278
yepiskopluğa göndərilməsinə kömək edin. Biz bilirik ki, siz onun
həmkarısınız və xeyirxah xaçpərəst olduğunuz üçün sizdən xahiş
edirik ki, bizim mənəvi istəyimiz yerinə yetirilsin, çünki onun bizim
aramızda olması bizi həmdin edər və vəhşi qəbilələrin qoşunlarının
sizin tərəfə basqınları kəsilər. Əlvida!”
Elçilər Albaniyanı keçib ermənilərin yanına gələndə onlara
hunlar ölkəsində Allah-təala İsrailin əliylə nələr etdiyindən danışıb
hunların böyük knyazının məktubunu verdilər. Ermənilər elçiləri
sevinclə qəbul edib onlara aşağıdakı cavabı verdilər.
QIRX ALTINCI FƏSİL
Hunların məktubuna cavab
“ Erməni katolikosu Sahaqdan, bütün dindarlardan, erməni
knyazı Qriqordan və bütün kilsəmizin xadimlərindən Allah adından
salamlar!
Bizə təsvir edilən sizin, Allah tərəfindən həyatverici
xilasınıza, Allahın bu sonsuz səxavətinə görə biz ona öz
təşəkkürlərimizi bəyan edirik. Siz Allahın dinini yenicə qəbul etmiş
bəndələrin məktubunu aldıq. Məktubdan başqa ölkələrdəki kimi,
sizin də ölkənizdə Allahı dərketmə işığının parıldamasına vadar edən
Xaliqin mərhəmətindən xəbərdar olduq. Buna görə biz insansevər
allaha yenidən şükür etdik ki, O, sizin atalarınız və cədlərinizi
əvvəlki fani dininizdən ayırıb Öz müqəddəs adıyla tanış etdi və siz də
Xaliqimizin həqiqi pərəstişkarları oldunuz. Məktubdan və elçilərdən
279
yepiskop İsrailin sizi xaçpərəstliyə necə döndərməsini öyrəndikdə biz
gördük ki, Allahın adı bütün kainatı doldurub. Biz cismən bir –
birimizdən uzaqda olsaq da, indi bizə elə gəlir ki, möhkəm dostluq
vasitəsilə siz elə bil ki, gözümüzün önündəsiniz.
O ki qaldı yepiskop İsrailin sizə göndərilməsi məsələsinə,
deməliyik ki, bu çox mürəkkəb məsələdir, çünki dindarlar öz dini
başçılarından ayrı ola bilməzlər. Amma iş ondadır ki, İsraili bizim
dini idarəmiz təyin etməyib. O, Albaniya katolikosluğunun
sərəncamındadır. Biz istəyirik ki, o, həmişə sizinlə olsun, lakin bu
barədə qərarı çıxarmaq üçün müstəsna hüquq yalnız Albaniya
patriarxı katolikos Yeliazarın ixtiyarındadır və bu məsələ onun şəxsi
işidir. Buna görə insanlara həyat verən Canlı Allaha inanın. Odur
yaradan, Odur ölümə məhkum edən və Odur dirildən!Qoy Müqəddəs
Ruhun bu bərəkəti sizi onun qorxusundan və Onun təliminin hifzində
saxlasın! Var olun!”
Erməniyyədən Albaniyaya qayıdan Xursanın il – tiqini və Çat
Xəzər ölkə paytaxtı Bərdə şəhərinə gəldikdə katolikos Yeliazarvə
knyaz Varaz – Tiridatla görüşüb yenədə xahiş etdilər ki, yepiskop
İsraili buraxmaq istəməyib dedilər: “ İsrail ona Allah tərəfindən
tapşırılan dindarları qoyub sizə gedə bilməz. Lakin biz ona iki ölkə
arasında gediş – gəlişə, özü də mümkün qədər sizdə tez –tez
olmasına icazə veririk ki, sizi İsa dinində möhkəm edib, aramızdakı
bərqərar edilən sarsılmaz dostluğu saxlasın. Buna biz razıyıq, çünki
İsrail aramızda vasitəçi olub, ədavətlərə son qoyub ki, dostluqla əmin
280
– amanlıq çiçək açsın”.
Bu qərarı eşidən elçilər təəccüb edib narazı qaldılar, lakin
istəmədən ona razılıq verib, dedilər: “ Bu halda qoy İsrail bizə
getməyi təxirə salmasın ki, bizim imanımızın onun qoyduğu kökləri
qırılmasın, qoy bizi yetimlər kimi atmasın, çünki biz başqa müəllimə
nə qulaq asacağıq, nə də tabe olacağıq”.
Alicənab xasiyyətinə və təbiətinə görə yepiskop İsrail könüllü
olaraq hunların yanına gedərək hər iki ölkəyə xoşbəxtlik gətirir və
bağlanan müqaviləyə əsasən xaçpərəst dinini yeni qəbul etmiş xalqa
öz köməyini əsirgəmirdi.
QIRX YEDDİNCİ FƏSİL
Böyük Kolmank yepiskopu Davudun İovan
Mayraqomluya
236
ikonalar və təsvirlər barəsində
verdiyi sualı
Katolikos Uxtanes və ondan sonra Yeliazar Albaniya
patriarxlığının idarə etdikləri dövrdə çox yerlərdə həm alimlər, həm
nadanlar, bizanslılar və ermənilər arasında əmələ gələn nizamsızlıq,
təriqətçilik və mübahisələr Albaniya ölkəsinə heç toxunulmamışdı.
Amma albanlara da xəbər çatdı ki, bəziləri ikonalara əhəmiyyət
vermir, bəziləri xaçı suya salmır, başqaları ermənilərin
qriqoryanlıqda işlənən duzu rədd edir, başqaları isə toy zamanı
281
kilsəyə gedib başlarına tac qoymurdular və bütün bunların səbəbi
guya keşişlərin yer üzündən yox olmasındadır.
Bununla əlaqədar Böyük Kolmankın yepiskopu Davud
məktubla erməni bilikli rahibi olan İovana müraciət edib ondan bütün
bunların səbəbini soruşdu. O da Davuda təfsilatla aşağıdakılardan
xəbər verdi:” Bu ikonalara sitayiş etməyə zidd olan küfr havarilərdən
sonra dünyaya gəlib və birinci dəfə bizanslılar arasında olub.
Bununla əlaqədar olaraq Qeysəriyyədə böyük dini qurultay
çağırılmışdı və orada qəbul olan qərarla ikonaları Allah evində (
kilsədə) göstərməyə icazə verilmişdi. Bundan sonra ikona çəkən
rəssamlar lovğalanaraq bəyan etdilər ki, onların sənəti kilsənin başqa
sənətlərindən üstündür.Onlar deyirdilər: “ Bizim sənətimiz işıqdır,
çünki onu hamı; qoca da gənc də görür.Müqəddəs Kitabı isə oxuyan
çox azdır”.Elə bu andan iğtişaşlar başlandı və buna görə də ikinci
qurultay çağırıldı. Məsələni müzakirə edib kitab yazanlara,
oxuyanlara və təfsirçilərə bəraət qazandırıb, onların rütbələrini
rəssamlardan yuxarı qoydular. O vaxtdan erməni katolikosu Movsesə
qədər bu nifaq salan küfr başını qaldırmırdı. Movsessin vaxtında
erməni kilsəsi ikiyə parçalandı və Movseslə “ baş filosof” kimi
tanınan Ərzurum yepiskopu Teodoros arasında böyük bir mübarizə
başlandı.Biz, Movsesin tərəfdarları, bizanslıların bütün təriqətlərini
pisləyirdik.
Movses öz tərəfdarlarını toplayıb əmr etdi ki, Xalkedon
qurultayına tabe olan
237
bizanslılarla heç bir əlaqə saxlamasınlar,
Dostları ilə paylaş: |