|
Mm-dən mühazirələrin kanspektiQəlpəli, diyircəkli, fuqas döyüş sursatları
|
səhifə | 47/122 | tarix | 26.04.2022 | ölçüsü | 6,07 Mb. | | #86038 | növü | Mühazirə |
| Mülki müdafiəQəlpəli, diyircəkli, fuqas döyüş sursatları. Hazırda bütün dünya ölkələrində adi qəlpəlı-fuqas döyüş sursatının təkmilləşdirilməsi üzrə intensiv işlər aparılır. Bu silahların özəlliyi içərisində külli miqdarda (bir neçə yüzdən bir neçə minə qədər) müxtəlif ağırlıqlı qəlpələrin (diyircək, iynə, ox) olmasıdır. Diyircəkli piyada əleyhinə bombalar tennis topundan futbol topuna qədər böyüklükdə olur və içərisində 300-ə qədər diametri 5-6 mm olan metal, ya da plastik diyircəklər olur. Belə bombanın təsir radiusu kalibrindən asılı olaraq 1,5-15 m ola bilər. Təyyarədən diyircəkli bombalar içərisundə 90-650 bomba olan kassetlərdə atılır. Kasset yer səthində dağılır, ətrafa səpələnən diyircəkli bombalar 25000 m² sahədə partlayır. Belə döyüş sursatı böyük ərazidə insanları məhv edir, zədələyir. Diyircəkli və qəlpəli bombalardan qorunmaq üçün müdafiə qurğularından istifadə etmək lazımdır. İçərisində iynələr olan döyüş sursatı partlayarkən 300 tona qədər polad iynə və ya ox (28 mm) qarmaq şəklində əyilərək insanlara öldürücü təsir göstərir.
Dostları ilə paylaş: |
|
|