Mm-dən mühazirələrin kanspekti


Ümumi zəhərləyici təsirli ZM



Yüklə 6,07 Mb.
səhifə34/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   122
Mülki müdafiə

Ümumi zəhərləyici təsirli ZM. Sianid turşusu və xlor­si­an tənəffüs üzvlərini zədələyir, orqanizmin toxumalarında oksid­ləş­dirici prosesi dayandırır. Bu qrup ZM ölümcül təsirlidir. Sia­­nid tur­şusu acı badam iyli rəngsiz uçucu mayedir, az kon­se­n­tra­siyası iysizdir, asanlıqla buxarlanır və yalnız buxar halında təsir edir, suda və üzvi həlledicilərdə yaxşı həll olur. Xlor­sian-­rəngsiz qaz­dır, döyüş məqsədilə buxar halında təsir edir. Ərazidə davam­lı­lı­ğı yayda – 15-20 dəqiqə, qışda – 5 saata qədərdir.

Sianid turşusu ilə zədələnmənin xarakterik əlamətləri ağızda metal dadı, boğazın qıcıqlanması, baş hərlənməsi, zəiflik, mədə bu­lanmasıdır. Sonra əzabverici təngənəfəslik başlayır, nəbz yava­şı­yır, huş itir, kəskin qıcolmalar olur. Qıcolmalar azmüddətli olur, son­ra əzələlərin tam zəifləməsi, hissiyyatın itməsi, tempraturun aşa­ğı düşməsi, tənəffüsün dayanması baş verir. Ürək fəaliyyəti tə­nə­f­füs dayandıqdan sonra 3-7 dəqiqə davam edir.

Sianid turşusu ilə zəhərlənmənin kəskin forması ya ləng gedişli, ya da ildırım sürətli olur. İldırım sürətli forma ZM böyük konsentrasiyaları orqanizmə daxil olduqdan sonra 2-5 dəqiqə çə­kir. Ləng forma çox da yüksək konsentrasiya olmayan ərazidə in­ki­şaf edir.

Sianid turşusu ilə zədələnmənin yüngül, orta, ağır dərəcələri ayırd edilir: İlkin tibbi yardımı tez bir müddətə antidotlar va­si­tə­si­lə edirlər. Zədələnmişlərə ilkin yardım etdikdən sonra, dərhal zə­də­lənmə ocağından təxliyə etmək lazımdır. Tibb dəstələrinin şəxsi he­yəti kimyəvi zədə ocağında tənəffüs üzvlərinin mühafizə vasi­tə­lərində olmalıdır.

Sianid turşusu və xlorsian insan orqanizminə tənəffüs üz­v­lə­ri və mədə-bağırsaq yolu ilə daxil olur (yoluxmuş qida və su vasi­tə­silə).


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə