Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə79/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

329

vəfat etdi.

90

Erməni təqviminin üç yüz on səkkizinci ilində



91

 Dəbildə


dəhşətli zəlzələ baş verdi. Zəlzələ bütün il davam etdi və Cəhənnəmə

yüz iyirmi min nəfər vasil oldu.

İnsana verilən nəsihətlərdən biri də budur.

1

ON SƏKKİZİNCİ FƏSİL



Şeyxin oğlu, erməni və alban qoşunları tərəfindən

Bərdənin mühasirəsi. Samuil özbaşına katolikosluğu

qəbul edib Dəbilə gedir

  İsa ibn Şeyx

92

 ilə onun Bərdədəki naibi Emenik adlanan



Əbdülvahid oğlu Məhəmmədin

93

 arasına dava düşəndə İsa ibn Şeyx



Suriyadan qoşun gətirib knyaz Aşotun

94

 və Albaniya knyazlarının



əsgərləriylə birlikdə Bərdədə olan qoşunlar üzərinə hücum etdi.

Lakin mühasirədə olanlar mətanətlə on üç ay müqavimət göstərdilər.

Həmin vaxtda Albaniya katolikosu Yevsep vəfat etdi.

95

Albaniya knyazlarının yeni katolikosun seçilməsinə isə vaxtları yox



idi. Onda Böyük Kolmank vilayətinin yepiskopu Samuil Filosof

adlanan keşiş İsmayılla əlbir olaraq özbaşına öz yepiskopluğunu ona

verdi, özü isə təyin etdiyi yepiskop tərəfindən katolikosluğa təsdiq

edildi. Bu haqda xəbər orduya çatdı və bu, Albaniya knyazlarının

1

Bax: İncil. Korinflilərə birinci risalə, X, 11.




330

narazılığına səbəb oldu. Knyazlardan biri bu barədə xəbəri erməni

katolikosu Qeorqa

96

 çatdırdı. O da bu barədə Erməniyyə knyazına



yazıb xahiş etdi ki, albanlara bu məsələdə kömək edib işin sakitliklə

həll olunmasına vasitəçilik etsin. İsmayıl bu fərasətlə Albaniyanın

sərkərdə və knyazlarının razılığını aldı və bu da ermənilərin lənət

oxumaqlarına səbəb oldu. Erməni knyazı Aşot tələb etdi ki, albanlar

müqəddəs Qriqorinin qoyduğu qaydaya riayət edib, katolikosluq

təyinatını ermənilərdən alsınlar, lakin elə bu vaxt albanlar özləri

Samuilin və İsmayılın hərəkətləri ilə razı oldular. Erməni knyazı bu

haqda katolikosları Qeorqa yazdı və o da istəmədən bütün albanların

razılığına qoşulub Samuili yola verdi. Öz bildiyini edən Samuil

Dəbilə getdi və burada Qeorq tərəfindən məcburi ikinci dəfə

katolikosluğa təsdiq edildi. Bu əhvalat erməni təqviminin üç yüz

iyirmi altıncı ilində olmuşdur.

97

Həmən knyaz Aşot yepiskop Solomonun və katolikos



Qeorqun köməyi ilə Sünikdə çoxdan ləğv olunmuş qriqoryanlıq

təriqətini yenidən bərpa etməyə nail ola bildi.

Elə bu vaxt Aşot Baqratuni ermənilər knyazı taxtına bərqərar

olundu.


98

Erməni təqviminin üç yüz qırx ikinci ilində

99

  ərəblər



Erməniyyəyə gəldilər. Ölkəni tutub ağır vergilər qoydular və

katolikos Qeorqu zəncirləyib Bərdəyə apardılar.

Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş

Albaniya çarlığını bərpa etdi,

100

 necə ki, Aşot Baqratuni bunu




331

Erməniyyədə etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin

Hammama bu həyatın faniliyi eşqinə öz qardaşının qanının

tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını

yumaq üçün kilsələr, bütün kasıb və ehtiyacları olanları üçün böyük

işlər görürdü. O, çoxlu pul verib erməni katolikosu Qeorqu günahlı

Sacikin

101


 zindanından xilas edib, ona böyük hörmətlər göstərdi və

əmin – amanlıqla ermənilərə qaytardı.

Dörd ildən sonra, yeni il günü Pasxa bayramı ilə bir günə

düşəndə


102

, Albaniyanın yerli knyazı  Əbu Əli

103

 öz doğma qardaşı



Smbatın əliylə öldürüldü. Bu da onun bütün qohumlarını böyük

dərdə saldı.

Elə həmən ildə Aşot Baqratunin oğlu erməni çarı Smbat öz

ordusunu qaldırıb Suriya torpaqlarına basqın etdi. Lakin ərəblərin əks

– hücumu onu geriyə, Erməniyyəyə qaçmağa məcbur edərək onun

əməliyyatını heçə çıxardı. Bu hadisələr zamanı erməni knyazı Aşot

və onun ordusunun bir hissəsi həlak oldu.

104


Elə həmin vaxt Vaspurakanın böyük knyazı  Əbumərvan öz

əsgərləri tərəfindən öldürüldü.

105

 Yenə həmin ildə ərəblər ikinci dəfə



erməni torpağına gəldilər və bunların əmrilə onun xadimi Bərdədən

çıxıb Erməniyyəyə hərəkət etdi. O, həyasız və allahsız bir adam idi.

Haraya gəlirdisə o, Allah kilsələrini qarət edir, harada İsa xaçını

görürdüsə onu parça – parça edirdi. O, Erməniyyəyə çatan kimi çar

Smbat qaçqın əyanların arvad – uşağını  əsir aldı və müqəddəs

kitabları, kilsə avadanlığını, xaçları və çoxlu qiymətli şeyləri götürüb




332

özüylə apardı.

 Bundan sonra o, İberiyaya basqın etdi. Burada onun əleyhinə

iki igid İberiya sərkərdəsi – knyaz Qeorq və onun qardaşı Areves

çıxdılar, lakin onların hər ikisi onun əlindən əzablı ölümə düçar

oldular.


106

Sonra erməni katolikosu Qeorq və Sünik knyazı Aşot öldülər

və onlar üçün ağıçə qadınlar bu sözləri deyirdilər: “Qoy insanlar nə

qədər dünyada var, belə il heç vaxt yer üzünə gəlməsin!”

Bütün bunlar erməni təqviminin üç yüz qırx altıncı ilində

olub.


107

Lakin bu, ermənilərin qismətinə düşən bəla və  əzabların

başlanğıcı idi, çünki bir azdan sonra Allah tərəfindən ermənilərin

alnına yazılmış bütün bəlalar çar Smbata nəsib oldu Allah – təalanın

qüvvəsi onu tərk etdi, özünün və ermənilərin həlak yolu ilə gedib

vəhşiyəbənzər insan yox, it xasiyyətli bir ərəb knyazının yanına öz

könlü ilə gəldi və o da Smbatı tutub çarmıxa çəkdirdi. O zamanlar

bütün ermənilər arasında ağlaşma və ah- zar baş verdi və ölkələri də

dağıldı.

Bu erməni təqviminin üç yüz altmış üçüncü ilində

olmuşdur.

108


Smbatın ölümünün intiqamını yalnız Allah istədi. İnsafsız

ərəb Erməniyyədən gedib Suriyaya gəldi və oranı tutmaq istədi, lakin

ərəb knyazının əlinə düşdü və onu diri – diri yerə basdırdılar.

109


Bu dövrlər keçəndən sonra ərəblər haldan düşdülər və onların


Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə