Mm-dən mühazirələrin kanspekti


Radiasiya və kimya müşahidə postları (RKMP)



Yüklə 6,07 Mb.
səhifə59/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   122
Mülki müdafiə

Radiasiya və kimya müşahidə postları (RKMP) – bütün ob­yektlərdə yaradılır və təhlükə yaranarkən bilavasitə fəaliyyətə başlayır. Onların əsas vəzifələri radioaktiv və kimyəvi zəhər­lən­məni vaxtında aşkar etmək, müşahidə sahəsində vəziyyətin də­yiş­mə­sinə fasiləsiz göz qoymaq və qərargaha müntəzəm surətdə mə­lu­mat verməkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı ona di­gər vəzifələr də tapşırıla bilər. Post elə bir yerdə qoyulmalıdır ki, ora­dan hər tərəfi müşahidə etmək mümkün olsun və postun özü MM idarəetmə məntəqəsinin yaxınlığında yerləşsin. Müşahi­də­çi­lə­rin daldalanması və növbədən sonra dincəlməsi üçün burada hök­mən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə cə­hət­ləri göstərən nişan qoyulur. Postun heyəti onun rəisindən və iki mü­şahidəçidən ibarətdir. Onlar müşahidəni vizual üsulla, habelə radiasiya və kimya kəşfiyyatı cihazları vasitəsilə aparırlar. Bu məq­­sədlə onlar cihazlardan əlavə, həmçinin fərdi mühafizə vas­i­tə­lə­ri, rabitə və xəbərdarlıq vasitələri, kompas, saat, səmt göstərən və bucaqölçən, xüsusi limb, müşahidə jurnalı, habelə öz və­zi­fə­lə­ri­ni yerinə yetirmək üçün lazım olan digər avadanlıqla təchiz olunurlar.

Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza nəticəsində bilavasitə obyektdə, digər fəaliyyət rayonunda, habelə düşmən bas­qınından sonra zədələnmə ocağında, hərəkət marşrutlarında ya­ran­mış vəziyyəti öyrənmək məqsədilə göndərilir. Kəşfiyyat qrupu, onun komandirindən və hərəsi 3 nəfərlik bir rabitə və bir neçə kəş­fiy­yat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı üç mühafizə qurğusunda, yaxud 800 m-dək zolaqda (şəhərin 2-3 məhəlləsindən ibarət sahədə) kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Qrup fərdi mühafizə vasitələri, radiasiya və kimya kəş­fiy­yatı cihazları, hədd nişanları dəsti, fərdi dozimetrlər ilə təchiz edi­lir, fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, ha­be­lə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə kəş­fiyyat sxemi verilir.

Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyələri 0,5 rentgen-saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır. Zə­hər­lənməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və ni­şan­da zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə qo­yul­ma­lıdır. Nişanı elə qoyurlar ki, onun üz tərəfi zəhərlənmə olmayan və ya az olan sahəyə tərəf dursun. Qrupun komandiri hərəkəti davam etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, zəhərlənmənin növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə radio vasitəsilə obyektin MM qərargahına mə­lumat verir. Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sex­lər­də, qurğularda, xüsusən də xilasetmə işləri aparılacaq sahələrdə zə­hərlənmənin növünü, səviyyəsini (dərəcəsini) təyin edir, vəziy­yə­tin dəyişməsinə nəzarət edirlər.

Kəşfiyyata başlamaq üçün çı­xış məntəqəsinin yeri obyektin yaxınlığında müəyyən edilir. Burada qrupun komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün manqalara tapşırıq verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, xilas­et­mə aparılacaq yerlərdə yaranmış vəziyyəti (dağıntıların, yan­ğın­la­rın xarakterini, adamlar qalmış yerləri və s.) öyrənir, zə­hər­lən­mə­nin səviyyəsini ölçürlər. Belə yerlər, adətən, əvvəlcədən müəyyən edi­lir və yuxarıda deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (pla­nında) göstərilir.

Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu (manqası) top­la­nış məntəqəsinə gəlir, komandir qərargaha vəzifələrin yerinə ye­ti­rilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi heyətin zəhərlənmə dərəcəsini yoxlayır, buna ehtiyac varsa, xüsusi tə­miz­ləmə işlərini təşkil edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi heyətin məruz qaldığı şüalanma dozalarını hesablayır və qru­pu yeni vəzifələrin icrası üçün işə hazırlayır. Müxtəlif təbii fəlakətlər və qəzalar zamanı aparılan kəşfiyyatın xüsusiyyətləri, əsa­sən, onun konkret vəzifələrində təzahür edir. Qəza yerlərini diq­qətlə müayinə etməklə, adamlar toplanan yerlərə, anbarlara su mən­bə­lərinə xüsusi diqqət yetirməklə, havadan və torpaqdan nümu­nə­lər götürüb analizə göndərməklə bu vəzifələrin öhdəsindən gəl­mək mümkündür. Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri isə bina və tikililərin nə dərəcədə dağıldığını, uç­qun­lar altında adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın, kimyəvi zəhərlənmə) ya­ra­nıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində qə­za­ların yerini, dərəcəsini, xilasetmə işlərinin növünü, həcmini və s. müəyyən etməkdən ibarətdir. Daşqın və sel vaxtı kəşfiyyat böl­mələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyacı olan adam­lar, habelə kənd təsərrüfatı heyvanları qalmış sahələri mü­əy­yənləşdirir, daşqın zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üzgüçülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.

Sülh və müharibə dövründə ətraf mühitin sağlamlığı üzrə kəş­­fiyyat işlərinin bir qismi də respublikanın müşahidə və la­bo­ra­to­riya nəzarəti şəbəkəsi tərəfindən yerinə yetirilir. Bu şəbəkənin və­zifələri, tərkibi və fəaliyyət qaydası xüsusi əsasnamə ilə müəy­yən və təsdiq edilmişdir.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə