282
çünki onların bütün əməlləri saxtadır və buna görə də onlardan heç
nə - nə kitab, nə ikona nə də ki, qaxımış cəsəd qəbul edilməlidir.
Bu halda Teodoros da öz tərəfindən Ərzurumda,o tərəfdə olan
erməni yepiskoplarını yığıb onlara dedi: “ Biz gərək özümüzə
katolikos seçək!” Onlar da İohan adlı birisini dəvət edib, onu
katolikos seçib, Xalkedon qərarlarına tabe oldular.
238
Xoşbəxt
Enosdan baçqa heç kəs qriqoryanlığa inam gətirmədi. Enos onlardan
ayrılıb katolikos Movsesin yanına gəlir və sevinclə qarşılanır.
Movsesin katolikos kürsüsü isə Dəbil şəhərində idi. Bizans
erməniləri isə İohanın katolikosluq kürsüsünü də Dəbilin
yaxınlığında Avanda yerləşdirdilər. Hər iki katolikosluq arasında
daim münaqişələr baş verirdi, çünki Movses İohanın təyinatlarını
tanımaq istəmirdi, İohan da Movsesin.
Bu əhvalatdan sonra İesu adlı keşiş və onunla birlikdə
Movsesin tərəfdarları olan Faddey və Qriqor Dəbildən çıxıb getdilər
və Sotk vilayətinə gəlib bir sovməəyə girib tərki – dünya oldular.
Burada onlar vaizliyə başladılar: “ Kilsələrdə olan ikonaları sındıran
və dünyəvi işlərlə məşğul olan keşişlərlə təmasda olmayın”, -
deyirdilər.
Bu vilayətdə toqquşmalar başlandı və bu haqda xəbərlər
Movsesə çatdı. O da onlara yazdı ki, ikisi də dərhal qayıtsın.Lakin
onlar bu əmrə tabe olmayıb qaldıqları yeri tərk edib sizin tərəfə
getdilər və indi qaldıqları yer Arsax vilayəti oldu.
Movses agah adamlardan bu iki nəfərin işlərindən soruşdu,
283
onlar da cavab verdilər ki, bunun səbəbi bizanslıların
yanılmalarındadır. Bundan sonra onlar bir məktub yazdılar və tələb
etdilər ki, kilsələrdə olan ikonaları heç kəs xarab etməsin.
239
Katolikos Movsesin ölümündən, Xosrov şahın Erməniyyənin
yenidən fəthindən və ölkənin birləşməsindən sonra onlar katolikos
kürsüsündə doğruçu və layiq adamı, Abrahamı oturtdular. O, bundan
əvvəl Xalkedon qurultayını lənətləndirdi və yalnız bundan sonra
katolikos seçildi. Lakin ikonalara sitayiş etməyə zidd olanlar
Albaniyada qalaraq sizin ölkənizə fitnə saldılar. Belə vəziyyətdə
Girdıman sahibi məktubda adı çəkilən bu üç nəfəri tutdurub
zəncirlədi və əmr etdi ki, onları Erməniyyəyə qaytarsınlar. Onları
mənim qabağıma gətirəndə biz soruşduq: “ Hansı səbəbə görə siz əsl
Allahı saymırsınız?” Onlar cavab verdilər: “ O səbəbə görə ki, bu
haqda ehkamlarda heç bir şey deyilməyib, bu isə cürbəcür
törədilmişlərə ibadət edən bütpərəstlərə aid olan məsələlərdir. Biz
ikonalara ona görə ibadət etmirik ki, Müqəddəs Kitabda onlardan
söhbət getmir”.
Onda biz Musanın məbədinə olan divar naxışları və
Süleymanın kilsəsində olan heykəlləri onların yadına saldıq və dedik
ki, biz də öz kilsələrimizi onlar kimi bəzəyirik.
Bütün bunları və çoxlu başqa şeyləri onlara dedikdən sonra
biz onların səhvlərini düzəltdik.
QIRX SƏKKİZİNCİ FƏSİL
284
Qüds şəhərində tikilmiş kilsələrin və sayı barəsində
sən burada həqiqi məlumat taparsan
Qayanın içində yonulmuş bir yarım qucaq ölçüdə bizim
Xilaskarımız İsanın
1
tabutu həyatverici qəbrin üstündəki
günbəzlərdən ortadakının mərkəzindən bir qədər yanadır.
Hündürlüyü yüz dirsək və eni yüz dirsək olan kilsə sütunlar üstə olan
günbəzlə örtülür. Cəmisi on iki sütun yuxarıda və on iki sütun
aşağıdadır. Yuxarı təbəqədə İsanın nizəsi, süngəri və qızılla işlənmiş
camı yerləşir. “ Xaçın əldə edilməsi” sovməəsi adlanan əsas kilsə
“Dirilmə” kilsəsindən iyirmi dirsəklik məsafədə yerləşir və onun
yuxarısında və aşağısında altmış beş sütunu vardır.
Adəm məqbərəsi adlanan müqəddəs Cülcül kilsəsi Dirilmə
kilsəsindən on addımlıqdadır. Onun üstündəki səcdəgahdır ki, o da
üzərində İsanın çarmıxa çəkildiyi qayadır.
Müqəddəs Sihyon kilsəsi Dirilmə kilsəsindən iki yüz dirsək
məsafədədir. Onun uzunluğu yüz dirsək və enliyi yetmiş dirsəkdir.
Üstü səksən sütunlu tağla örtülüb. Onun üst təbəqəsi yoxdur və o
tirlərlə örtülüb. Tavanından həyarverənin ( İsanın) başına qoyulan
tikanlı çələng asılıb. Sağ tərəfdən kilsənin kiçik şam otağı və
Xilaskarın gizli şamını təsvir edən naxışlı taxta günbəzi var. Oradaca,
Sihyonun yuxarı təbəqəsində şam masası durur ki, indi onun
üzərində ibadət keçirilir. Müqəddəs Sihyon İsanı mühakimə edən
“Qavvata” adlı Pilatın məhkəməsindən sağdadır və orada bu günə
1
Bax: İncil. Matfeydən, XXVII, 60.
285
kimi üstündə İsanın ayaq izləri qalan daş var ki, onun üstündə İsa
Pilatın qabağında durmuşdu. Bundan aşağıda ləyən var ki, onun
içində İsa öz şagirdlərinin ayaqlarını yuyurdu. Sihyondan solda
Rəbbimiz İsa salındığı zindan var. Oradaca bir səcdəgah var ki,
üstündə ibadət keçirilir.
Şəhərin kənarında bir yer var ki, orada bir yəhudi müqəddəs
Bakirənin tabutundan tutub onu basdırmağa qoymurdu. Orada dörd
mərmər sütun üzərində günbəz tikilib və onların üstündə bürünc
xaçlar var. Oradan Hefsiman dərəsində olan Bakirənin müqəddəs
qəbrinə iki yüz əlli daş pilləkən qurulub. Yenə oradan İsanın
üstündən səmalara yüksələn Eleon dağının zirvəsinə səkkiz yüz daş
pilləkən aparır.
Səmalara yüksəldiyi yerdə də, Dirilmə kilsəsində olduğu kimi
uzunluöu yüz dirsək və eni yüz dirsək gözəl günbəzvari tikinti
qurulub. Oradan Urdun çay, Hor və bir çox vilayət görünür.
Beyt Lahm kilsəsi Dirilmə kilsəsindən iki yüz iyirmi
fərsənglik məsafədədir. Kilsənin ölçüləri belədir: uzunluğu iki yüz
dirsək, eni də yüz dirsəkdir. Onun doxsan mərmər sütunu və daş
qübbəsi var. Oradaca İbrahim dəfni üçün aldığı ikiqat mağara var.
Onun aşağısında müqəddəs mağara və axur var, orada da ibadət
keçirilir.
Kilsədən sağda sovməə var Onun içində çar İrod
240
tərəfindən
öldürülmüş körpələrin sümükləri var.
Beyt Lahmdan altı yüz metrlikdə Urdun çayından şərqdə,
Dostları ilə paylaş: |