Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə58/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   122
Mülki müdafiə

Yerüstü kəşfiyyat - ən dəqiq, daha dolğun kəşfiyyat növü sa­yılır və bütün MM qərargahları tərəfindən təşkil edilir.

Havadan kəşfiyyat - zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında ümumi vəziyyəti tez aşkar etmək üçün təy­ya­rələr və helikopterlərlə aparılır. Belə kəşfiyyatı, adətən, res­pub­lika MM qərargahı təşkil edir.

Dənizdən (çaydan) kəşfiyyat - sahillərdə, limanlarda, bu­ra­dakı qurğularda vəziyyəti oyrənmək məqsədi güdür, yüksək sü­rətli gəmilər və katerlər vasitəsilə icra edilir.

Yerinə yetirdiyi vəzifələrin xarakterinə gorə, ümumi kəşfiy­yat fovqəladə hallar baş vermiş sahələrdə yaranan vəziyyət barədə dərhal ilkin məlumatlar əldə etmək ucundur. Belə qoşun MM qo­şun hissələrinin, hərbiləşdirilməmiş dəstələrin, habelə rayonların, obyektlərin kəşfiyyat qrupları, manqaları, muşahidə və laborato­ri­ya nəzarət şəbəkəsi cəlb olunur.

Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır. Plan müvafiq mülki müdafiə qərargahında əvvəlcədən tərtib edilir, yu­xarı qərargahla razılaşdırılır və mülki müdafiə rəhbəri tərə­fin­dən təsdiqlənir. Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edi­lir, burada idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəş­fiyyat bölmələrinin yerləri, bu bölmələrin konkret fəaliyyət mar­şrut­ları, vəzifələrini yerinə yetirdikdən sonra toplanış məntəqələri şər­ti işarələrlə göstərilir. Mülki müdafiə qərargahının rəisi bölmə kom­andirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qı­sa məlumat verilir, kəşfiyyatın nə münasibətlə aparıldığı, onun kon­kret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı ra­bitə yaratmaq və kəşfiyyatın nəticələri barədə məlumat vermək qay­daları dəqiq göstərilir.

Şəhərdə, rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya müşahidə postları, MM kəşfiyyat qrupları, xidmətlərin və dəstələrin kəşfiyyat manqaları (MLNŞ) müəssisələri cəlb edilir.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə