPXR), QSA-12 və QSP-11 avtomat qaz siq­na­li­za­torları və s. növləri olur.

MD-1 dozaölçən cihaz komplekti – udulan qamma-neytron şü­­a­larını ölçmək üçün istifadə olunur.



Tərkibi: İD-1 fərdi dozimetrlər – 10 ədəd, ZD-6 doldurucu pult – 1 ədəd, futlyar – 1 ədəd, pasport və texniki sənədlər – 1 kom­plekt.

DP-22V dozimetrlər komplekti şüalanma dozalarını ölçmək üçündür.

Qamma şüalanma dozalarının gücü 0,5-dən 200R/san-dək də­­yi­şərkən dozimetrlərin ölçmə diapazonu 2-dən 50 rentgenə­dək­dir. Ölç­mələrin orta xətası +10%-dir. Dozimetrlərin öz-özünə bo­şal­­ma­sı bir sutka ərzində 4 R-dən artıq olmur. Dozimetrlər ha­va­nın nis­bi rütubəti 98% olan hallarda işləyə bilir; bir komplekt qi­da­lan­dırma mənbəyi ilə (1,6PMS-U-8 tipli iki element) fasiləsiz iş müd­­dəti 30 saat, dozimetrin kütləsi 50 qram, komplektin kütləsi 5,6 kq-dır. Doldurucu pultu işə hazırlamaq müddəti 1-2 dəqi­qə­dir. DP-22V dozimetrlər komplekti 50 ədəd birbaşa göstərən DKP-50A dozimetrindən, 3D-5 doldurucu pultdan, futlyardan (qu­tu) və texniki sənədlərdən ibarətdir.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə