Mm-dən mühazirələrin kanspekti


Termit və termit əsaslı yandırıcı maddələr



Yüklə 6,07 Mb.
səhifə46/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   122
Mülki müdafiə

Termit və termit əsaslı yandırıcı maddələr – dəmir oksidi və alüminium oksidinin qarışığından ibarətdir. Bu qarışığa oksid­ləş­dirici və əlaqələndirici (birləşdirici) maddələr əlavə olunur. On­lar yandıqda temperatur 3000°C-yə qədər qalxır. Bu temperaturda metallar əriyir, beton və kərpic çatlayır, dağılır. Bu maddələr yandıqda alov yaranmır, ona görə termitə 40-50% toz şəkilli maq­ne­zium və oksigenlə zəngin başqa birləşmələr qatılır.

Ağ fosfor – ağ yarımşəffaf bərk mumabənzər maddədədir, ha­vada oksigenlə birləşərək öz-özünə alışır. Yanma temperaturu 900-1000°C olur. Yandıqda ağ zəhərləyici tüstü buraxır. Fos­for­dan napalm və pirogel yandırıcı maddələrini alışdırmaq üçün is­ti­fa­də olunur. Plastik fosfor ağ fosfordan və plastik sintetik kauçuk kütləsindən ibarətdir, tətbiq edildikdə şaquli səthlərə yapışır və onları yandırır. Plastik fosfordan bombalar, mərmilər və başqa yan­dırıcı döyüş sursatları hazırlanır.

Müasir yandırıcı silahlara:

- napalm bombalar;

- aviasiya yandırıcı bombaları;

- aviasiya yandırıcı kassetləri;

- aviasiya kasset quğuları;

- artilleriya yandırıcı döyüş sursatı;

- odsaçanlar;

- reaktiv yandırıcı qumbaraatanlar;

- yandırıcı fuqas daxildir.

Kiçik kalibrli aviasiya yandırıcı bombaları kasset şəklində istifadə olunur və bunlar birdəfəlik istifadə üçün nəzərdə tutulur. Adətən, onlar termitlə doldurulur və çəkisi kiçik olduğu üçün ayrı-ay­rı yanma ocaqları əmələ gətirir. Aviasiya yandırıcı kassetləri da­ha böyük yanğınlar törətmək üçün istifadə olunur. Bu kassetlərdə 50-dən 600-800-dək kiçik kalibrli yandırıcı bombalar yerləşdirilir və bunların tətbiqi zamanı çox geniş ərazilər zədələnir. Aviasiya kas­set qurğuları eyni məqsədlə istifadə olunur və aviasiya bom­ba­la­rından fərqli olaraq təkrar istifadə oluna bilir.

Artilleriya yandırıcı döyüş sursatı termit, napalm, fosfor tər­kiblidir, partladıqda ətrafa yayılan bu yandırıcı maddələr 30-60 m² sahədə yangınlar törədir. Termit seqmentlərinin yanma müddəti 15-30 saniyədir.

Odsaçan silahlar piyada döyüş dəstələri üçün effektiv yan­dı­rı­cı silahdır. Bu zaman yandırıci maddələr qarışığı yüksək təzyiqlə ətrafa alov saçır.

Yandırıcı silahların termiki təsiri nəticəsində insanlarda ya­nıq­lar əmələ gəlir. Yanğınlar zamanı əmələ gələn qaynar hava, tüs­tü, karbon qazı və başqa yanma məhsulları insanlar üçün təh­lü­kə­lidir. Yandırıcı silahlardan qorunmaq üçün ən etibarlı vasitə sı­ğı­nacaqdır. Yandırıci maddələr fərdi mühafizə vasitələrinin və geyimin üzərinə düşərsə dərhal onları atmaq, çox kiçik yandırıcı maddə dəri və ya paltar üzərinə düşdükdə dərhal paltarın biləyi, ətə­yi, torpaq, qum və s. ilə söndürmək olar. Qaçmaq olmaz, bu za­man alov daha da güclənə bilər. İnsanın üzərinə böyük miqdarda ya­ndırıcı maddə düşdükdə onun üzərinə gödəkçə, örtük və s. at­maq lazımdır. Yaxında su mənbəyi olarsa paltarı soyunmadan su­ya girmək lazimdir. Napalmı söndürmək üçün yanğınsöndürən ba­lon­dan istifadə etmək olmaz.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə