Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə71/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   67   68   69   70   71   72   73   74   ...   85

296

Şero, Albaniyanın sipəhsaları Cavaqoy, knyaz Vardan və onun

qardaşı Qaqik, Bab –e Qrahateyan, Vahtanq –e Varazmaneyan, çar

nəslindən olan Batrik –e Karoyan, Vahan –e Varaz –Yohaneyan,

Teodoros Anastaseyan, Rostom –e Varazkoyeyan, çar nəslindən olan

Zərmehr –e Varaz Kürdəkeyan, Məhəmməd –e Şeroyan

10

 və bütün



bu ölkənin əyanları yekdilliklə, yepiskop və əhali ilə birlikdə əzəldən

müqəddəs Yelisey tərəfindən əsası qoyulmuş, sonralar da müqəddəs

Qriqori tərəfindən təsdiq edilmiş indiyə qədər qüsursuz olan dinimizi

təsdiq edirik.

İndi isə biz bütün əvvəlki və sonrakı dönükləri və aralarında

olan Yevnomiusu və onun müəllimi Ariya, Valentinusu,

Apollinariusu, Diodorusu, Manini, Markianı, Yevtixini, Nestoru,

Teodrou, Xalkedon qurultayını, papaz Levin risaləsini,Maksimi və

onun şagirdlərini lənətləndiririk. Bunlarla birlikdə diofizit təliminin

davamçısı olan bizim bədbəxt Nersesi və onun ardıcıllarını

lənətləndiririk. Biz bu qaydanı Allah qabağında və sənin hüzurunda

təsis edirik ki, gələcəkdə heç kəs bizim atalarımızın qoyduqları

ənənələrdən uzaqlaşmasın. Əgər gələcəkdə bi9zim dinimizə hansı bir

xələl gətirən adam meydana çıxarsa, qoy onda müqəddəs Üç

Uqnumum və bizim camaatımızın lənətinə məruz qalıb, Müqəddəs

Ruhun mərhəmətindən məhrum olsun və heç vaxt ona Cənnət

əbədiyyəti nəsib olmasın.

Həmçinin bizim katolikosların seçilməsi haqqında. Əvvəllər

bu təyinat Qüds şəhərindən gəlirdi və belə hal müqəddəs Qriqorinin



297

vaxtına qədər davam edirdi. Bunsan sonra bu günə qədər katolikosu

öz yepiskoplarımız seçirlər. İndi isə bu seçkinin naşılıqla və

etinasızlıqla keçirilməsi üzündən bizim ölkəmiz təfriqata məruz qalır,

biz Allah qabağında və sənin hüzurunda belə qərara gəldik ki,

Albaniyanın katolikosu müqəddəs Qriqorinin kürsüsü tərəfindən

seçiləndə bizim ölkənin razılığı olmalıdır. Erməni katolikosluğuna

seçilmə qaydası isə Albaniya katolikosluq kürsüsünün sərfəsi

olmalıdır, çünki Albaniya kürsüsü siz ermənilərin kürsüsündən daha

uca və yaşlıdır.

11

Qoy heç kəs bu qaydanın şərtlərinin əleyhinə çıxmağa cəsarət



etməsin. Əgər kimsə bunu etsə, bu seçilmə qanunsuz olub, hər iki

tərəfin katolikos seçkiləri etibarsız hesab olunacaqdır. O kəslər ki, bu

qanunun qaydalarına Allahdan qorxub tabe olacaqlar, onlar

müqəddəs Üç Uqnumun və Allahın bütün xaçpərəst bəndələrinin

xeyir – duasını qazanacaqlar. Şayət, kimsə buna zidd olub həqiqəti

pozarsa, o, kimliyinə baxmayaraq. Allah hüzurunda cavabdeh

olacaqdır.

Bu sənəd hər iki tərəfin razılığı və Allahın vasitəçiliyi naminə

ərəblərin səksən beşinci və ermənilərin yüz qırx səkkizinci ilinin

İrodis ayında tərtib olunub, yuxarıda adları çəkilənlərin arzuları ilə

möhürləriylə təsdiq olunmuşdur”.

12

YEDDİNCİ FƏSİL



298

Erməni katolikosu İlyanın albanlara göndərdiyi

razılaşmanın məzmunu

  “Küfrlü Nerses din məsələsində Albaniyada həddindən artıq

qarışıqlıq saldı və adamların bir çoxunu Xalkedon küfrü ilə

xəstələndirib bununla yepiskop, keşiş və rahibləri özünün namərd

şərinin təhlükəsinə məruz qoydu. Bundan xəbər tutaraq, mən, erməni

katolikosu İlya, öz yepiskoplarımla birlikdə Albaniyanıpn və sizin

məşhur şəhəriniz olan Bərdəyə gəldik. Yanıma dini və dünyəvi

rəislər gəlib mənə bir məktub göstərdilər ki, onun əsasında Nersesi

lənətləndirib Albaniya katolikosluğundan kənar etdilər. Buna

baxmayaraq o, katolikos kürsüsünü istibdadla saxlamaqda qalırdı.

İndi yepiskoplar və bütün kilsə xadimləri onu yenidən yazılı surətdə

lənətləndirib bunu öz möhürləriylə təsdiq etdilər. Onlar qərara

gəldilər ki, Allahın köməyilə mənimlə birlikdə ata – babalarının dini

üstündə möhkəm dayanıb murdar Xalkedon küfrünün tərəfdarları və

Nersesin şərli təlimilə heç bir əlaqədə olmayacaqlar.

Əgər onlar bu şərtlərin və müqəddəs ataların vəsiyyətlərinin

üstündə dursalar, onda onları qəbul edib öz dini müəllimlərimiz kimi

sevin. Lakin bunlardan biri, istər katolikos olsun, istərsə də yepiskop,

bu şərtləri pozarsa, onda onun sizin üzərinizdə heç bir haqqı yoxdur.

Siz hər gün öz kilsələrinizdə olub daima Allaha dua etməlisiniz. Qoy

sizi Allah və mömin müəllimlər idarə etsinlər. Sizin sakitliyiniz üçün

mən bu razılaşmanı müqəddəs keşişlərə - Nersmehr vənginin

təsərrüfat müdiri Kşika və Yusif vənginin keşişi Qriqora verdim.



299

Mən, erməni katolikosu İlya, mənim yepiskoplarımla birlikdə

Albaniya dini qurultayı iştirakçılarından ittifaq haq1qında imzalar

toplayıb bu razılaşmanı sizə verdim ki, heç kəs onun şərtlərini poza

bilməsin. Hər iki sənədi öz möhürümlə təsdiq edib onları  şəxsən

Kşika verdim ki, o, Nersmehr vəngində saxlasın”.



SƏKKİZİNCİ FƏSİL

Əmirəlmöminin  Əbdülməlikin xadiminin

Albaniya knyazlarının rütbələri əsasında düzəltdiyi

siyahı. Bu siyahı xəlifə divanına verilir

  Bərdə kilsə qurultayından tələb etdik ki, bizə müqəddəs din

barəsində bəyannamə versinlər və orada yazılı surətdə həqiqətlə

diofizitlərin yalanı arasında fərqi və müdrik əllamələrin etirazlarını

görə bilək. Biz hər şeyi dürüst bildik. Birinci mən, Albaniya knyazı

Şero, sonra Albaniyanın baş sipəhsaları cavanko sonra çar nəslindən

olan Vardan və onun qardaşı Qavik

13

, Vahtanq –e Varazmaneyan



(onların cədləri Mehranilər soyundan olan Vardan Kaç idi. Albaniya

çarı Vaçaqanın dövründə o, Aquen kilsə qurultayında sədrlik edirdi.

O. Girdımana köçmüşdü); sonra çar nəslindən olan Patrik –s

Karoyan. Bu da həmən çar Vaçaqanın icazəsiylə  Ağbəd vilayətinə

köçmüşdü. Bu kitabın lazımi yerlərində adları çəkilən Cəsur Vaçaqan



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə