274
göndərdi ki, o, bizi həyata aparsın. O. öz sözləri və əməlləri ilə bizi
pozğunluğumuza görə danlayıb bizə bütün varlığın xaliqi olan Allahı
və Onun möcüzəli qüvvəsini dərk etməyi öyrətdi və mən özüm də öz
ağlımla buna həqiqətən inandım. Beləliklə, biz hamımız yerlə
göylərin Xaliqinə inam bağladıq. Gəlin bu dinə inana bütün ölkələri,
o cümlədən böyük Bizans imperiyasını misal kimi götürək. Deyirlər
onların Konstantinopol şəhərini bina edən Konstantin adlı çarları var
idi. Deyirlər ki, imperiyasında xaçpərəst olanlardan birincisi özü idi.
O, o qədər mömin idi ki,ona Allahın mələyi xidmət edirdi və özünün
bu inamıyla bütün düşmənlərinə qalib gələrdi. Deməli, əgər bu
xaçpərəst dininin vasitəsilə belə şöhrət qazanmaq və qalib gəlmək
mümkünsə, onda biz nə üçün Canlı Allaha inanmağa gecikirik?
Budur, Allah ehkamlarını öyrədən yepiskop İsrail aramızdadır. Gəlin
ondan xahiş edək ki, o, bizim ölkəmizdə qalıb bizi maarifləndirsi”.
Onlar hamısı bu məsləhəti bəyəndilər və knyaz yepiskop
İsrailin yanına tarxan rütbəsi
232
olan Ovçu adlı əyanı və Çatkasar
adlı
233
yataq ağasını göndərdi.
Yepiskopun yanına gəldikdə onlar əyanların fikri barəsində
danışıb ona hunların böyük knyazının bu sözlərini çatdırdılar: “
Atamız! Biz Xilaskarımızı sənin vasitənlə dərk etdik və Ona inam
bağlayıb həmişə Müqəddəs Üç Uqnuma sitayiş edəcəyik. İndi səndən
acizanə rica edirik ki, sən bizim yepiskopumuz və müəllimimiz olub,
bu Vaçaqan şəhərində katolikos kürsüsünü bərqərar edəsəb. Və mən
İl – ituer, səninlə Allah adına sazişə girib, xaçpərəstliyi qəbul
275
etməyən bütün cadugərləri və sehrbazları yandırıb külə
döndərəcəyəm. Və kim mənim olkəmdə bütpərəst qalıb bütlərə
qurban gətirməkdən əl çəkməzsə, mən onu qılıncdan keçirib məhv
edəcəyəm”.
Yepiskop onlara belə cavab verdi:” Albaniyanın böyük
patriarxı Yeliazarın icazəsi olmadan mən heç bir şey edə bilmərəm.
Bu işdə ixtiyar yalnız onun əlindədir. Axı mənim öz dindarlar dairəm
var və mənə Allah tərəfindən tapşırılan dindarları necə atıb gedim?
Sizin qayğınıza isə həzrət İsanın özü qalıb, öz mərhəmətilə inamınıza
görə sizə bir dini başçı verər və o da İsa Zəburu ilə sizə xidmət edər”.
Lakin bu iki elçi yepiskopun yanına ikinci və üçüncü dəfə
gəlib xahişlərini təkrar etdilər. Belə vəziyyətə düşən yepiskop dedi: “
Onda Allahın izniylə öz ölkəmə mömin övladım Albaniya knyazı
Varaz – Tiridatın və müqədəs katolikosun yanına qayıdana qədər
məni gözləyin. Və əgər Allah – təala buyursa, o vaxt Onun Özü sizin
xahişinizi terinə yetirər. Sizi vəd olunan şərəfdən kim məhrum edə
bilər? Siz məni işgəncələrə və ölümcül hala salsanız belə mən bunu
özümə şərəf və şöhrət hesab edib Allah simasında sevinərəm. Öz
niyyətiniz haqqında isə siz yazılı surətdə bütün Albaniya xalqına və
xüsusən katolikos Yeliazara xəbər verin, çünki həzrət İsanın qardaşı
müqəddəs Yelisey vaxtından bu ana qədər Allah şəhəri Qüdsdən
gələn bu kürsü bizim Şimal – Şərq ölkəmizə bəxş olunub. Sizin ölkə
isə bizim ölkəylə həmsərhəddir və bütün mənim həmdinlərimin,
keşişlərin, qardaş və yoldaşlarımın razılığı olmadan mən bunu necə
276
edə bilərəm? Axı bu məsələ çox yeni olsa da, onun əhəmiyyəti çox
böyükdür!”
Bütün bunları yepiskopdan eşidəndən sonra onlar onun
xahişini yerinə yetirdilər və böyük hörmətlə öz ölkəsinə göndərdilər.
QIRX DÖRDÜNCÜ FƏSİL
Böyük Kolmankın yepiskopu İsrailin Hunlar
ölkəsindən qayıtması. Onun ardınca iki zadəgan gəlir
və xahiş edirlər ki, o, hunların rəhbəri olsun.
Hunların böyük və mömin knyazı İl –ituer ölkəsinin iki
zadəganını – Xursanın il – tiqinini
234
və Çat Xəzəri hazırlayıb
Müqəddəs İsrailin ardınca göndərir ki, onlar Albaniyaya gəlib
dostluq təklifləri və xahişi ilə İsraili hunlar ölkəsinə başçı kimi təsdiq
etsinlər. Göndərdikləri risalənin mətni belədir: “Sizin göndərdiyiniz
Allah adamı yepiskop İsraili görüb qarşıladıq və onun vasitəsilə səni,
Albaniyanın böyük katolikosu müqəddəs Yeliazarı və səni,
Albaniyanın müstəqil knyazı, bizim istəkli qardaşımız Varaz –
Tiridatı salamlayırıq. Siz bizdən cismani xahiş edirdiniz, biz isə öz
mənəvi aləmimizdə onun simasında Allah surətini gördük və onun
müqəddəs həyatında və bizə Allah tərəfindən izhar edilən
möcüzələrdə öz Xaliqimizi dərk edib ruhumuza əmin – amanlıq
qidasını əldə etdik. İndi sizdən xahiş edirik ki, siz İsrailin özünə icazə
277
verəsiniz ki, o, bizim yepiskopumuz və dini başçımız olsun.Biz onun
vasitəçiliyi ilə əbədi xilasa nail olarıq və bununla da aramızda
sarsılmaz dostluq möhkəmlənər. Allahla salamat qalınız!”
QIRX BEŞİNCİ FƏSİL
Hunlar knyazının ermənilərə yazdığı eyni
məzmunlu məktub
“ Erməniyyənin yepiskopu müqəddəs Sahaqa
235
və erməni
sərkərdəsi knyaz Qriqorasalamlar!
Əzəldən nadanlıq zülmətinə və dumanlara qərq olmuş bizim
cədlərimiz sanki qəflət yuxusunda idilər. Lakin dünyaya Nicat gəldi:
Ulu Allah yer üzünə İsa kimi gəldi. Biz bunu çox anlaşılmaz bir
surətdə, sizin torpağa və Albaniya ölkəsinə basqınlarımız zamanı öz
qulaqlarımızla eşitmişdik və bizim də qəlblərimizə səxavətli
rəqabətin ruhu daxil olmuşdu. İndi bizim Rəbbimiz İsanın kəlamı
yerinə yetirildi və bizim şimal ölkəmizdə Onun Zəburu bəyan oldu
və biz hər bir şeyi təkcə gözəl bir ərdən, Böyük Kolmankın
yepiskopu İsraildən öyrəndik.
Artıq sizin yanınıza gələnlərdən və aramızda möcüzələr baş
verməkdən danışanlardan hər şeyi öyrəndikdən sonra siz də yaxşılıq
göstərib bizim xahişimiz yerə salınmasın deyə, bu ərin bizə
Dostları ilə paylaş: |