Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə54/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   122
Mülki müdafiə

İndikatorlar – radiasiya kəşfiyyatı üçün ən sadə cihazdır. Bu cihazlar vasitəsilə şüalanmaları aşkar etmək, beta və qamma şüa­lanma dozalarının gücünü təxmini qiymətləndirmək mümkün­dür. Cihazlar işıq və ya səs siqnalı verən sadə elektrik sxeminə ma­likdir. İndikatorlar vasitəsilə doza gücünün artdığını və ya azal­dığını təyin etmək olur. Belə cihazlarda verici olaraq qazboşal- ma say­ğacı tətbiq edilir. Cihazların bu qrupuna DP-63, DP-63A, DP-64 indikatorları aid edilir.

Rentgenmetrlər – rentgen şüalarının və ya qamma şüa­lan­ma dozalarının gücünü ölçmək üçündür.Belə cihazların ölçmə dia­pa­zonu rentgenin yüzdə bir qismindən bir neçə yüz rentgen saata (R/saat) qədərdir.Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qazboşalma sayğacları tətbiq edilir. DP-3B, DP-3B, rentgen­metr­ləri, «Kaktus» tipli rentgenmetr, İMD-1, İMD-21, DP- 5A, B, V və s. belə cihazlardır.

Radiometrlərmüxtəlif səthlərin, avadanlığın, texnikanın, paltarların, havanın, əsasən alfa və betta hissəciklərlə radioaktiv zəhərlənməni aşkar etmək və bu zəhərlənmənin dərəcəsini təyin etmək üçündür. Radiometr vasitəsilə az səviyyəli şüalanmanı ölç­mək mümkündür.

Bu cihazlar daha çox yayılmış və geniş tətbiq olunur. Uni­ver­sal bazalı QBR – 3 cihazı, SRP – 68-01, KRK, KRBP cihazı, «Luç-A» beta-qamma radiometri, «Tiss» radiometri DP-100M, DP-100ADM radiometrik qurğuları və s. belə cihazlardır.

Rentgenmetr-radiometr DP-5A, B, V qamma şüalanma sə­viy­yələrini, habelə ərazinin və müxtəlif əşyaların qamma şüa­lan­ma nəticəsində məruz qaldığı radioaktiv zəhərlənməni ölçmək üçün istifadə olunur. Bu cihazların modifikasiyalarının təyinatı və qu­ruluşu eynidir, bunların fərqi, əsasən, quruluşunda və qismən də elektrik sxemindədir.

Dozimetrlər – zəhərlənmiş rayonda fəaliyyət göstərən bü­tün müddət ərzində şəxsi heyətin aldığı ümumi şüalanma do­za­la­rını (əsasən, qamma şüalanma dozalarını) təyin etmək üçündür.

Fərdi dozimetrlər kiçik ölçülü ionlaşma kamerasından və plyon­kalı fotokasetdən ibarətdir. Kameralar komplektindən və dol­­durma-ölçmə tərtibatından ibarət cihaz dəstinə - fərdi do­zi­met­rik nəzarət komplekti deyilir.DK-02, DP-22V, DP-24, İD-1, İD-11 və s. cihazlar fərdi dozimetrlər komplektləridir. Vericilərin tipinə görə cihazları: ionlaşma kameraları, silindr formalı və kəllə qazboşalma sayğacları, ssintilyasiya sayğacları və fotomü­qa­vi­mət­li sayğaclar tətbiq olunan cihaz növlərinə ayırmaq olar.

Ölçülən şüalanmanın növünə görə, cihazları – şüalanma öl­çən və ya hissəcikləri ölçən cihazlara ayırmaq mümkündür. Ciha­zın sxemində çevrin siqnalların xarakterinə görə, dozimetrik qur­ğular iki qrupa ayrılır.

Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edi­lən şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qı­sa, ardıcıl elektrik siqnallarına çevrilir. Bu qrup cihazların elek­trik sxemi çevirici və impuls gücləndirici rolunu oynayır.

İkinci qrupa dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevirir. Be­lə halda cihazın sxemi sabit cərəyan gücləndirici və çevirici ro­lu­nu oynayır. Müasir dozimetrik cihazların, demək olar ki, hamısı ionlaş­dır­ma metodu əsasında işləyir. Cihazların əsas qovşaqları ve­ri­ci­lə­rin əsas tərtib hissəsi olmaqla, detektorlar, yəni ionlaşma ka­­me­ra­la­rı, qazboşalma sayğacları və ya ssintillyator ölçmə və ya qey­d­et­mə cihazlarından ibarətdir.



a b

Şəkil 2.38. İndikatorlar:



a – diaqra tipli rəqəmsal CİT 350; b – çoxkanallı rəqəmsal CIT 650




a b

Şəkil 2.39. Radiometrlər:

a) solar light; b) X-Cite


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə