|
![](/i/favi32.png) Mm-dən mühazirələrin kanspekti
|
səhifə | 48/122 | tarix | 26.04.2022 | ölçüsü | 6,07 Mb. | | #86038 | növü | Mühazirə |
| Mülki müdafiəFuqas döyüş sursatı – zərbə dalğası və qəlpələrlə bütün yerüstü obyektləri (sənaye, administrativ binalar, dəmir yol xətləri və s.) dağıdır. Bombanın çəkisi 50-200 kq ola bilər.Füqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla qıf şəkilli çuxur əmələ gətirir.
Həcmli döyüş sursatı – zərbə dalğası və yanğın vasitəsilə insanları, texnikanı və obyektləri məhv etmək üçün istifadə olunur. Kasset şəklində olan həcmli bombalar ilk dəfə 1969-cu ildə amerikanlar tərəfindən Vyetnamda istifadə edilib. Bu döyüş sursatında xüsusi qaz-hava qarışığından istifadə olunur. Bu silah atılarkən qaz-hava qarışığı ətrafa çilənir və diametri 15 m, hündürlüyü 2,5 m olan aerozol buludu əmələ gətirir. Partlayış zamanı 2000- 3000 kPa izafi təzyiq yaranır. Bu izafi təzyiq insanları məhv edir, binaları və çox möhkəm mühafizə qurğularını dağıdır. Bu silahların əsas zədələyici amilləri zərbə dalğası, isti və toksik təsirdir. Binalar, qurğular və digər obyektlər zərbə dalğasının və qaz- hava qarışığının binalara, hava borusu və kommunikasiya kanallarına daxil olub təkrar detonasiyaya uğrayır. Qapalı yerlərdə olan partlayış daha böyük dağıntılara səbəb olur. Mühafizə qurğuları insanları bu silahların zədələyici təsirindən qoruyur.
Dostları ilə paylaş: |
|
|