270
məbədlərinizi öz əlimlə parça – parça edib adamların ayaqları altına
atandan sonra görərsiniz ki, mənim dediklərim həqiqətdir”.
Bunu deyib yepiskop öz keşişlərinə əmr etdi ki, baltaları
götürüb diz çöksünlər və Allaha Zəburun bu ayəsiylə yalvarsınlar:
“Qoy Allah qalxsın və qoy Onun düşmənləri dağılsın və qoy Ona
nifrət bəsləyənlər Onun gözündən yox olsunlar”.
1
Sonra yepiskop
Aspandiata həsr olunmuş ən hündür ağaacın gövdəsinə xaç işarəsini
qoydu və keşişlər meşəliyə girərək ağacı kəsdilər. Yepiskop əmr etdi
ki, onu Varaçan şəhərinə aparsınlar. O, burada mahir ustaları
çağıraraq əmr etdi ki, ağac parçalarından gözəl xaç düzəltsinlər.
Sonra ağacdan müxtəlif surətlər düzəldərək xaça bağladılar və gözəl
naxışlar saldırıb hamarladılar. Sonra müxtəlif ikonalar düzəltdirib,
onları xaça bərkitdilər. Xaçın aşağısındakı kiçik dördkünc ikitaylı
qapısı olan oyuq düzəltdilər və üstünə zanbaq şəkli çəkdilər. Oyuğa
içində İsa xaçının hissəciyi olan xaçvari gümüş sandıqca qoydular.
Xaçı düzəldib sahmana salandan sonra yepiskop onu tövbə ilə
ibadətlər üçün çar sarayının şərq tərəfinə qoydurub dedi: “ Bu
həyatverən xaçın qabağında Allaha, sizin xaliqinizə ibadət edin. Siz
öz nadanlığınıza görə əvvəllərbu ağaca ibadət edib, onun qabağında
qurban verdiyiniz heyvanların ətini yeyib. Qanlarını içirdiniz. İndi
isə bu xaça və görünməyən Allaha ibadət edin. Odur ağacların yerinə
bütün dünyada Öz Xaçını yüksəldən. O, qurbanların qanı əvəzinə
sizin günahlarınızın təmizlənməsi üçün öz qanını vermişdir. Mən
1
İncil. Zəbur kitabı, 67, 2.
271
bilirəm ki, keçmişdə bütün işləri siz öz cəhalətinizə görə görürdünüz.
Bundan sonra Allah bərəkətinin taxtına özünüz yaxınlaşın,
bütpərəstliyin bütün ağır eyiblərini çiyinlərinizdən atın və şərəf
nurunun libasını geyməyə layiq olun”.
Bütün bunları öz əyanları ilə birlikdə eşidən hunların mömin
knyazı İl-ituerin Allaha sevgisi və qorxusu daha da artdı. O, gördü ki,
cadugərlərin onları qorxutduğu əlamətlərin heç biri baş vermədi.
İsrailin kəsdirdiyi ağaclar və sökdürdüyü məbədlər ona heç bir zərər
vermədi, ona nə xəstəlik toxundu, nə də ölüm. Əksinə, yepiskopun
üzü daha da nurlandı və o, İsaya xidmətində daha da möhkəm olub
yepiskopun sözlərinə qulaq asırdılar.
Bundan sonra knyaz öz sarsılmaz hökmüylə əmr etdi ki,
İblisə və şeytanlara qulluq edeən cadugərlər və ovsunçuları öz
kahinləri ilə birlikdə tutub, əl – qollarını bağlasınlar və Allah adamı
İsrailin yanına gətirsinlər. Yepiskop cadugərliyin bihudə
qüvvətsizliyini camaata göstərmək üçün əmr etdi ki, onların bəzisini
ana yolların kəsişdiyi yerlərdə yandırsınlar, bəzilərini də zindanlara
salsınlar. Beləliklə də, bütün hunlar ölkəsi bihudə inamlardan azad
olub, daha yüngül olan İsaya xidmət boyunduruğunu geydi.
Yepiskop əmr etdi ki, bütpərəstlər bədənlərində gəzdirdiyi qızıl
tilsimləri çıxarıb atsınlar. Özü isə bu tilsimləri əliylə əzib onlardan
xaç dözəldirdi ki, bununla da hamının qarşısında möminliyini
nümayiş etdirdi.
Bütün bu tədbirlər müqəddəs qırxgünlük pəhriz vaxtında
272
hunlar çarının nəhəng ordugahında görülüb və Allahın hökmüylə
yepiskop İsrailin vasitəsiylə bunu hər tərəfə yayırdılar. Müqəddəs
Pasxanın nurlu səhəri açılanda baş kahinlərin və cadugərlərin çoxu
zəncirlənib zindana salınmışdı. Knyaz İl – ituerin razılığı ilə bütün
şəhər əhlini meydana yığıdılar və burada məhkəmə təyin olundu. Hər
iki tərəfə imkan verildi ki, camaatın qabağında öz sözünü desin.
Birinci yepiskop başladı. Əlində İncili tutub o, oradan iqtibaslar
gətirdi, kahinləri danlayıb qınadı. Xurafatın yazıq xadimləri kahinlər
isə yepiskopun əlində olan Allah Xaçının qabağında utanmaqlarından
yanıb tökülürdülər, əsdilər və hər şeydən ümidlərini kəsdilər. Bundan
sonra onlar özlərini yamanladılar, öz günahlarını boyunlarına aldılar
və həqiqi dini qəbul etdilər. Onlar öz ziyanlı cadu sümüklərini
yepiskopa verdilər, o da bunları yandırıb onları dünyaya yeni gəlmiş
insanlara çevirdi. Bütün bunları görən hunlar knyazının və onun
xalqının İsa dininə olan məhəbbətləri daha da artdı. Onlar öz murdar
ayinlərini atıb, başda knyaz və bütün əyanlarla birlikdə yepiskop
tərəfindən çar sarayında qaldırılmış yeni Xaçın qabağında qurban
kəsdilər. Keşişlər Xaçın qabağında olan qurbanlar haqqında bərəkət
mahnıları oxumaq istədikləri vaxtda yepiskop knyaza dedi: “ Allaha
olan sevgini bu gün burada izhar et ki, Onu sizlə barışdıraq. Bütün
qanunsuzluğu ləğv et ki, gələcəkdə Allaha pərəstişə heç bir mane
qalmasın. İndi də Müqəddəs Ruh bu kahinləri imtahan edir və siz də
Səmavi atanız kimi kamil olun. Mənimlə gərək razılaşasınız ki, bu
böyük Pasxa bayramında həmən Allaha inanmış kahinlərin əliylə
273
Dərkonand adlanan gurultulu heyvan kəllələri qəbiristanı
yandırılmalıdır. Onlar oraya lənətlərlə gedib oranı yandırmalıdırlar.
Yalnız bundan sonra onları xaç suyuna salıb xaçpərəst hesab etmək
olar”.
Hunların mömin knyazı bunu eşidəndə elə o saat əmr etdi ki,
məbədlər dağılsın. Yepiskop və knyaz Movses adlı ustanı və onunla
birlikdə məbədləri dağıdıb yandırsınlar. Onlar da gedib məbədlərin
hamısını yox etdilər. Yepiskop özü bütlər olan yerlə üzbəüz olan
təpəyə qalxıb diz çökdü və Allaha dua etdi Elə o an bərk külək əsdi,
od alışdı və məbəd içindəki kəllələrlə və dərilərlə birlikdə yanıb yox
oldu. Sonra onlar böyük sevinclə şəhərə qayıtdılar və nurlu xaçı suya
salıb xaçpərəst oldular. Həmin gün knyaz və əyanlar üçün ən böyük
bayramların bayramına və məclislərin məclisinə çevrildi.
QIRX ÜÇÜNCÜ FƏSİL
Hunların böyük knyazı İl – ituer öz əyanları ilə
məsləhətləşir ki, yepiskop İsrail onların yanında qalsın
və ölkələrində katolikos kürsüsünü bərqərar etsin.
Hunların böyük knyazı ölkəsinin əyanlarını və zadəganlarını
yığıb bəyan etdi: “ Biz həmişə nadanlıq zülmətinə qərq olmuşduq və
buna görə də Kainatın ədalət nurunu görə bilmirdik. İndi isə
Rəbbimiz İsa öz mərhəməti sayəsində bizə həmən yepiskopu
Dostları ilə paylaş: |