Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə72/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   68   69   70   71   72   73   74   75   ...   85

300

və Vaçe onun cədləri idilər;

14

 Köçüb Qəbələdə və Koqtda məskun



olan Atropatena knyazlarından Bab-e Hrateyan, İran Mədainindən

Kambeçana köçən Yaqubilər məzhəbinə mənsub olan Vahan –e

Varaz – Yohaneyan; İranın İstəhr vilayətindən Uti vilayətinin

Kalankatuk kəndinə köçən Rustam –e Varazköyan; Dəyləmdə

yaşayan, sonra oranı tərk edib Albaniyada çarın bəxş etdiyi

torpaqlarda yaşayan Dəyləm hakiminin oğulları Zərmehr –e Varaz-

Kürdəkeyan və Məhəmməd –e Şiruyan.

Bütün bu adamlar əmirəlmöminin Əbdülməlikin divanına

verilən siyahıda yazılmışdır və  əgər onlardan kimsə  İsanın iki

təbiətinə ibadət edərlərsə. Onlar əsir alınıb qılıncdan keçiriləcəklər.

Beləliklə, Albaniyanın bütün kilsələrində  əmin – amanlıq

yarandı.


DOQQUZUNCU FƏSİL

Nersesi devirəndən sonra Albaniya katolikosu

Simeonun təsbit edilmiş qanunları

 “Bu qanunlar

15

 Albaniya katolikosu Simeon katolikosluq



kürsüsünə oturandan sonra kilsə qanunlarını pozan Nersesin ittihamı

üçün çağırılmış kilsə qurultayında təsdiq edilmişlər, bu da həqiqi din

yoluna qayıtmaq zərurətindən doğmuşdu.

Xilaskar, insansevər və qüdrətli Allahın Öz mərhəməti və




301

böyük məhəbbəti sayəsində bizə rəhmi gəlib bizi dindarlarımız və

müqəddəs və havari köklü Alban kilsəsinə nəzarətçi və rəhbər təyin

etdi. Bu ilahi və böyük şərəf bizim yaxşılıq etməyimizə və ya

ləyaqətimizə görə yox, yalnız Onun böyük mərhəməti sayəsində bizə

nəsib oldu. O, belə buyurdu və belə Öz mərhəmətini göstərdi. İsa

adından müqəddəs Havari dediyi kimi, “ Beləliklə, özünüzə və

üzərinizə sizi Müqəddəs Ruh nəzarətçi qoyduğu bütün dindarlar

sürüsünə diqqət edin və Öz qanı bahasına Öz əllərinə aldığı Allahın

kilsəsini otarın”.

1

 Bundan başqa Allah – təala Musaya keşişlər



barəsində Öz vəsiyyətini buyuranda dedi: “ Səni bütün Mənim

xalqımın üzərinə başçı və nəzarətçi təyin edəcəyəm və sən Mənim

sözümə qulaq asıb Mənim adımdan onları inandıracaqsan”. Həmin

qayda ilə Allah – təala bizə başqa havarilərin vasitəsilə xəbərdarlıq

edir: “ Mən qanunpozana “Ölümlə öləcəksən!” deyəndə, sən isə

qanunpozanı, - yaşasın – deyə, onu onu qanunpozan yolundan

çəkindirmək üçün inandırmazsansa, i vaxr həmin qanunpozan öz

qanun pozmağında öləcək və Mən də onun qanını sənin əlindən tələb

edəcəyəöm”.

2

Allahdan bu cür qorxunc və vəlvələyə salan vəsiyyət



almışıq. Bu vəsiyyətlə: “ Günahları bağışlamaq və insanları günah

buxovundan azad etmək üçün Mən sizə ixtiyar verdim”. Bu ixtiyarı,

namusu və havari kürsüsünü biz özü – özlüyümüzdə və güclə  əldə

etməmişi, Bunu Xaliq və hər şeyi Xəlq edən Allah buyurub bizi təyin

etdi ki, Onun iradasilə bu yerdə onun sürüsünü otaraq.

1

 İncil. Havarilərin əməlləri, XX, 28.



2

 İncil. İyezekiilin kitabı, III, 17-18.




302

 Buna görə, ey mənim sevimli və nəcib qardaşlarım, İsanın

seçkin şagirdləri və onun vəsiyyətlərinin asi qulları bizim üçün şox

vacib və lazımdır ki, bir Allaha Onun istədiyi ləzzətli meyvələri

gətirək və havarilərə, yəni İsaya isnad edərək yaradaq, qızıl, gümüş

və qiymətli qaş – daş, yəni hər cür yaxşılıq və xoş niyyətli işlər görək

ki, Onun, Xilaskarımızın hüzuruna gəldiyimiz vaxt solmayan şöhrət

çələnginə layiq olaq.

Beləliklə, Müqəddəs Ruhun bərəkəti və onun vəsiyyətləri ilə

özümüzə yaxşılıq seçək və yamanlayan şəri rədd edən və

peyğəmbərlər, havarilər və müəllimlər vasitəsilə bizə  əmr edən

Allahın mərhəmətilə biz ən əvvəl Allahı sevib Onun vəsiyyətlərinə

əməl etməliyik.

Biz mömin və müqəddəs atalarımızdan aldığımıza  möhkəm

və sarsılmaz olub bel bağlamalıyıq. Biz həmçinin müqəddəs kilsənin

nizamlarına riayət etməli, pak keşiş və xadimlərin köməyilə kilsəni

tərənnüm etməli, bir – birimizi, necə ki, özümüz – özümüzü sevməli

və qanunlar əsasında dinc mənəvi həyat sürməliyik və nalayiq və

hərbi adamlara kilsə hakimiyyətini ələ keçirmələrinə icazə

verməməliyik.

Heç kəsin ixtiyarı yoxdur ki, kilsə üzərində hakimiyyəti bic

və ya ziyankara, qatil və ya oğruya, yalançı və ya yalançı  şahidə,

əziyyət verənə və ya xəsisə,soyğunçuya və daha pis hərbçi atlılara və

ya zalıma versin və belə adamlaran heç kəs nə çörək, nə də pay

verməlidir. Çünki ilahi qanunlara əsasən xalqın öz günahlarından



303

xilas olmaq naminə Allah evinə gətirdiyi malı yalnız keşişlər

xərcləyə bilərlər. Hər nə gətirilsə keşişlərindir, çünki onlar gecə -

gündüz Allaha ibadət edib Ondan əmin – amanlığı, yer üzündə sülhü,

günahların bağışlanmasını və canların və bədənlərin gümrahlığını

istəyirlər. Nalayiq adamlar və hərbiçilər heç vaxt kilsə üzərində

hakim ola bilməzlər, əks təqdirdə Allahın qəzəbi həm ölkəni , həm də

sizin özünüzü tutar. Çünki Şərəfin Rəbib Musaya sovqat qablarını

tapşıranda demişdi: “ Pak və təmiz keşişlərin Levinin nəslindən seç,

lakin İsrailin başqa qəbiləsindən nə hərbçi, nə layiqsiz cinayətkarı, nə

də ləkələnmiş adamı götürmə. Necə ki, Qanunlar tələb edir: “Qoy

layiq olmayan Mənim səcdəgahımın önündə durub gətirilən payı

yeməyə cəsarət etməsin”.

1

 Həyasız  keşişlər  mirasdan  kənar



edilməlidir. Qara camaatdan heç kəs nə kilsə mərasiminə, nə dini

ayinlərə, nə də ki, keşişlərin olduğu yerə yaxınlaşa bilməz. Əgər

birisi bunlara yaxınlaşmağa cəsarət edərsə onda o, Korey, Dafan və

Aviron kimi aralanmış yerin uçurumundan qərq olar.

2

 Və ya rütubətli



Allah xidmətinə çatmadıqları halda bunu etməyə cəsarət edən Oza

3

və çoxlu başqaları kimi cəzalandırılacaqlar. Axı  sovqat  qabları  və



keşişlər yeni və müqəddəs kilsənin xadimləri üçün nümunədir və

nalayiq adamlar və ya hərbçilər bunlara yaxın gələ bilməzlər. Bu

əmri Xilasedicinin əmrilə müqəddəs havarilər daha da

möhkəmləndirdilər: “ Müqəddəs Ruha və bizə belə qərara gəlmək

1

Bax: İncil. Xuruc, XXIX, 33; Əqram, I, 52; III, 5-10 və s.



2

 Bax: İncil. Əqram, XVI.

3

 Yenə orada. İkinci Çarlıq kitabı, VI, 3-8.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə