Mm-dən mühazirələrin kanspekti


Mühazirə 8 Fövqəladə hadisə ərazilərində kəşfiyyatın təşkili



Yüklə 6,07 Mb.
səhifə57/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   122
Mülki müdafiə

Mühazirə 8 Fövqəladə hadisə ərazilərində kəşfiyyatın təşkili

Kəşfiyyat MM quvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir.

Fövqəladə hadisənin baş verdiyi ərazidəki vəziyyəti düzgün qiymətləndirmək yaranmış problemlərin həlli deməkdir. Fövqə­la­də hadisənin düzgün qiymətləndirilməsi üçün kəşfiyyatı düzgün təş­kil etmək bütün mülki müdafiə rəhbərlərinin, qərargahların və komandirlərin vacib vəzifəsidir. Kəşfiyyatın konkret məqsədlərini, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini, bu­nun üçün istifadə ediləcək qüvvələri mülki müdafiə rəhbəri mü­əy­yənləşdirir.

Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün mülki müdafiə qərar­ga­hının rəisi tam məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazır­la­yır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir. Fəlakət rayonlarında və ya zə­­dələnmə ocaqlarında vəziyyət barədəki bu məlumatlar dərhal MM rəhbərlərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin ta­be­likdəki qərargahlara, dəstə komandirlərinə çatdırılır.

MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə:

- ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bit­ki­çi­lik məhsullarının radiaktiv, kimyəvi, bakterial maddələrlə çirk­lən­məsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;

- yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epi­zo­tik vəziyyətə müntəzəm nəzarət etmək;

- güclu istehsalat qəzası və ya təbii fəlakət baş vermiş ra­yon­larda yaranan vəziyyətləri aşkar etməkdir.

Müharibə dövründə düşmən basqınından sonra isə kəş­fiy­ya­tın vəzifələri aşağıdakı məlumatları əldə etməkdir:

− işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya en­di­ril­diyi, nüvə partlayışının gücü və koordinatları;

− radiasiyanın səviyyəsi, zəhərləyici maddənin konsen­trasi­ya­sı, zəhərli hava buludunun yayılma istiqaməti;

− zədələnmə ocağının hüdudları;

− xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şə­rai­tinin necə dəyişdiyi;

− mühafizə qurğularının, oradakı adamların vəziyyəti, on­la­ra yardım göstərmənin yolları;

− kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların və­zi­y­yəti;

− yanğın yerləri, onların yayılma istiqaməti;

− hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli su­basma və daşqın zonaları yaranıb-yaranmadığı və s.

Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparıl­ma­lı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəş­fiyyat qrupları, manqaları, müşahidə postları, nəzarət labo­ra­to­riyaları və s.) əvvəlcədən komplektləşdirib işə hazırlamaq, on­la­rın fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəş­fiy­yatın müxtəlif novlərindən, üsullarından, qüvvə və vasitələrdən is­ti­fadə etmək lazımdır.

Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yer­üs­tü kəşfiyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə