Mm-dən mühazirələrin kanspekti


Adi qırğın vasitələri və onlardan mühafizə



Yüklə 6,07 Mb.
səhifə44/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   122
Mülki müdafiə

8. Adi qırğın vasitələri və onlardan mühafizə
“Adi qırğın vasitələri”, “adi silahlar” termini daha böyük zədələyici döyüş xüsusiyyətlərinə malik olan nüvə silahının kəşf edilməsindən sonra istifadə edilməyə başlandı. Lakin hazırda elm və texnikanın son nailiyyətlərindən yararlanaraq hazırlanan adi silahlar öz effektivliyinə görə kütləvi qırğın vasitələrinə çox ya­xındır. Yeni fiziki prinsiplər əsasında silahların hazırlanması üzrə intensiv işlər görülür və son illərin hərbi əməliyyatlarından aydın olur ki, qərb ölkələrinin ordusunda daha çox adi qırğın vasi­tə­lə­ri­nin bir növü olan dəqiq silahlardan istifadəyə önəm ve­ril­məsi kon­sep­siyası əsas rol oynayır, əsasən də geniş miqyaslı əmə­liy­yatlar hə­ya­ta keçirmədən uzaq məsafədən idarə olunmaqla hü­cum­lar həyata keçirilir. Adi silahları həm sərbəst, həm də düş­mə­nin canlı qüvvəsini, texnikasını sıradan çıxaran, böyük dağıntılara səbəb olan nüvə silahı ilə bir yerdə işlədirlər. Adi qırğın vasitələri – par­t­la­dıci maddələrdən və yandırıcı silahlardan ayrılan ener­ji­yə əsas­la­nan silahlardan və soyuq silahlardan ibarətdir. Yük­sək­də­qi­­q­li si­lah­lar, qanadlı raketlər, idarə olunan ballistik raketlər, avia­si­ya bom­baları və kassetlər, artilleriya mərmiləri, torpedalar, kəş­fiy­yat – zərbə, zenit və tank əleyhinə raket kompleksləri adi qırğın vasitə­ləridir.

Adi silahlardan insanlar üçün daha təhlükəli olanlar bun­lar­dır:

- yandırıçı silahlar;

- qəlpəli sursatlar (kasetli, kürə formalı);

- həcmli partlayış döyüş sursatları;

- beton dağıdan silahlar;

- fuqas döyüş sursatları;

- kumulyativ döyüş sursatları;

- idarə olunan aviasiya bombaları.

Müasir silahların insanlara birbaşa zədələyici təsirindən baş­qa ikincili faktorlar da vardır. Bu faktorlara:

- radioaktiv təhlükəli obyektlərin zədələnməsi (AES, radio­ak­tiv maddələr saxlanılan yerlər) nəticəsındə radioaktiv zədələn­mə ocağı yaranır;

- kimyəvi zəhərlənmə ocağının əmələ gələməsi;

- kütləvi yanğınlar;

- bəndlərin dağılması nəticəsində subasmalar və s. aiddir.




Şəkil 2.28. Beton dağıdan silahlar

Şəkil 2.29. BM-21 qrad (9-K51)-reaktiv sistemi



Şəkil 2.30. Sprut-SD tank əleyhinə top sistemləri



Şəkil 2.31. B-237 sualtı hərbi gəmisi (qanadlı raketlərin

tətbiqi üçün yararlıdır)

Şəkil 2.32. Kord pulemyotlu T-90-İ.R.



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə