129
ətir saçan və müqəddəs Xilaskarın:” Məgər şam qabın altına qoymaq
üçün gətirilir”
1
sözlərinə uyğun olaraq gizli xəzinə üzə çıxdı. Öz sadiq
bəndələrinə Allah çırağı aşkar etdi və həsrət çəkən ürəklərə sönməz
ziyanın nurunu verdi. Bu cəhətlərin əldə edilməsinə Allah bu
Albaniya ölkəsinə öz mərhəmətini iqrar etdi, mənzərəli Karset çölünə
isə ətirlik gətirdi.
Bütün dindar qardaşlığı Allaha şükür edib, müqəddəsləri
təriflədi və orada onların hamısı cəsədlərin zərrəciyindən götürüb
qiymətli qutulara qoydular. Cəsədlərin böyük hissəsini keşiş Danil
götürdü və bu qiymətli hədiyyələrlə katolikos Abbasın yanına gəldi.
Abbas hədiyyələrə görə həddindən artıq sevindi, müqəddəs
cəsədlərin gəlməsi münasibətilə bayram keçirdi və cəsədləri xüsusi
və pak sandıqçaya yerləşdirdi.
Bu son sözləri qələmə alan mən, Adrian, dua edirəm ki,
mənim oxucularım məni ən ləyaqətsizi yad etsinlər və yaddan
çıxarmasınlar ki,dünyaya ziyanın şüaları katolikos Abbasın
günlərində saçılıb. Elə bu səbəblərə görə də qoy Allah öz ulu
mərhəmətində onlara yol göstərən Vehiki də yad eləsin. Bizləri yad
edən sizlərə isə qoy İsa müqəddəs şəhidlər naminə mükafatını indi və
əbədiyyətdə versin. Amin !
5
ÜÇÜNCÜ FƏSİL
1
İncil.Markdan, IV, 21;Matfeydən, V, 15.
130
Erməni katolikosu İovannesin
6
dinin
möhkəmlənməsi haqqında Albaniya katolikosu Abbasa
məktubu
“Mənim xeyirxah, ədalətli, Allahsevər və sevimli qardaş və
peşə yoldaşlarıma – Albaniya katolikosu cənab Abbasa, bahalat
yepiskopu Moiseye, Qələbə yepiskopu Qriqora, Amaras yepiskopu
Hromrika, Balasakan(Beyləqan) yepiskopu Trimoteye, Şəki
yepiskopu Ambakuma, Girdiman yepiskopu Yovhankaya Böyük
Konqmank yepiskopu Qevonda – ermənilər katolikosu İovannes,
Taron yepiskopu Abraham, çar iqamətgahının yepiskopu Qriqor,
Tayk yepiskopu Stepannos, Orxorunik yepiskopu Maştos, Vənənd
yepiskopu Givt, Assuriya yepiskopu Abdişo, Amatunilərin
yepiskopu Rap, Rştunilərin yepiskopu Kristofor, Mokk yepiskopu
Sekundos və bütün qalan erməni yepiskoplarından salam və
ehtiram!”
Bizə dərdli xəbərlər çatıb ki, qoyun dərisi bəzi yırtıcı
canavarlar murdar Pyoturun vəngindən çıxıb sizin ölkənizə gəliblər.
Hərçənd onlar özlərini “kasıbsevərlər” adlandırıdılar, həqiqətən isə
belədir ki, onlar İsaya nifrət Üç Uqnumu isə rədd edirlər. Onlar
lənətə gəlmiş Nestorun
7
və Xakkedon qurultayının
8
şeytan zir-
zibilini günahsız və pak canlara maneəsiz yeridi, onlatrın üzünü pak
dindən döndərib əbədi ölümə məhkum və yenidən dirilmə
ümidindən məhrum edirlər. Bəndələrinə və canlılarına sağlmaz bəla
gətirən zərə haqqında eşidib, biz qərara gəldik ki, qəti inadla
131
köməyinizə gələk və məktubda müqəddəs havarinin bu sözlərini
yadınıza salaq:” Özünüzə və müqəddəs Ruha sizi nəzarətçi qoyduğu
sürüyə qulaq asan”
1
, O, sizi həm də müəlli qoyurdu və biz sizin
yadınıza xaçpərəst dinində möhkəm olmağı da salırıq ki, bu
möhkəmliyi bizim atalarımıza müqəddəs Qriqorinin və üçqat xeyir-
dualı qurultayların:Nikeyada, 318 yepiskopun iştirakıyla
9
,
Konstantinopolda, 150-nin iştirakıykla
10
və Efesdə, 200 iştirakı
11
(
cəmi 668 yepiskop iştirak edirdi)
12
vasitəsilə müqəddəs kitabdan –
Əhdi Ətiq və Əhdi Cədiddən alıblar və və biz bunların hamısından
razı qalıb, onlardan bütün Xristos kilsələrinin inamı olan xaçpərəst
dinini irsən almışıq.
Biz tək bir Allaha, Qadir Ataya, Bütün varlığın xaliqinə, bir
hakimə, Allah oğluna, Atadan doğulana, həqiqi Allahdan həqiqi
Allaha, İsaya etiqad edirik. Biz Atadan törənən, Ata, Oğul və
Müqəddəs Üç Uqnumla bir yerdə hörmət və tərif edilən, xilqətdə və
bir kamil varlıqda birləşən, şərəflə və qüvvətlə bütün məxluqatın
qayğısına qalan Müqəddəs Ruha inanırıq. Və ən nəhayət, Allahın
əbədi Kəlamı Tanrı olub, kamil və dəyişməyən, sözlə təsvir edilə
bilməyən Müqəddəs Bakirənin doğduğu, öz varlığından ayrılmayan
və cismən çürüməyən və həmişə Mən Varam qalan İnsana döndü və
həmən dəyişməz Allah onda qismən yox, bütövlükdə, ikili yox,
intəhasız birliklə təcəssüm edilir. Təcəssüm olunan Ata yox, Oğul
oldu, bütöv cisim olan Müqəddəs Ruh yox, Atadan Vahid doğulan
1
İncil.Müqəddəs havarilərin əməlləri, XX, 28.
132
olub və bu Atanın iradəsi və Müqəddəs Ruhun qüvvəsilə olubsa da,
yalnız Allah kəlamının vasitəsilə olub. Müqəddəs milad məhz belə
anlaşılır. Nəhayətsizliyin özü bələkbağıya sarınmışdı ki, böz
dəyanətə sarınaq; O, yem qutusuna qoyulmuşdu ki, biz öz
heyvanlığımızdan qorxmayaq; O, məlaikələr tərəfindən təriflənmişdi
ki, biz onlarla birlikdə tərənnüm edək;O, cadugərlər tərəfindən
mükafatlanmışdır ki, biz də İnamı bar verməyə məcbur edə bilək; O,
südlə yetişdirilib ki, biz günahlardan azad ola bilək; O, cismən kamil
böyümüş ki, biz də İsanın kamilliyinə çata bilək; O, könüllü olaraq
bütün iztirablara tab gətirmiş ki, biz günahların əzabından qurtara
bilək; O, çarmıxa çəkilmiş ki, biz həyat bəhrəsinə layiq ola bilək; O,
öldü ki, onun ölümü ilə bərabər Ölüm də ölə bilsin;O, məzara
qoyuldu ki, Cəhənnəmin qıfıllarını parça – parça edə bilsin; O,
üçüncü gündə dirildi ki, bizi həyata apara bilsin; O, səmalara ucalıb
Atanın sağ tərəfində oturdu ki, biz də sağ tərəfdə oturmağa layiq ola
bilək;
O, diriləri və ölüləri mühakimə etmək üçün yenidən
qayıdacaq və onun hakimiyyətinin sonu yoxdur.
Buna görə də biz inanır, səcdə edir və tərifləyərək deyirik:”
Müqəddəs Allah, müqəddəs və ən qüvvətli, müqəddəs və ölməz,
günahlarımıza görə çarmıxa çəkilmış- bizə rəhmin gəlsin!” Kim ki,
buna inanmırdı, müqəddəslər tərəfindən lənətlənmişlər, necə ki, biz,
İsada iki təbiət və iki sima var, Müqəddəs Bakirə Allahı yox, bizə
bənzəyən bir insanı doğub həyasızcasına israr edənləri, qədim və
Dostları ilə paylaş: |