Mm-dən mühazirələrin kanspekti


İnsan orqanizminə təsirinə görə



Yüklə 6,07 Mb.
səhifə30/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   122
Mülki müdafiə

İnsan orqanizminə təsirinə görə ZM aşağıdakı qruplara ayrılır:

- sinir-iflicedici təsirli;

- dərideşici təsirli;

- boğucu təsirli;

- ümumi zəhərləyici təsirli;

- psixokimyəvi təsirli;

- qıcıqlandırıcı təsirli;

- toksinlər.



Sinir-iflicedici təsirli ZM – zarin, zoman və Vx-qazları mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olur. Bu ZM öl­dü­rü­cü təsirlidir. Onlar rəngsiz və ya sarımtıl məhlullar olub, demək olar ki, iysizdir, üzvi həlledicilərdə yaxşı, suda isə pis həll olurlar. Bu qrup ZM müxtəlif laklı-boyalı örtüklərə, rezin , texniki və mə­sa­məli materiallara yaxşı hopur. Sinir-iflicedici ZM insan orqa­niz­minə təsirinə görə müstəsna dərəcədə yüksək toksiki təsirə ma­lik­dir. Onlar insanı zəhərli maddənin orqanizmə daxil olması üsu­lun­dan asılı olmayaraq zədələyir, hətta zədələnməmiş dəri və selikli qi­şalardan belə orqanizmə daxil olurlar.

Zədələnmənin ağırlıq dərəcəsinə görə 3 növü ayırd edilir: yün­gül, orta və ağır dərəcələr; ağırlıq dərəcələri, əsasən, orqa­niz­mə daxil olmuş zəhərli maddənin miqdarından asılıdır. İnsanlarda yün­gül zədələnmə bəbyin kəskin daralması (sancaq başı bö­yük­lü­yündə), göz və alın nahiyələrində ağrılar, tüpürcək ifrazı, tərləmə, sinədə sıxılma, öskürək, mədə bulanması, sinir oyanıqlığı kimi şi­ka­yətlərin əmələ gəlməsi ilə özünü büruzə verir. ZM-in təsiri kə­sildikdən sonra intoksikasiya əlamətləri tez bir müddətə azalır və bir neçə günə itir (2-5 günə). Orta ağırlıqlı zədələnmə zamanı yün­gül dərəcədəki simptomlara güclü ifadə olunmuş bronxospazm da əla­və olunur. Zədələnmiş şəxsin tənəffüsü bronxial astma tutması zamanı müşahidə olunan tənəffüsü xatırladır. ZM-in təsiri kə­sil­dik­dən sonra birinci günün sonuna yaxın ZM-in təsirinin toksiki əlamətləri zəifləməyə başlayır və zədələnmişlər tədricən yax­şılaş­mağa başlayırlar. Lakin 1-2 həftə müddətinə nevrotik xarakterli əl­amətlər müşahidə olunur.

Ağır zədələnmə dərəcəsində mərkəzi sinir sisteminin zə­də­lən­məsi əlamətləri ön plana çıxır. Bu zaman ən təhlükəli əla­mət­lər, qıcolmalar, huşun itirilməsi, tənəffüs mərkəzinin zə­də­lən­mə­si­dir. Fosforlu üzvi birləşmələrlə zədələnmənin ən ağır dərəcəsinin əsas simptomu qıcolmalardır, sonra isə tənəffüs mərkəzinin iflici­dir (paralitik stadiya). ZM havada yüksək konsentrasiyalarında qıcolmalar artıq 2-3 dəqiqə sonra başlayır.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə