Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə65/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   61   62   63   64   65   66   67   68   ...   85

270

məbədlərinizi öz əlimlə parça – parça edib adamların ayaqları altına

atandan sonra görərsiniz ki, mənim dediklərim həqiqətdir”.

Bunu deyib yepiskop öz keşişlərinə  əmr etdi ki, baltaları

götürüb diz çöksünlər və Allaha  Zəburun bu ayəsiylə yalvarsınlar:

“Qoy Allah qalxsın və qoy Onun düşmənləri dağılsın və qoy Ona

nifrət bəsləyənlər Onun gözündən yox olsunlar”.

1

 Sonra yepiskop



Aspandiata həsr olunmuş ən hündür ağaacın gövdəsinə xaç işarəsini

qoydu və keşişlər meşəliyə girərək ağacı kəsdilər. Yepiskop əmr etdi

ki, onu Varaçan şəhərinə aparsınlar. O, burada mahir ustaları

çağıraraq əmr etdi ki, ağac parçalarından gözəl xaç düzəltsinlər.

Sonra ağacdan müxtəlif surətlər düzəldərək xaça bağladılar və gözəl

naxışlar saldırıb hamarladılar. Sonra müxtəlif ikonalar düzəltdirib,

onları xaça bərkitdilər. Xaçın aşağısındakı  kiçik dördkünc ikitaylı

qapısı olan oyuq düzəltdilər və üstünə zanbaq şəkli çəkdilər. Oyuğa

içində  İsa xaçının hissəciyi olan xaçvari gümüş sandıqca qoydular.

Xaçı düzəldib sahmana salandan sonra yepiskop onu tövbə ilə

ibadətlər üçün çar sarayının şərq tərəfinə qoydurub dedi: “ Bu

həyatverən xaçın qabağında Allaha, sizin xaliqinizə ibadət edin. Siz

öz nadanlığınıza görə əvvəllərbu ağaca ibadət edib, onun  qabağında

qurban verdiyiniz heyvanların ətini yeyib. Qanlarını içirdiniz. İndi

isə bu xaça və görünməyən Allaha ibadət edin. Odur ağacların yerinə

bütün dünyada Öz Xaçını yüksəldən. O, qurbanların qanı  əvəzinə

sizin günahlarınızın təmizlənməsi üçün öz qanını vermişdir. Mən

1

İncil. Zəbur kitabı, 67, 2.




271

bilirəm ki, keçmişdə bütün işləri siz öz cəhalətinizə görə görürdünüz.

Bundan sonra Allah bərəkətinin taxtına özünüz yaxınlaşın,

bütpərəstliyin bütün ağır eyiblərini çiyinlərinizdən atın və  şərəf

nurunun libasını geyməyə layiq olun”.

Bütün bunları öz əyanları ilə birlikdə eşidən hunların mömin

knyazı İl-ituerin Allaha sevgisi və qorxusu daha da artdı. O, gördü ki,

cadugərlərin onları qorxutduğu əlamətlərin heç biri baş vermədi.

İsrailin kəsdirdiyi ağaclar və sökdürdüyü məbədlər ona heç bir zərər

vermədi, ona nə xəstəlik toxundu, nə də ölüm. Əksinə, yepiskopun

üzü daha da nurlandı və o, İsaya xidmətində daha da möhkəm olub

yepiskopun sözlərinə qulaq asırdılar.

Bundan sonra knyaz öz sarsılmaz hökmüylə  əmr etdi ki,

İblisə və  şeytanlara qulluq edeən cadugərlər və ovsunçuları öz

kahinləri ilə birlikdə tutub, əl – qollarını bağlasınlar və Allah adamı

İsrailin yanına gətirsinlər. Yepiskop cadugərliyin bihudə

qüvvətsizliyini camaata göstərmək üçün əmr etdi ki, onların bəzisini

ana yolların kəsişdiyi yerlərdə yandırsınlar, bəzilərini də zindanlara

salsınlar. Beləliklə də, bütün hunlar ölkəsi bihudə inamlardan azad

olub, daha yüngül olan İsaya xidmət boyunduruğunu geydi.

Yepiskop əmr etdi ki, bütpərəstlər bədənlərində gəzdirdiyi qızıl

tilsimləri çıxarıb atsınlar. Özü isə bu tilsimləri əliylə  əzib onlardan

xaç dözəldirdi ki, bununla da hamının qarşısında möminliyini

nümayiş etdirdi.

Bütün bu tədbirlər müqəddəs qırxgünlük pəhriz vaxtında



272

hunlar çarının nəhəng ordugahında görülüb və Allahın hökmüylə

yepiskop İsrailin vasitəsiylə bunu hər tərəfə yayırdılar. Müqəddəs

Pasxanın nurlu səhəri açılanda baş kahinlərin və cadugərlərin çoxu

zəncirlənib zindana salınmışdı. Knyaz İl – ituerin razılığı ilə bütün

şəhər əhlini meydana yığıdılar və burada məhkəmə təyin olundu. Hər

iki tərəfə imkan verildi ki, camaatın qabağında öz sözünü desin.

Birinci yepiskop başladı. Əlində  İncili tutub o, oradan iqtibaslar

gətirdi, kahinləri danlayıb qınadı. Xurafatın yazıq xadimləri kahinlər

isə yepiskopun əlində olan Allah Xaçının qabağında utanmaqlarından

yanıb tökülürdülər, əsdilər və hər şeydən ümidlərini kəsdilər. Bundan

sonra onlar özlərini yamanladılar, öz günahlarını boyunlarına aldılar

və həqiqi dini qəbul etdilər. Onlar öz ziyanlı cadu sümüklərini

yepiskopa verdilər, o da bunları yandırıb onları dünyaya yeni gəlmiş

insanlara çevirdi. Bütün bunları görən hunlar knyazının və onun

xalqının İsa dininə olan məhəbbətləri daha da artdı. Onlar öz murdar

ayinlərini atıb, başda knyaz və bütün əyanlarla birlikdə yepiskop

tərəfindən çar sarayında qaldırılmış yeni Xaçın qabağında qurban

kəsdilər. Keşişlər Xaçın qabağında olan qurbanlar haqqında bərəkət

mahnıları oxumaq istədikləri vaxtda yepiskop knyaza dedi: “ Allaha

olan sevgini bu gün burada izhar et ki, Onu sizlə barışdıraq. Bütün

qanunsuzluğu ləğv et ki, gələcəkdə Allaha pərəstişə heç bir mane

qalmasın. İndi də Müqəddəs Ruh bu kahinləri imtahan edir və siz də

Səmavi atanız kimi kamil olun. Mənimlə gərək razılaşasınız ki, bu

böyük Pasxa bayramında həmən Allaha inanmış kahinlərin əliylə



273

Dərkonand adlanan gurultulu heyvan kəllələri qəbiristanı

yandırılmalıdır. Onlar  oraya lənətlərlə gedib oranı yandırmalıdırlar.

Yalnız bundan sonra onları xaç suyuna salıb xaçpərəst hesab etmək

olar”.

Hunların mömin knyazı bunu eşidəndə elə o saat əmr etdi ki,



məbədlər dağılsın. Yepiskop və knyaz Movses adlı ustanı və onunla

birlikdə məbədləri dağıdıb yandırsınlar. Onlar da gedib məbədlərin

hamısını yox etdilər. Yepiskop özü bütlər olan yerlə üzbəüz olan

təpəyə qalxıb diz çökdü və Allaha dua etdi Elə o an bərk külək əsdi,

od alışdı və məbəd içindəki kəllələrlə və dərilərlə birlikdə yanıb yox

oldu. Sonra onlar böyük sevinclə şəhərə qayıtdılar və nurlu xaçı suya

salıb xaçpərəst oldular. Həmin gün knyaz və əyanlar üçün ən böyük

bayramların bayramına və məclislərin məclisinə çevrildi.



QIRX ÜÇÜNCÜ FƏSİL

Hunların böyük knyazı İl – ituer öz əyanları ilə

məsləhətləşir ki, yepiskop İsrail onların yanında qalsın

və ölkələrində katolikos kürsüsünü bərqərar etsin.

  Hunların böyük knyazı ölkəsinin əyanlarını və zadəganlarını

yığıb bəyan etdi: “ Biz həmişə nadanlıq zülmətinə qərq olmuşduq və

buna görə də Kainatın ədalət nurunu görə bilmirdik. İndi isə

Rəbbimiz İsa öz mərhəməti sayəsində bizə həmən yepiskopu



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə