8. Adi qırğın vasitələri və onlardan mühafizə
“Adi qırğın vasitələri”, “adi silahlar” termini daha böyük zədələyici döyüş xüsusiyyətlərinə malik olan nüvə silahının kəşf edilməsindən sonra istifadə edilməyə başlandı. Lakin hazırda elm və texnikanın son nailiyyətlərindən yararlanaraq hazırlanan adi silahlar öz effektivliyinə görə kütləvi qırğın vasitələrinə çox yaxındır. Yeni fiziki prinsiplər əsasında silahların hazırlanması üzrə intensiv işlər görülür və son illərin hərbi əməliyyatlarından aydın olur ki, qərb ölkələrinin ordusunda daha çox adi qırğın vasitələrinin bir növü olan dəqiq silahlardan istifadəyə önəm verilməsi konsepsiyası əsas rol oynayır, əsasən də geniş miqyaslı əməliyyatlar həyata keçirmədən uzaq məsafədən idarə olunmaqla hücumlar həyata keçirilir. Adi silahları həm sərbəst, həm də düşmənin canlı qüvvəsini, texnikasını sıradan çıxaran, böyük dağıntılara səbəb olan nüvə silahı ilə bir yerdə işlədirlər. Adi qırğın vasitələri – partladıci maddələrdən və yandırıcı silahlardan ayrılan enerjiyə əsaslanan silahlardan və soyuq silahlardan ibarətdir. Yüksəkdəqiqli silahlar, qanadlı raketlər, idarə olunan ballistik raketlər, aviasiya bombaları və kassetlər, artilleriya mərmiləri, torpedalar, kəşfiyyat – zərbə, zenit və tank əleyhinə raket kompleksləri adi qırğın vasitələridir.
Adi silahlardan insanlar üçün daha təhlükəli olanlar bunlardır:
- yandırıçı silahlar;
- qəlpəli sursatlar (kasetli, kürə formalı);
- həcmli partlayış döyüş sursatları;
- beton dağıdan silahlar;
- fuqas döyüş sursatları;
- kumulyativ döyüş sursatları;
- idarə olunan aviasiya bombaları.
Müasir silahların insanlara birbaşa zədələyici təsirindən başqa ikincili faktorlar da vardır. Bu faktorlara:
- radioaktiv təhlükəli obyektlərin zədələnməsi (AES, radioaktiv maddələr saxlanılan yerlər) nəticəsındə radioaktiv zədələnmə ocağı yaranır;
- kimyəvi zəhərlənmə ocağının əmələ gələməsi;
- kütləvi yanğınlar;
- bəndlərin dağılması nəticəsində subasmalar və s. aiddir.
Şəkil 2.28. Beton dağıdan silahlar
Şəkil 2.29. BM-21 qrad (9-K51)-reaktiv sistemi
Şəkil 2.30. Sprut-SD tank əleyhinə top sistemləri
Şəkil 2.31. B-237 sualtı hərbi gəmisi (qanadlı raketlərin
tətbiqi üçün yararlıdır)
Şəkil 2.32. Kord pulemyotlu T-90-İ.R.
Dostları ilə paylaş: |