262
qardaşlarının yanında qulların qulu olacaq”.
1
Biz görürük ki, Nimrud
onun nəslindəndir
2
və o, öz cinli cadugərliyi ilə mərəkə yaratmaq
üçün bütün xalqları daş yığmağa şirnikləndirmişdir.Özü isə öz
nəhəng boyu və əzəmətli qüvvəsi ilə öyünüb o birilərin üzərində
ağalıq etməyə başladı. Necə ki, deyilib: “ Onun çarlığına əvvəl Babil,
Ereh, Akkad və Sennaar torpağında olan Xalia daxil oldu.
3
İnsan əliylə qurulmuş Babil qülləsinin dağılmasından
və dillərin qarışmasından sonra Nimrud, məşhur tarixi salnamələrdən
bildiyimiz kimi, həddindən artıq lovğalaraq özünü ilahiyə bənzətdi
və öz mahir ustalarına əmr etdi ki, onlar gümüşdən və misdən onun
heykəllərini düzəltsinlər və bu heykəllərə də o, öz adını verdi.
Həmin azmış xalqların çoxu onun heykəllərinə qurban kəsirdilər. Sizi
də mən indi bu vəziyyətdə görürəm, görürəm ki, xurafata vəfalı olan,
tərəddüd edən qəlbinizlə ayaq dəyməmiş cığırlarla oraya – buraya
dolaşırsınız və cadugər və ovsunçularla, falabaxanlarla və vəhşi
nəhəng Aspandiat adlı birisinə aldanaraq onlar üçün atları qurban
kəsirsiniz. Heç də başa düşmək istəmirsiniz ki, murdar qüvvələrə
pərəstiş edənlərin özləri də murdardırlar. Və necə ki, bütxanalar
murdar və natəmizdir, eləcə də allahın qabağında Aspandiata qurban
gətirənlərin hamısı murdar və çirkindir və Əhdi – Ətiqdə deyilir: “
Çünki pozğun Allah qabağında iyrəncdir, möminlə isə onun
1
Bax: İncil. Kövn, IX, 25
.
2
Yenə orada. X, 6-8.
3
Yenə orada. X, 10.
263
ünsiyyəti var”.
1
Bundan başqa, siz səmada çıxan ildırımı Allah hesab edib
xilaskar adlandırırsınız. Heç fikirləşirsiniz ki, ey nadan insanlar, nə
üçün buludlar arasında çaxan ildırımlar və göy gurultusu sərt qış
şaxtası olan altı ayda hara da yox olurlar? Məgər bu ildırımlar
xaliqimiz Allahın izniylə çaxmırlarmı və yenə də Onun əmriylə qış
fəslində heç bir ildırım çaxa bilməz? Buna görə də aydındır ki,
ildırımlar Allah ola bilməz və yalnız Xaliq Allahın xilqətidir və siz:
“ Göyü və yeri yaratmayan allahlar yer üzündən yox olacaqlar”
2
sözlərinə əhəmiyyət verməməkdə çox səhv edirsiniz. Bilin və baxın –
Allah öz hökmündə Birdir və Onun üstündə heç kəs yoxdur. O, bütün
görünən və görünməyənin Xaliqidir. Allah Atadan doğulmuş bircə
Oğuldur ki, Özü də Atadan və Müqəddəs Ruhdandır, Onların
varlığındandır və kainatı da Onlar xəlq ediblər.
Bundan sonra, bütün köhnə yanlış fikirlərinizi kənara atın,
ürəklərinizi təzələyin və ən yaxşı nə varsa onu seçin, çünki İsa
peyğəmbər dünyaya günahkarları xilas etmək üçün gəlmişdir. Gəlin
və Ona tövbə ilə müraciət edin. Günəşə və Aya sitayiş etməyin,
Günəşi və Ayı, dənizləri və yeri və onlarda nə varsa xaliq edən
Allaha sitayiş edin. Çünki Günəşə və Aya sitayiş edənlərin payına
yalnız sönməyən atəş düşür. Sulara qurban gətirənlər daş kimi suyun
dibində boğulacaqlar. Yarpaqlı ağaclara sitayiş edənlər və onlara
nəzir verənlər haqqında İncildə belə sözlər deyilib: “ Çöldə olan hər
1
İncil. Süleymanın ibrətli sözləri kitabı, III, 32.
2
İncil. İyeremiyanın kitabı, X, 11.
264
ağac od tutub yanacaq, qanunpozanları udacaq və sönməyəcək”.
1
O ki qaldı o kəslərə ki, onlar sinələrində ilan təsvirli qızıl və
gümüş bəzəklər gəzdirir, onların barəsində İncildə deyilir:” Onlar
Allahın qəzəbli günündə nə onların qızılı, nə də gümüşləri xilas edə
biləcəkdir”.
2
Və günahkarlar üstündən əzabların ağır yükünü və əbədi odun
atəşini yalnız Allah Özü götürə bilər, çünki bunlar bütpərəstlər kimi
mürtəddirlər.
Bütün bunları və bəlkə də bundan artığını böyük yepiskop
İsrail söyləyirdi.
QIRX İKİNCİ FƏSİL
Yepiskop İsrailin vasitəçiliyi ilə Hunlar İsaya inam
gətirirlər. Bütxanalar dağılıb İsa xaçı ucaldılır
Allah adamının sözləriylə ruhlanmış xeyirxah və yüksək
taxtsahibi olan knyaz Alp İlutuer, onun əyanları və saysəz – hesabsız
döyüşçüləri yepiskopun fəsahətli nəsihətini və təmtəraqlı sözlərini
dinləyib, Allaha şükür edib dedilər: “İndi biz həqiqətən inanırıq ki,
İsrailin vasitəsiylə Allah – təala bizə öz xeyirli təskinliyini göndərib
ki, bizi düşünülməmiş işlərdən və müxtəlif şeytan əməllərindən xilas
1
Yenə orada. İyeremiyanın kitabı, VIII, 20.
2
İncil. Xuruc, XX, 23.
265
etsin”.
Bundan sonra onlar İsa əsarətinə itaətkarlıqla tabe olaraq,
qırxgünlük pəhriz vaxtında təvazökarlıqla pəhriz saxlayıb gecə -
gündüz səylə ibadət etdilər. Onlardan hər biri yepiskopun
məsləhətiylə öz qonşusu ilə müqəddəs kilsəyə ibadətə getməkdə və
əvvəlki acgözlüyü unutmaqda yarışırdı. Xeyirxah knyaz öz yaxın
məsləhətçiləri ilə birlikdə boyunlarını götürdülər ki, hər il həftəlik
pəhriz saxlasınlar. O,özü dindar olduğu üçün bir anda Allah
vəsiyyətinə əməl edərək zülmət övladlarını təqib etdi. İsanın nurlu
elminə inanaraq o, gündən – günə Onun məhəbbətilə bəzənir,
müqəddəs Dinin istəkli sığınacağına çevrilirdi. Əsli ölənlərdən olan
bu adam Allah mərhəmətinin övladı oldu və həyat bəxş edənə
yaxınlaşdı. Qüvvə və hünəriylə fərqlənən bu adam yarışlarda şöhrət
qazanır və Yunan olimpiadalarının qalibi kimi öz qüvvəsiylə
başqalarından fərqlənib, Türküstanda xəzərlər xaqanının yanında
şücaətlər göstərib özünə parlaq ad qazanmışdı. O, xaqanın
məhəbbətini qazandı və o da öz qızını ona verir. Bundan başqa o, il –
ituer mənsəbinə
230
layiq olur və yepiskopun nurlu təlimini şöhrət
çələngi kimi qəbul etdiyinə görə üç ölkədə məşhurlaşdı. O, ölənlərin
üstündə ağılsız ah – zarları və bıçaqlaşmanı tədricən aradan
götürməyə çalışır və öz ata – baba dinini murdar və natəmiz hesab
edərək and içdi ki, Aspandiatın və başqa saxta ilahilərə həsr olunmuş
bütxanaları dağıdacaq. O, əmr etdi ki, yalnız yer və göylərin Xaliqi
olan canlı Allaha ibadət etsinlər. O, beynindən şərin rəzalərini kənara
Dostları ilə paylaş: |