Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə28/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   122
Mülki müdafiə

Taktiki təyinatına görə kimyəvi silahlar 2 tipə bölünür:

1. Öldürücü (sinir-iflicedici, dəri-deşici, ümumi zəhərləyici, boğucu təsirli).

2. Ziyanverici (psixotrop maddələr və irritantlar).

Ümumiyyətlə, kimyəvi silahları aşağıdakı məqsədlərlə tət­biq edirlər:

- canlı qüvvənin tam məhv edilməsi və ya müvəqqəti olaraq sıradan çıxarılması (əsasən, sinir-iflicedici ZM);

- canlı qüvvənin müəyyən müddət ərzində mühafizə təd­bir­lə­ri yerinə yetirməsinə görə manevr etməsini çətinləşdirmək, atə­şin sürətini və dəqiqliyini azaltmaq üçün (sinir-iflicedici və dəri-deşici təsirli ZM);

- düşmənin döyüş zamanı uzun müddətə mübarizəsini çə­tin­ləşdirmək və şəxsi heyətin itkisini artırmaq məqsədilə davamlı ZM tətbiq edilir;

- ərazini zəhərləməklə rəqib qüvvələri döyüş pozisiyasını tərk etməyə vadar etmək məqsədilə.



Təsir sürətinə görə kimyəvi silahlar:

1. teztəsirli (sinir-iflicedici, ümumi zəhərləyici, qıcıqlandı­rı­cı və bə­zi psixotrop maddələr);

2. gectəsirli (dəri-deşici, boğucu təsirli və bir neçə növ psixotrop m­addə) təsir edən maddələrə ayrılır.

Təsir sürətinə görə ZM – zədələyici təsiri ölümcül, mü­və­q­qə­ti və qısamüddətli sıradan çıxaran (qıcıqlandırıcı) növləri ayırd olu­nur. Ölümcül təsirli ZM tətbiq olunan zaman canlı qüvvənin ağır itkisinə səbəb olur. Bu qrupa sinir-iflicedici, dərizədələyici, ümu­mi zəhərləyici və boğucu təsirli və botulizm toksini aiddir. Mü­vəqqəti olaraq sıradan çıxaran ZM qrupuna psixokimyəvi tə­si­r­li maddələr və stafilokokk toksini aiddir. Bu qrup şəxsi heyətin dö­yüş qabiliyyətinin bir neçə saatdan bir neçə günə qədər itiril­mə­si­nə səbəb olur. Qısa müddətə sıradan çıxaran ZM-in (qıcıq­lan­dı­rı­cı təsirli) təsiri onunla təmasda olan zaman başlayır və zəhərli at­mosferdən çıxdıqdan sonra bir neçə saat davam edir.



Təsir müddətinə görə kimyəvi silahlar:

1. Uçucu və ya dayanıqsız maddələr (təsiri dəqiqələrlə he­sab­­lanır);

2. Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftə­yə qədər).

ZM-in ərazidə davamlılığı - onun tətbiq edildiyi andan, şəx­si heyətin zədələnmiş sahəni tərk etməsinə qədər və ya orada mü­ha­fizə vasitələrsiz qala biləcəyi müddətdir. Kimyəvi silahların tət­biqi zamanı zədələnmiş ərazi, silahılı qüvvələr, hərbi texnika və di­gər obyektlər insanların zəhərlənmə mənbəyi olur. Belə şəraitdə şəxsi heyət ZM-in davamlılığından asılı olaraq uzun müddət fərdi mühafizə vasitələrində qalmağa məcbur olur, bu da ordunun dö­yüş qabiliyyətini aşağı salır.

Kimyəvi silah binalara, tikililərə və sənaye müəssisələrinin avadanlıqlarına bilavasitə təsir etmir, lakin ondan istifadə müəs­si­sə­lərin istehsal fəaliyyətində özünü büruzə verir.

ZM və zəhərli kimyəvi birləşmələr, insanları və heyvanları zədələyir, ərazini, su mənbələrini, ərzağı və yemi zəhərləyir, bitki örtüyünün, kənd təsərrüfatı bitkilərinin məhvinə səbəb olur.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə