Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə53/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   122
Mülki müdafiə

Dozimetrik cihazlar
Mülki müdafiə sistemində dozimetriyanın əsas vəzifəsi – müx­təlif radiasiya vəziyyəti şəraitində əhalinin, MM qoşunları və hərbiləşməmiş dəstələrinin fəaliyyətini təmin etmək məqsədilə ion­laşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.

Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir:

- əhalinin həyat fəaliyyətinin və zədələnmə ocaqlarında xi­las­etmə və digər təxirəsalınmaz işlərin təhlükəsizliyini təmin et­mək üçün şüalanmaların aşkar edilməsi və ölçülməsi;

- dezaktivasiya və sanitariya təmizlənməsi keçirilməsi zəru­rə­tini, bunların keyfiyyətini müəyyən etmək, habelə zəhərlənmiş ər­zaq məhsullarından istifadə etməyin mümkünlüyünü, norma­la­rı­nı təyin etmək üçün müxtəlif obyektlərin zəhərlənmə dərəcələrinin öl­çülməsi;

- radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş qa­biliyyətini təyin etmək məqsədilə şüalanma dozalarının ölçülməsi;

- ərzaq məhsullarının, suyun, alafın radioaktiv maddələrlə zə­hərlənmə dərəcələrinin laboratoriyalarda ölçülməsi.

Dozimetrik cihazları – onların təyinatına, vericisinin tipinə, öl­çülən şüalanmanın növünə və cihazın sxeminin çevirdiyi elek­trik siqnallarının xarakterinə görə təsnif etmək olar. Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır:


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə